Əngin periostiti mərkəzi və yan kəsici dişlərdən baş verərsə, keçid pərdədə şişkinliklə
bərabər üst dodaqda şişkinlik çox olur. Əgər köpək dişində bu proses baş verərsə onda
şişkinlik gözaltı nahiyəni, yanağı tutur, şişkinlik aşağı göz qapağına yayıla bilər.
Kiçik və böyük azı dişlərdən əngin periostiti zamanı şişkinlik yanaq, almacıq, gözaltı
nahiyələrdə müşahidə olunur.
Əngdə kəskin irinli periostitin damaq tərəfdən baş verməsinə birinci böyük və kiçik azı
dişləri səbəbkar olurlar. Periostitin damaq nahiyəsində yerləşməsi zamanı güclü,
pulsasiyaedici ağrılar verir, yumru formada şişkinlik yaranır, selikli qişa onun üstündə
hiperemiyalı olur, mərkəzdə flyuktuasiya qeyd edilir. Qida qəbulu, danışıq çətinləşir.
Çənənin vestibulyar tərəfdən periostiti mərkəzi və yan kəsici dişlərin xroniki
periodontitinin ağırlaşmasından baş verən zaman alt dodağın şişkinliyi müşahidə
olunur. Kiçik azı dişlərdə proses baş verərsə şişkinlik yanağın aşağı hissəsində, çənəaltı
nahiyədə gözlənilir. Böyük azı dişlərdə çənənin periostiti zamanı şişkinlik yanaq
nahiyəsinin aşağı hissəsinə, çənəaltı və çeynəmə-qulaqətrafı nahiyələrə yayılır.
Çənənin periostiti axırıncı azı dişlərdən baş verərsə onda iltihabı proses alveol
çıxıntısının daxili səthində müşahidə edilir. Belə halda ağızın açılması məhdudlaşır,
udqunma ağrılı olur.
Periostitin çənədə dil tərəfdən baş verdiyi zaman alveol çıxıntısı nahiyəsində selikli
qişa və dilaltı nahiyə şişir, hiperemiyalaşır.
Kəskin irinli periostiti kəskin periodontitlə, kəskin osteomielitlə, abses və fleqmona ilə
differensiasiya etmək lazımdır.
Çənədə proses alveol çıxıntısının iç tərəfində yerləşərsə onda çənəaltı ağız suyu
vəzinin axacağının iltihabı xəstəliyi ilə, çənə-dil novunun absesi ilə müqayisə etmək
lazım gəlir.
Əngin və çənənin kəskin irinli periostiti dişəti sümüküstlüyaltı absesin yaranması ilə və
onun nəticəsində o nahiyədə qabarma, keçid pərdədə dayazlıq olmaqla kəskin
periodontitdən fərqlənir. Kəskin osteomielitdən onunla fərqlənir ki, periostitdə
sümüküstlüyüaltı abses alveol çıxıntısında adətən bir tərəfdə, vestibulyar ya da iç
tərəfdən müşahidə olunur, periostit zamanı yalnız səbəbkar diş laxlayır, osteomielitdə
irinli proses çənənin alveol çıxıntısının hər iki tərəfində yaranır, nəinki, zədələnmiş diş,
hətta ondan öndə və arxada duran sağlam dişlər laxlayır, dişlərin boynu altından irin
ifraz olunur.
Əngin və çənənin kəskin periostiti zamanı çox vaxt xəstələrdə bədənin ümumi
vəziyyəti dəyişmir, pisləşmir. Osteomielit zamanı xəstələrdə bədəndə ciddi
dəyişikliklər, titrəmə, üşütmə, soyuq tərbasma, yüksək temperatur qeyd olunur.
Dilaltı nahiyənin absesi, çənəaltı ağız suyu vəzinin axacağının iltihabı prosesi adətən
alveol çıxıntısından kənar anatomik nahiyəyə uyğun yerləşirlər.
Çənədə kəskin irinli periostitin müalicəsi. İrinli ocağın cərrahi yolla açılması, yerli və
ümumi medikamentoz müalicənin aparılması.
Yerli naqili və infiltrasion anesteziya altında (lidokain, ultrakain) keçid pərdəsində
selikli qişa sümüküstlüyü 1,5-2 sm uzunluğunda ya üç diş ərəfəsində, səbəbkar diş
ortada olmaq şərti ilə kəsilir, yara
genişlənir, irin xaric olduqdan sonra
yara antiseptik
məhlulla (furasilin, rivonal) yuyulur və nazik rezin drenaj qoyulur. Eyni vaxtda irinlik
açılan zaman səbəbkar diş kosmetik və funksional keyfiyyət daşımırsa, konservativ
müalicəyə imkan yoxdursa o çəkilir. Çox vaxt kəskin periostit dişin çəkilməsinə göstəriş
deyildir.
İnfiltrasion anesteziya aparmaqdan qabaq selikli qişanı aplikasion anesteziya ilə
keyləşdirmək məsləhət görülür.
Müəyyən xəstələrdə, ən çox uşaqlarda göstəriş əsasında əməliyyatı ümumi
ağrısızlaşdırma altında aparmaq olar.
Xəstələrə ağız boşluğunu antiseptik məhlullarla qarqarası təyin olunur. İltihabı
infiltratın sorulması üçün 30%-li dimeksid məhlulu ilə dəri tərəfdən sarğı qoyulur,
antibakterial, antihistamin preparatlar təyin edilir. Cərrahi əməliyyatdan sonra 1-2
günə irin təmizlənir, xəstənin vəziyyəti yaxşılaşır, ağrılar keçir, bədən temperaturu
normallaşır, infiltrat 1-2 həftəyə sorulur.
Xroniki periostit az hallarda təsadüf olunur, ən çox uşaqlarda rast gəlir. Periodontda
iltihabı proses sümüküstlüyündə zəif gedən xroniki produktiv komponent yaradır.
Proses birincili- xroniki xarakter daşıyır, uzun müddət sümüküstlüyünün
qıcıqlandırılmasından meydana çıxır.
Xroniki periostit tədricən, qabaqcadan heç bir iltihabı əlamətlər olmadan yaranır.
Xəstələrilkin dövründə xəstəliyi qeyd etmirlər. Artıq müəyyən müddətdən sonra
alveol çıxıntısında, çənənin aşağı kənarında yaranmış sərt, ağrısız şişkinlik nəticəsində
sifətin asimmetriyası aşkar olunur. Adətən xəstələrin ümumi vəziyyəti dəyişmir.
Rentgenoloji müayinə zamanı çənənin aşağı kənarı boyunca işıqlı kölgə fonunda yeni
əmələ gəlmiş sümük toxuması aşkar edilir.
Xroniki periostitin müalicəsi ilk növbədə konservativ yolla, patoloji prosesi yaradan
səbəbi aradan götürməklə aparılır. Sümükdə yaranmış ossifikat konservativ müalicə
nəticəsində sorulmazsa cərrahi yolla çıxarılmalıdır.
Dostları ilə paylaş: