Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə131/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   127   128   129   130   131   132   133   134   ...   162
Elektron diw

Əng cibi dibinin deşilməsi: Haymor boşluğunun dibi kiçik və böyük azı dişləri çəkən 
zaman deşilə bilər. Bu ağırlaşma bir çox faktorlardan asılıdır: haymor boşluğu dibinin 
köklərə  yaxın  olması,  kökətrafı  iltihabı  proses;  diş  çəkilməsi  əməliyyatının  kobud 
aparılması  və  s.  Əng  cibinin  dibi  deşilməklə  bərabər  ola  bilsin  ki,  sınıb  qalmış  kökü 
həkim baranetlə ya elevatorla çıxartmağa çalışır və aləti yeridən zaman kökü itələyib 
boşluğa salır.  
Haymor boşluğunun dibi deşilən zaman həkimin taktikası bir sıra şərtlərdən asılıdır. İlk 
növbədə çıxarılan dişin köklərinin tam çıxarılması ayırd edilməlidir. Köklər tam çıxarılıb 
və boşluğun dibi deşilibsə, bu barədə mütləq xəstəyə deyilməlidir. Başa salınmalıdır 
ki, hansı səbəbdən boşluğun dibi açılıb və o nə ilə nəticələnə bilər. Bəzən belə hal baş 
verir və həkim o barədə xəstəyə xəbərdarlıq etmir. Görünür, həkim qorxur ki, xəstə 
onu  günahlandıraraq,  şikayət  edəcəkdir.  Xəstəyə  başa  salmaq  lazımdır  ki,  yuxarıda 
göstərilən hər hansı bir səbəbdən haymor boşluğunun dibi açılıbdır, onu üçün lazımi 
tədbir  görülməlidir.  Baş  vermiş  ağırlaşma  haqqında  elə  o  vaxt  xəstəyə  xəbərdarlıq 
etmədikdə, iki saatdan sonra artıq o evdə duru qida ya su qəbul edən zaman onun 


burnundan  gəlməsi,  əlbəttə  bu  barədə  anatomik  məlumatı  olmayan  xəstə  üçün 
dəhşətli hal yaradır. Yəni ağıza alınan suyun xəstənin burnundan gəlməsi onda qeyri 
adi çox ciddi bir problem kimi təsadüf olunur.  
Əgər haymor boşluğunun dibi deşilibsə, dişin kökləri tam çıxarılıbsa, yuvadan ifrazat 
yoxdursa,  yuva  tikilməlidir.  Bu  məqsədlə  alveol  kənarları  hamarlanır,  vestibulyar 
tərəfdən  trapesəoxşar  dilim  biçilir.  O,  nobilizə  edilir  və  onun  köməyi  ilə  yuva  tam 
sərbəst örtülüb tikilir.  
Ağıl dişinin çənədə düzgün yerləşməməsi, yer azlığı onun çətin çıxmasına səbəb olur. 
Çənədə  üçüncü  molyar  çəkilən  zaman  çənə  bucağının  sınması,  köklərin  yuvada 
qalması, alveolit kimi ağırlaşmalar baş verə bilər. Əgər alveolit“quru yuva” növündə 
olarsa, anesteziya altında yaranı küretaj etməli, təmiz qan laxtası ilə yuva örtülməlidir. 
 
  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin