Paradontun quruluşu Parodont toxumlar kompleksi olub, tərkibinə diş əti, alveolun sümük toxuması,
periodont, diş sementi daxildir.
Bütün bu toxumalar dişlə birlikdə vəhdət təşkil edir və bir-biri ilə sıx genetik, anatomik
və funksional əlaqədədir.
Diş əti (gingiva) dişin boynuna yapışır və alt tərəfdə yerləşən toxumaları örtür. Diş
ətində məməcikli (dişarası məməciklər), sərbəst və yapışmış hissələr ayrıd edilir.
Yapışmış diş əti özünün xüsusi selikli qatının kollagen liflərinin sümüküstlüyünə
keçməsi hesabına, alt tərəfdə yerləşmiş toxumalarla möhkəm birləşmişdir. Dişin
boyun nahiyəsində dişin dairəvi baqının (figamentum circulare dentis) kollagen lifləri
diş ətinə keçir. Dairəvi bağ diş əti kənarının diş boynuna kip yapışmasını təmin edir,
mühüm müdafiə funksiyasını yerinə yetirir, paradontu infeksion və travma xarakterli
qıcıqlandırıcı amillərin təsirindən qoruyur.
Diş ətini diş yapışmayan və ondan diş əti növü ilə ayrılan hissəsinə sərbəst diş əti deyilir. Diş ətini dişə yapışan kənar hissəsi fizioloji şəraitdə dişi təxminən diş
boynundan 1,5 mm yuxarıda möhkəm haşiyə əhatə edir.
Diş əti epitelisinin diş tacı tərəfə olan səthi ilə diş arasında 1-2 mm uzunluğunda dərin
olmayan yarıq əmələ gəlir. Bu yarığı fizioloji diş əti cibi (bursa gingivalis) adlandırırlar.
Diş əti cibinin dibi epitelinin diş səthindən aralandığı yerdə olur.