Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə135/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   131   132   133   134   135   136   137   138   ...   162
Elektron diw

Mental-dilaltı əzələ (m.geniohyoideus) çənənin spina mentalisdən başlayır və dilaltı 
sümüyün cisminə bağlanır .  
Mental-dil  əzələ  (m.genioglossus)  çənənin  spina  mentalisdən  başlayır  və  dilaltı 
sümüyün cisminə bağlanır, dilin dərinliyinə daxil olur.  
Çənənin sınıqları üz skeleti sümüklərinin arasında ən çox baş verirlər və 60-70% təşkil 
edirlər. Çənə sınıqları əksər hallarda 20-40 yaşlarda baş verir.  
Ən çox çənədə sınıq bucaqda, oynaq çıxıntısında, mental nahiyədə müşahidə olunur.  
Çənə sınıqlarının kliniki simptomatikası. Xəstənin şikayətindən məlum olur ki, alınmış 
zərbə  nəticəsində  çənədə  sınıq  ola  bilər.  Sınığın  yerləşdiyi  nahiyədən  asılı  olaraq, 
şikayətlər müxtəlif şəkildə ola bilərlər. Xəstəni ağrılar narahat edir, bu ağrılar çənənin 
hərəkəti zamanı güclənir, dişləm, çeynəmə pozulur.  
Xəstənin  sifətinə  baxdıqda,  zərbədən  sonra  yaranmış  şişkinliyə,  hematomaya  görə 
asimmetriya  ayırd  edilir.  Çənənin  aşağı  kənarını  hər  iki  tərəfdən  palpasiya  etməklə 
zərbə alınan nahiyədə yerini dəyişmiş sınıq zamanı kələ-kötürlük, çıxıntı ayırd edilir.  
Ağızdaxili müayinə zamanı ağızın nə dərəcədə açılması, dişləmin pozulması qeyd edilir, 
alveol çıxıntısında selikli qişanın tamlığının pozulmasını palpasiyanın köməyi ilə aşkar 
etmək mümkündür. Hər iki əlin göstərici barmaqları diş əti cırılmış nahiyədə dişlərin 
çeynəmə  səthinə  qoyulur,  baş  barmaqlarla  xaricdən    çənəni  tuturlar.  Göstərici 
barmaqlarla  dişlərə  yüngülcə  təzyiq  göstərməkə  çənədə  patoloji  hərəkətlik  ayırd 
edilir-bimanual müayinə.  
Çənədə sınığın yerləşdiyi nahiyəni, fraqmentlərin yerdəyişmə dərəcəsini ayırd etmək 
üçün  rentgenoloji  iki  yan  və  bir  ön  proyeksiyada  (alın-burun  qaydada)  müayinə 
aparılır. Oynaq çıxıntısının sınığı zamanı rentgenoqrammanı Şyuller, Parma üsulu ilə 
aparmaq olar.  
Sınıq  paylarının  yerini  dəyişmə  xüsusiyyətləri  sınığın  çənədə  yerləşdiyi  nahiyədən 
asılıdır.  Çənə  bucağının  tək  sınığı  zamanı  kiçik  fraqment  yuxarı  və  içəri,  böyük 
fraqment  aşağı  yerini  dəyişirlər.  Belə  halda  əzələ  lifləri  fraqmentlərin  arasına  girə 
bilərlər (interpozisiya).  


Çənə  sınığı  mental  nahiyədə,  cisimdə  yerləşən  zaman  kiçik  fraqment  yuxarı  qalxır, 
böyük  sümük  payı  aşağı  yerini  dəyişir,  ön  dişlər  arasında  və  əks  tərəfdən  kontakt 
olmur.  
İki  tərəfli  sınıq  zamanı  (cisimdə,  bucaqda,  oynaq  çıxıntısında)  orta  fraqment  aşağı 
gedir, ön dişlər arasında kontakt olmur.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin