Çənənin sınığı Çənənin oynaq başının yerdəyişmə istiqamətindən asılı olaraq ön və arxa çıxığı baş
verir. Çıxıq birtərəfli və ikitərəfli ola bilər. Ən çox çənənin ön çıxığı müşahidə olunur.
Qadınlarda kişilərə nisbətən çıxıq daha tez-tez gözlənilir. O da qadınlarda bağ
aparatının zəif olması ilə izah olunur. Çənədə çıxıq bağ aparatının zəifləməsindən,
oynaq elementlərinin deformasiyasından, oynaqarası diskin strukturunun
dəyişməsindən baş verə bilər. Çənənin ön çıxığı ağızın həddindən artıq açılması
zamanı, əsnəmə, qışqırma, gülmə, diş çəkilən vaxtı gözlənilə bilər. Çənədə çıxıq ilk
dəfə yarana bilər ya adət halını almış olur. Xəstə çənə çıxığı ilə ilk saatlarda ya bir neçə
həftədən, aydan sonra müraciət edə bilər. Yəni təzə və köhnəlmiş çıxıq ola bilər.
Çənənin ön çıxığının kliniki şəkli bu cür xarakterizə olunur. Xəstənin ağızı açıq olur,
mental nahiyə irəlidə olur və aşağı düşür. Yolma aktının pozulması hesabına ağızdan
tüpürcək axır, çeynəmə və dodaqları bir-birinə yaxınlaşdırmaq mümkün olmur, sifət
uzanmış vəziyyətdə olur. Birtərəfli çıxıq zamanı çənə sağlam tərəfə yerini dəyişir,
çeynəmə əzələləri gərginləşir, dartılır.
Çənə çıxığının müalicəsi üçün bir neçə üsullar vardır. Çənənin çıxığı ilə yanaşı çeynəmə
əzələlərində reflektor kontraktura baş verir. Ona görə çənə çıxığının müalicəsi zamanı
Berşe-Dübov anesteziyası aparılır. Belə vəziyyət həkimə imkan verir cuzi güc təsiri ilə
çeynəmə əzələlərinin zəifləməsinə nail olsun. Həkim xəstənin qabağında duraraq hər
iki əlin baş barmaqlarını cuna ilə bağlayıb onları, sağdan və soldan böyük azı dişlərinin
çeynəmə səthinə qoyur, qalan dörd barmaqla də tərəfdən çənəni aşağıdan tutur.
Ehtiyatla baş barmaqlarla çənə aşağı basılır, o biri barmaqlarla yuxarı- bu cür çeynəmə
əzələlərini zəiflədərək oynaq başını güclə sıxışdırıb oynaq qabarı səviyyəsində bir
qədər aşağı salırlar. Sonra çənəni geri itələmək lazımdır ki, oynaq başı oynaq çuxuruna
düşsün.