Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


Müxtəlif  qrup  dişlərin  çəkilmə  xüsusiyyətləri



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə127/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   123   124   125   126   127   128   129   130   ...   162
Elektron diw

Müxtəlif  qrup  dişlərin  çəkilmə  xüsusiyyətləri.  Ayrı-ayrı  dişlərin  çəkilməsi  onun 
formasından, köklərinin sayından, yerləşdiyi nahiyədən, dişətrafı sümük toxumasının 
qalınlığından, sərtliyindən asılıdır.  
Yuxarı kəsici dişlərin konusaoxşar formalı bir kökü var. Yan kəsici dişin kökü yanlardan 
bir qədər yastılaşmış formadadır. Bu dişləri çəkən zamanm sol əlin göstərici barmağı 
ilə  üst  dodağı  qaldırmaq,  alveol  çıxıntısını  vestibulyar  tərəfdən  və  baş  barmaqla 


damaq  tərəfdən  fiksə  etmək  lazımdır.  Dodaq  tərəfə  rotasion  və  daha  az  laxlatmaq 
hərəkəti aparılır.  
Yuxarı köpək dişin çox iri, uzun kökü var. Kökün yuxarı hissəsində çox halda əyrilik olur, 
alveol  divarları kəsici dişlərdən fərqli olaraq xeyli qalındır. Sümük xaricdən damağa 
nisbətən nazikdir. Birinci rotasiyaedici hərəkət xaricə və sonra rotasion hərəkətlərlə 
diş burxudulur. Köpək dişi çəkilən zaman xəstənin başı bir qədər əks tərəfə çevrilir. 
Həkimin sol əlinin barmaqları kəsici dişləri çəkən vaxtı olan vəziyyətdə olur.  
Yuxarı birinci böyük azı dişi çəkən zaman ilk hərəkət içəri (damağa) edilir. Aşağı ikinci 
və üçüncü böyük azı dişlərdə də ilk hərəkət içəri (dilə) tərəf edilməlidir. O biri dişlərdə 
isə ilk laxladıcı hərəkət bayıra, sonra içəri olmalıdır.  
Yuxarıdişləri çəkən zaman həkim xəstənin sağında və önündə durur. Aşağı ön dişləri 
çəkən zaman həkim xəstənin sağında və bir az önündə durur. Aşağı kiçik və böyük azı 
dişlərini  sol  tərəfdə  çəkən  zaman  həkim  xəstənin  sağında  və  bir  qədər  önündə 
durur.Aşağı böyük azı dişlərinisağ tərəfdən çəkən zaman həkim xəstənin sağında və 
arxasında durur. Dişlərin çıxarılma texnikası belə edilir:  
1. Kəlbətinin dişin boynuna qoyulması və diş ətinə irəli itələnməsi;  
2. Kəlbətinin fiksasiyası;  
3. Dişin luksasiya və rotasiyası-laxladılması;  
4. Dişin çıxarılması traksiyası.  
 
Əgər  retensiy  olunmuş  dişin  tacı  damaq  səthinə  yaxın  yerləşərsə  və  o  nahiyədə 
qabarma ayırd edilərsə, onda damaq arteriyasının ucqar şaxəsi içində olmaq şərtilə 
üçbucaq  formada  selikli-sümüküstlüyü  dilim  biçilir.  Axırıncını  sümükdən  ayırdıqdan 
sonra fissur borun köməyi ilə diş boyu üzrə sümük qatı götürülür və sonra elvatorla, 
yada kəlbətinlə diş çıxardılır. Yarada mostaz yarandıqdan sonra dilim yerinə qoyulub 
ipək sapla tikilir.  
Diş çəkildikdən sonra yaraya qulluq. Diş çəkildikdən sonra müəyyən ağırlaşmaların baş 
verməsi bir sıra amillərdən asılıdır.  
İlk nönövbədə dişin tipik və ya atipik çəkilməsi imkan dərəcəsində minimal travmatik 
aparılmalıdır.  Dişi  çəkən  zaman  onun  tam  aparılmasına  nail  olmaq  lazımdır.  Sınmış 
kökü yuvada saxlamaq olmaz. Əgər kəlbətinlə, elevatorla çəkmək mümkün olmursa, 
onda bormaşının köməyi ilə yuvanın vestibulyar divarı açılır və kök elevatorla çıxarılır. 
Əgər diş travmatik çəkilərsə, diqqətli olmaq lazımdır ki, diş çəkildikdən sonra sümük 
qırıntıları  yuvada  qalmasın  .  diş  kökünün  zirvəsində  qranulyoma  olarsa  və  diş 
çəkiləndə köklə çıxmazsa həkim küretaj qaşıqla onu çıxartmalıdır. Yuvanın kənarı iti 
qalmamalıdır.  Alveolun  xarici  və  daxili  divarı  cuna  tamponunu  oraya  qoymaqla 
üstündən  barmaqla  sıxılır.  Yaranın  üstünə  cunadan  bir  neçə  kürə  qoyulur  və  xəstə 
çənəsini  sıxır.  10  dəqiqədən  sonra  tampon  atılır,  2  saat  ərzində  xəstəyə  yeməmək, 
içməmək məsləhət görülür.  
Bir  diş  və  ya  bir  neçə  diş  çəkildikdən  sonra,  yuvada  iltihabı  prosesin  əlamətləri 
yoxdursa,  yuvanın  kənarını  hamarlamaqla  yaraya  tikiş  qoymaq  olar.  Bu  mümkün 
olmazsa  trapesəbənzər  ya  qövsvari  kəsik  aparmaqla  toxumanı  mobilizə  etmək 


lazımdır.  Dişin  travmatik  çəkilməsindən  sonra  xəstəyə  antibiotik,  analgetik 
antiseptiklərlə yaxalama təyin edilir.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin