- Sinir sisteminin orqanik və funksional dəyişikliklərində (beyin qan dövranının kəskin
pozulması, meningit, ensefalit, epilepsiya, psixozlar və b.);
- Kəllə beyin travması (insult, beyin şişi və s.);
- Parenximatoz orqanların kəskin xəstəliklərində;
- Ruhi xəstəliklərin ağırlaşmış dövründə (şizofreniya, depressiv psixoz);
- Menstruasiya zamanı və s.
Bütün bu yuxarıda göstərilən ümumi əks göstərişlər zamanı xəstə hər profil üzrə
ixtisasçı ilə konsultasiya olunmalıdır, lazımi kliniki hazırlıq aparılmalıdır (lazım gələrsə
klinika şəraitində) və ondan sonra diş çəkilməlidir. Bu hallarda xəstənin
psixoemosional hazırlanmasına ciddi yanaşmaq lazımdır.
Yerli əks göstərişlərə aiddirlər: ağız boşluğu selikli qişasının xəstəlikləri (stomatit,
gingivit0; daimi dişin mayası olmazsa müvəqqəti diş çəkilməməlidir; bədxasəli şiş olan
yerdə, çənədə sümükdaxili hemangioma olarsa o zonada diş çəkilməməlidir. Alveol
çıxıntısında bədxassəli şiş nahiyəsində dişin çəkilməsi şişin sürətlə inkişafına, metastaz
verməsinə səbəb ola bilər. Hemangioma olan yerdən dişin çəkilməsi güclü qanaxma
törədir. Diş bədxassəli şişlə, hemangioma ilə bir yerdə çıxarılmalıdır.
Dostları ilə paylaş: