Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


Marginal  periodontit  (parodontit)



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə112/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   108   109   110   111   112   113   114   115   ...   162
Elektron diw

Marginal  periodontit  (parodontit)  parodontun  xəstəliklərinin  müstəqil  nozoloji 
formasıdır. Xəstəlik diş ətinin, dişin dairəvi bağının, periodontun, alveolyar çıxıntının, 
sümük toxumasının iltihabi prosesə cəlb edilməsi ilə xarakterizə olunur.  
Marginal  periodontit  ocaqlı,  yəni  dişlərin  müəyyən  qrupunda  lokallaşmış  və  diffuz 
(bütün dişlərin parodont toxumalarının prosesə cəlb olunması) ola bilər.  


Ocaqlı marginal periodontit yerli amillərin: plomb çıxıntısının sallaq kənarının, qida 
qalıqlarının  diş  əti  məməciklərini  zədələməsi,  dişlərin  patologiyası,  qapağın 
kənarlarının parodont toxumalarını zədələməsi nəticəsində inkişaf edir.  
Diffuz  marginal  periodontitiltihabi  prosesin  diş  ətindən  alt  qatlara  yayılması 
nəticəsində  inkişafa  başlayır.  Bu  zaman  yerli  amil  (diş  yastıcığındakı  müxtəlif 
mikroflora)  ilə  yanaşı,  parodontun  sədd  funksiyasının  və  orqanizmin  immunoloji 
reaktivliyinin pozulması da mühüm rol oynayır. 
periodontitdə  pozğunluqların  dərinliyindən  asılı  olaraq  başlanğıc  və  inkişaf  edən 
mərhələləri ayırd edirlər.  
Marginal periodontitin başlanğıc mərhələsi diş əti kənarı selikli qişasının iltihabından 
əlavə,  həm  də  patoloji  diş  əti  cibinin  (5  mm  qədər)  varlığı  və  sümük  toxumasında 
dəyişikliklərləə xarakterizə olunur. Bu vaxt xəstələr diş ətindən cuzi qan gəlməsindən, 
pis hislərdən (gicişmə, çənələri sıxmaq arzusu və s.), sürətlədi. Ərpi və daşının əmələ 
gəlməsindən şikayətlənirlər. Bu pis hislər sabit olmur – onlar güclənir və ya zəifləyir.  
Müayinə  zamanı  dişarası  məməciklərin  və  diş  ətinin  yapışmayan  hissəsinin 
hiperemiyası, bəzən göyərmə müşahidə olunur. Patoloji diş  əti ciblərinin dərinliyini 
müəyyən edərkən qan gəlir. Əksər hallarda diş əti üstündə yumşaq ərp və daş halında 
çöküntü olur.  
Marginal  periodontitin  inkişaf  etmiş  mərhələsində  yuxarıda  göstərilən  dəyişikliklər 
daha  aydın  görünür.  Xəstələr  həmişə  ağrıdan,  qan  gəlməsindən,  ağızdan  pis  iy 
gəlməsindən şikayətlənirlər. Xəstəlik uzun sürdükdə dişlər hərəki olur, yerini dəyişir, 
diş  çöküntülərinin  miqdarı  çoxalır,  parodontal  abses  baş  verir.  Diş  boynunun 
çılpaqlaşması nəticəsində sərt toxumaların hipertenziyası və pazabənzər qüsurları ola 
bilir.  
Paradontitdə  sümük  toxumasında  osteoporoz  və  rezorbsiya  prosesləri  gedir.  Üç 
dərəcəsi  var.  Yüngül  dərəcədə  3-4  mm  dərinlikdə  patoloji  diş  əti  cibləri  müşahidə 
olunur. Alveolarası çəpərin rezorbsiyası alveolun 1/3 səviyyəsində olur. Orta dərəcədə 
ciblərin  dərinliyi  5-7  mm,  rezorbsiya  isə  1/2  səviyyədə  olur.  Ağır  dərəcədə  ciblərin 
dərinliyi  isə  7  mm-dən  çox,  rezorbsiya  isə  2/3  səviyyədə  olur.  Orta  dərəcəli 
paradontitdə dişlərin laxlaması I
0
-II

dərəcədə, ağır formada isə II
0
-III

dərəcədə olur. 
Diş əti altı diş daşlarının xaric edilməsi küretaj zamanı aparılır. Diş əti cibinin dərinliyi 
4 mm olarsa küretaj göstərişdir. Yüngül dərəcəli kataral gingivitdə diş ətinin məməcikli 
(papilyar) hissəsi, orta dərəcəli gingivitdə isə kənarı (marginal) hissə iltihablaşır.  
Paradontoz.  İndiyədək  paradontozun  geniş  yayılması  səbəbi  haqqında  vahid  fikir 
yoxdur.  Bir  sıra  müəlliflərin  fikrincə  bütün  parodont  zədələnmələrinin  az  faizini 
paradontoz  təşkil  edir.  Bununla  yanaşı  onun  daha  geniş  yayılması  fikir  mövcuddur. 
Əgər iltihab komponentinin, demek olar ki, həmişə distrofiyaya qoşulduğunu nəzərə 
alsaq, görünür ki, bunu düzgün hesab etmək lazımdır.  
Paradontozun distrofik forması ləng gedişi ilə xarakterizə olunur, proses uzun müddət 
sabitləşə də bilir. İnkişafına görə başlanğıc mərhələsi, I,II,III dərəcələri olur.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin