Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə162/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   154   155   156   157   158   159   160   161   162
Elektron diw

Dilin xərçənginin müalicəsi kombinə edilmiş yolla operasiyaönü şiş ocağının 
şüalandırılması, şişin cərrahi yolla radikal çıxarılması, çənəaltı, boyun nahiyəsinin 
limfa düyünlərinin hər iki tərəfdən çıxarılması ilə aparılır. Cərrahi əməliyyatı 
elektroeksiziya ilə şişi sağlam toxuma ərəfəsində kəsib götürməklə aparmaq lazımdır.  
Ağiz suyu vəzilərinin bədxassəli şişləri 
 
Ağız suyu bədxassəli şişlərinə mukoepidermoid şişi, sistadenoid karsinoma 
(silindroma), xərçəng aiddirlər.  
Mukoepidermoid şiş (mukoepidermoid karsinoma). Bu şiş ağız suyu vəzilərində 
gözlənilən bütün şişlərin 3,5%-8,5%-ni təşkil edir. 
15. Protezləşdirmə. Diş sırası defektlərinin bərpası 
Protezləşdirmə. Diş sirasi deffektlərinin bərpasi 
Müxtəlif səbəblərdən diş sırasında defekt yəni dişlərin itirilməsi baş verərsə onu süni 
yolla bərpa etmək lazım gəlir. Buna protezləşmə deyilir. Protez bədənin süni 
hissəsidir. Diş protezləri diş tacının, dişlərin, çənənin alveol çıxıntısının süni 
hissəsidir. Protezləşmədən əvvəl ağız boşluğunun sanasiyası aparılmalıdır. Diş sırasını 
bərpa etmək üçün aşağıdakı protezlərdən istifadə olunur.  
1. Diş tacının bərpası üçün lazım olan protezlər;  
2. Diş cərgəsinin bərpası üçün lazım olan protezlər;  
3. Dişsiz çənələrin bərpası üçün lazım olan protezlər.  
 
Protezlər çıxan və çıxmayan olur. Çıxan protezlər hissəvi və tam olur. Tam protezlər 
tam dişsiz çənələrə düzəldilir. Konstruksiyasına görə taxma, qapaq körpüvari, 
plastinka və qövslü protezlər olur. Protez xəstənin ortopedik müalicəsi üçün lazımdır. 
Protezin köməkliyi ilə həm müalicəvi həm profilaktik həm də estetik məqsədlərə 
çatmaq olur. Protez vasitəsilə xəstənin çeynəmə, nitq, udma və oynaq funksiyaları 
bərpa olunur. Protez diş sıralarını yeni defektlərdən ikincili deformasiyalardan, 
paradonta düşən təzyiqdən qoruyur. Protezin köməyi ilə xəstə öz xarici görünüşünə 


arxayın olur. Protezləşmə üçün müxtəlif ölçü materaallarından istifadə olunur. Ölçü 
–çənənin bərk və yumşaq toxumalarının səthinin tərs neqativ üzüdür. Ölçülər 
anatomik və funksional olur. Anatomik ölçülər stabdar qaşıqlarla. Funksional ölçülər 
isə fərdi qaşıqlarla funksional vəziyyətlər qeyd edilərək götürülür. Ölçü materialı 
dəqiq səthi göstərməli zərərsiz olmalı antisepti təsir göstərməli ağızda həll olmamalı 
və s. təlabatlara cavab verməlidir.  
Diş tacının bərpası üçün düzəldilən qapaqlar metalla plasmas, metalla keramika, qızıl 
ola bilər. Qapaqlar üçün diş yonulur, separasiya edilir. Ölçü götürülür hazır olduqda 
dişə taxılaraq sementlənilir. Qapaqlar bir sıra təlabatlara cavab verməlidir. Dişləmi 
qaldırmamalı, dişin boynunu tam örtməli, çox uzun və ya qısa olmamalı, dişin 
formasını təkrar etməlidir. Əks halda travma və iltihabın əmələ gəlməsinə səbəb ola 
bilər. Diş cərgəsində bir və ya bir neçə diş olmazsa körpüvari protez düzəldilir. Bu 
zaman parodont toxumalarına düşən təzyiqi nəzərə almaq lazımdır. Körpüvari protez 
qapaq və aralıq hissədən ibarətdir. İstinad dişləri müəyyən edildikdən sonra onlara 
qapaqlar düzəldilir. Qapaqlrı yoxlaya zaman onlarla bir yerdə aralıq hissəni 
düzəltmək üçün ölçü götürülür, aralıq hissə selikli qişa üzərində arxa dişlərdə asılmış 
vəziyyətdə, ön dişlərdə isə toxunan vəziyyətdə olmalıdır. Körpüvari protezin müsbət 
cəhətləri odur ki, ölçüləri kiçikdir, möhkəmdir, funksional effekti çoxdur. Təbii dişlərə 
oxşayır və xəstə ona tez öyrəşir. Mənfi cəhəti odur ki, çox zaman sağlam dişlər 
yonulmağa məruz qalır, bu da onların paradontuna təzyiq edir və həmçinin 
körpüvari protez gigiyenik cəhətdən çıxan protezlərdən geri qalır. Əgər diş sırasının 
defektini körpüvari protezlə bərpa etmək mümkün deyilsə bu zaman çıxan protez 
düzəldilir. Hissəvi çıxan protezin əsası, saxlayıcı elementləri və süni dişləri vardır. 
Tam çıxan protez isə əsas və süni dişlərdən ibarətdir. Əsas-bazis plasmas və ya 
metaldan plastinka olub üzərində süni dişlər yerləşir. Bazes alveol çıxıntı üzərində, 
yuxarı dişlərdə isə həm də damaq üzərində yerləşir. Çeynəmə təzyiqi süni dişlərdə 
bazis vasitəsi ilə selikli qişaya örtülür. Bazis nə qədər kiçik olarsa xəstə üçün bir o 
qədər rahat olur. Xəstə üçün ağız boşluğunda hətta bir dişin qalması çox 
əhəmiyyətlidir. Xüsusilə aşağı çənədə. Çünki aşağı çənədə protez daha az sahəyə 
malikdir və aşağı çənə hərəkətlidir. 
 
 
Diş sırasının bərpası üçün çıxmayan körpüyəbənzər protezlərdən istifadə olunur. 
mərkəzi okklyuziyada dişlər birləşmirsə (vertikal istiqamətdə) buna açıq dişləm 
deyilir. Protezləmədə III və ya IV dərəcəli laxlayan dişlər çəkilməlidir. Protezləmənin 
əsas məqsədi insanların ümumi sağlamlaşdırılmasına xidmət edir. 
 

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin