Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


Üz-çənə nahiyəsinin bəd xassəli törəmələri



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə158/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   154   155   156   157   158   159   160   161   162
Elektron diw

14. Üz-çənə nahiyəsinin bəd xassəli törəmələri 
Üz-çənə nahiyəsinin bədxassəli şişləri 
 
İndiki  dövrdə  bədxassəli  şişlərin  baş  verməsi  xeyli  artmışdır  və  ürək-qan  damar 
xəstəliklərindən sonra insan ölümünə səbəb olan bir amil kimi ikinci yeri tutur. Üz-
çənə  nahiyəsinin  bədxassəli  şişləri  orqanizmdə  rast  gələn  şişlərin  20-27%-ni  təşkil 
edirlər.  
Bədxassəli şişlərin rast gəlmə tezliyi yer kürəsində son 20 il ərzində təxminən 58,7% 
artmışdır (Əmiraslanov Ə.T, Bayramov R, 2004).  
Bədxassəli şişlərin TNM sistemi üzrə xərçəngə qarşı beynalxalq ittifaqın (1987) 
təsnifatı aşağıdakı göstərilən kimi verilir.  
T –ilk şiş, To-ilk şiş təyin edilmir, T

–şiş 2 sm-ə qədər ölçüdə, T
2-4 
sm qədər ölçüdə, T
3-

sm –dən böyük ölçüdə, T

–şiş qonşu orqanlara yayılıb.  
N- regionar limfa düyünləri, No- regionar limfa düyünləri əllənmir, N
1
- xəstəlik 
tərəfdə limfa düyünlər əllənir, N
2
- limfa düyünlər hər iki tərəfdən əllənirlər, N
3

Hərəkətsiz limfa düyünlər əllənirlər.  
M-uzaq metaztaz, Mo-uzaq metastaz əlamətləri yoxdur, M

–uzaq metaztaz ayırd 
olunur.  
Ədəbiyyat məlumatları, gündəlik təcrübi işlər bir daha təsdiq edir ki, bədxassəli 
şişlərin əmələ gəlməsində bir çox xərçəngönü patoloji proseslərin rolu böyükdür. Bu 
xəstəliklərin vaxtında aşkar edilməsi, müalicə və onların profilaktikası bədxassəli 
şişlərin qarşısını xeyli ala bilər. Bədxassəli şişlərin üz-çənə nahiyəsində profilaktiksı ilə 
məşğul olmaq bu nahiyənin xüsusiyyətinə görə çox asandır. Yəni hər bir stomatoloji 
xəstəliklə müraciət edən xəstəyə həkim–stomatoloq vizual baxmaqla üzün dərisində, 
dodaqlarda, ağız boşluğunun selikli qişasında, dildə, alveol çıxıntısında, sərt və 
yumşaq damaqda, ağız suyu vəzilərində olan patoloji proseslər, xərçəngönü 
xəstəliklər müəyyən edilərsə və ona qarşı müalicə aparılarsa, bədxassəli şişlərlə 
xəstələrin sayı xeyli azala bilər.  


Bir sözlə, periferiyada işləyən həkim-stomatoloqun bədxassəli şişlərin 
profilaktikasında rolu çox böyükdür.  
Bu tip xəstəliyin diaqnozunu təsdiqləmək üçün sitoloji metod və rentgenoloji 
müayinə üsullarından istifadə olunur. Bu zaman MRT, KT, biokimyəvi və s. üsullardan 
istifadə olunur. Sitoloji müayinədə atipik hüceyrələrin tapılması diaqnozu təsdiqləyir. 
Xərçəngönü xəstəliklər iki qrupa bölünürlər: Fakultətiv və obliqat Fakultətib x.önü 
xəstəliklər-bəzən bədxassəli şişlərə çevrilirlər. Leykoplagiya, papiloma, 
keratoakontoma, dodağın xronik çatı və s. obliqat x.önü xəstəliklər – bütün hallarda 
xərçəngə çevrilirlər. Dodağın qırmızı haşiyəsinin ziyilvari prosesi, Bonem xəstəliyi, 
Manqanotti xeyliti, qırmızı haşiyənin hiperkeratozu və s. Sarkoma bədxassəli şişdir, 
birləşdirici toxumadan yaranır. Çənənin xərçəngi osteogen mənşəli şişdir. Bədxassəli 
şişin xarakterik əlaməti tez böyüməsi, sərt olması və hüceyrə atipizmidir. 

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin