Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


Əngin və çənənin odontogen osteomieliti



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə116/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   112   113   114   115   116   117   118   119   ...   162
Elektron diw

Əngin və çənənin odontogen osteomieliti 
Osteomielit  sümüktoxumasının,  onu  örtən  yumuşaq  toxumaların  infeksion  irinli-
nekrozlu  iltihabı  prosesidir.  Əngin  və  çənənin  osteomieliti  odontogen  mənşəli, 
travmadan,  hematogen  yolla  infeksiyanın  sümüyə  keçməsi  nəticəsində  ola  bilər. 
Bəzən təcrübədə belə hal müşahidə olunur, çənə bucağında xüsusi çeynəmə əzələnin 
altında  irinli  proses  vaxtında  cərrahi  yolla  açılmırsa,  proses  sümüyə  keçərək 
osteomielit (əlaqəli) törədir. Əngdə və çənədə ən çox odontogen osteomielit baş verir. 
Çənə daha çox zədələnir, nəinki əng sümüyü.  
Odontogen  osteomielit  kəskin  periodontitdən  və  onun  xroniki  formasının 
ağırlaşmasından  əmələ  gəlir.  Osteomielitin  etiologiyasında  70-80-cı  illərdə  ən  çox 
stafilokokk  rol  oynayırdı.  Bir  sıra  müəlliflər  iltihab  ocağında  supressor  hüceyrələrin 
olması xroniki osteomieltin inkişafında patogenetik faktor kimi baxıla bilər. Belə ki, bu 
supressiya toxumada antiinfeksiyon rezistentliyinin aşağı düşməsinə imkan yaradır və 
antigen  (mikrob)  materialının  çıxarılmasını  ləngidir  və  sümük  toxumasında 
destruksiyanın  inkişafına  şərait  yaradır.  Buna  görə  hesab  etmək  olar  ki,  müxtəlif 
formalı  osteomielitin  baş  verməsi  (sümüyün  müxtəlif  dərəcədə  sekvestrasiyası, 
hiperostoz)  patoloji  ocaqda  iştirak  edən  supressor  hüceyrələrin  səviyyəsindən  və 
onların  qanda  təbii  killerə  qeyri-spesifik  immunsupressiv  təsirindən  asılıdır.  Qanda 


hüceyrələrin spontan sitoloji aktivliyinin az dərəcədə aşağı düşməsi  zamanı çənədə 
hiperostoz  forma  osteomielit  gözlənilmişdir.  Beləliklə,  çənədə  osteomielit  ikincili 
immunsupressiya  fonunda  orqanizmdə  qeyri-spesifik  və  spesifik  müdafiənin 
pozulması zamanı baş verir. bu fonda sümükdə baş vermiş kəskin osteomielitin kliniki 
gedişatı,  sümükdə  nə  dərəcədə  sekvestrasiyanın  baş  verməsi  ya  verməməsi  yerli 
immunitetin  vəziyyətindən,  patoloji  ocaqda  baş  verən  supressor  hüceyrələrin 
səviyyəsindən  asılı  olaraq  müşahidə  olunur.  Sümükdə  iltihabı  prosesin  tədricən 
inkişafında patoloji ocaqda supressor-hüceyrələr yaranirlar və onların qanda spontan 
sitotoksik  limfositlərin  səviyyəsini  aşağı  salırlar.  Bunlarda  xroniki  osteomielitin 
inkişafında  aparıcı  patoloji  faktorlar  kimi  antigen  qeyri-spesifik  immunsupressiyanı 
təsdiq edirlər ki, hansı ki, yerli immun çatışmazlığa gətirib çıxardırlar.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin