Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə139/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   135   136   137   138   139   140   141   142   ...   162
Elektron diw

Əngin sınıqları 
Əngin sınıqları müqaviməti az olan tipik yerlərdə baş verirlər. Əng yerləşdiyi anatomik 
nahiyəyə görə az hallarda bilavasitə mexaniki təsirə məruz qalır. Sülh dövründə əng 
nəqliyyat  qəzası  zamanı,  yüksəklikdən  düşən  zamanı  sına  bilər.  Axır  zamanlar 
nəqliyyat  qəzaları  tez-tez  baş  verdiyinə  görə  əngin  sınıqları  ilə  xəstələrin  sayı  xeyli 
çoxalıb.  Əngin  müəyyən  səviyyələrdə  sınması  üçün  zərbə  bilavasitə  öndən  arxaya 
düşməlidir. Əng sümüyünün çıxıntıları təbii tikişlərlə almacıq, alın, burun qanadvari 
damaq sümükləri ilə birləşibdir.  
İlk dəfə əng sümüyünün sınıqlarının təsnifatını fransız cərrahı Lefor (1901) vermişdir.  


Lefor  I-  aşağı  sınığı  zamanı  sınıq  xətti  armudabənzər  dəlik  və  haymor  boşluğu  dibi 
səviyyəsində  keçid  pərdəsinə  paralel  çənə  qabarından,  əsas  sümüyün  qanadvari 
çıxıntısının aşağı hissəsindən keçir.  
Lefor II- orta sınığında sınıq xətti burun, alın tikişindən köndələn göz yuvasının daxili 
divarından,  aşağı  kənarından  almacıq  alveol  darağından,  əsas  sümüyün  qanadvari 
çıxıntısından keçir.  
Lefor  III-  yuxarı  sınıq  zamanı  sınıq  xətti  köndələn-  burnun  kökü  nahiyəsindən,  göz 
yuvasının  daxili  divarından,  dibindən,  xarici  divarından,  almacıq  qövsündən,  əsas 
sümüyün qanadvari çıxıntısından keçir və üz sümükləri kəllə sümüklərindən ayrılır.  
Əng sümüyünün tipik baş verən sınıqlarından əlavə onun orta xətt üzrə, mərkəzi kəsici 
dişlər  arasından,  damaq  tikişindən  keçən  sınığı  gözlənilə  bilər.  Bu  çox  vaxtı  Lefor 
sınıqları ilə bir yerdə müşahidə olunur və Qeren sınığı adlanır. Bunlardan əlavə, əng 
sümüyünün hər bir hissəsi ayrıca sına bilər  
Təcrübədə bir xəstə qeyri-adi travmadan sonra bizim tərəfimizdən müşahidə olunub. 
O,  sütuna  çıxaraq  elektrik  işi  ilə  məşğul  olarkən  ordan  həyətdə  basdırılmış  yüzlük 
diametri olan trubanın üstünə bilavasitə sifəti ilə yıxılıb və nəticədə əngin, burunun 
bir hissəsi və üst dodaq bir blokda qopub trubanın üstündə qalmışdır.  
Əng  sınıqlarının  klinikası  sınıq  xəttinin  hansı  nahiyədən  keçnəsindən  asılı  olaraq 
müxrəlif  şəkildə  müşahidə  olunur.  Bununla  bərabər  əngin  sınığı  zamanı  kəllə-beyin 
travması olarsa onunda özünə-məxsus simptomatikası ya klinikası gözlənilir.  
Əng  sınığı  zamanı  sümük  payının  yerini  dəyişməsi  olarsa  adətən  aşağı  və  arxa 
istiqamətdə  gözlənilir.  Bu  halda  dişlər  yalnız  molyarlar  arasında  kontaktda  olur,  ön 
dişlər  arasında  yarıq  qalır  və  dişləm  pozulur.  Alveol  çıxıntısının  hərəkətliliyi  ayırd 
olunur. Hərəkətlik, yerdəyişmə bir tərəfli və ikitərəfli ola bilər. Sümük fraqmentinin 
hərəkətliliyini  aşkar  etmək  üçün  mərkəzi  kəsici  dişlər  nahiyəsində  alveol  çıxıntısı 
vestibulyar və damaq tərəfdən barmaqlarla tutulur, ehtiyatla ön və arxa istiqamətdə 
hərəkət edilir.  
Əngin  sınıqlarının  müalicəsi  müalicəsi  konservativ-ortopedik  və  cərrahi  metodlarla 
aparılır. Əngin sınıqları zamanı çox vaxt xəstənin vəziyyəti ağır olur. Ona görə ilk tibbi 
yardım  zamanı  ön  planda  qanaxmanı  saxlamaq,  asfiksiya  ilə  mübarizə  aparmaq, 
xəstəni  bu  ağır  vəziyyətdən,  şokdan çıxartmaq  durur. Aparılan  bir  sıra  reanimasion 
tədbirlərdən  sonra  xəstənin  ümumi  vəziyyəti  yaxşılaşdıqdan  sonra  ehtiyatla 
fraqmentlər repozisiya olunur və çənədə zədələnmə yoxsa ona fiksə edilir. Onun üçün 
bintlə kəllə çənəaltı sarğı qoyulur. Sınıq paylarının müvəqqəti fiksə etmək üçün kips 
qarışdıran  şpateldən,  xətkeşdən,  nazik  ağac  şaxəsindən  istifadə  edilə  bilər.  Yerini 
dəyişmiş  fraqmentlər  barmaqlarla  repozisiya  edilir  və  azı  dişlərin  üstünə  göstərilən 
əşyalardan biri qoyularaq ağız bucaqlarından kənara çıxan ucları ilə bir-birinə başın 
üstünə bağlanır.  
Daimi müalicəvi fiksə etmək üçün Tiqerştedt ya lentəoxşar Vasilyev şinasından istifadə 
edilir. Bu cür fiksə üsulundan çənədə sınıq olmadıqda istifadə olunur.  
Federşpil metodu ilə fraqmentləri əngdə Tiqerştedt şinası qoymaqla böyük azı dişləri 
nahiyəsində  hər  iki  tərəfdən  ona  nazik  tantal  məftil  bağlanır  və  onun  ucları  keçid 


pərdəsindən yanaq istiqamətdə xaricə çıxarılır və başa qoyulmuş gips sarğısına fiksə 
edilir.  
Əngin sınığının fiksasiyasını Veber şinası ilə təmin etmək olar. Bu şinanı hazırlamaq 
üçün əngdən elastik ölçü materialı ilə ölçü götürülür, bu zaman ölçü materialının yalnız 
dişlərin kəsici səthinə qoyulmaqla götürülməsi lazımdır. Texnik laborator şəraitdə bu 
fərdi şinanı hazırlayan zaman ona ucları ağız bucağından yanağa doğru əyilən məftillər 
fiksə edilir.  
Üz çənə nahiyəsi travmalarında rast gəlinən asfiksiyalar bunlardı:  
Dislakasion, obtruasiyon, stenotik, klapanlı və aspirasion.  
Ən çox dislakasion asfiksiyaya yəni dilin arxaya düşməsinə rast gəlinir. Bu əsasən dil 
çənəaltı  əzələlər  yaralandıqda,  çənə  ikitərəfli  sındıqda  meydana  çıxır.  Opturasiyon 
asfeksiya  yad  cisim  nəfəs  borusuna  düşdükdə  olur.  Stenotik  asfeksiya  qırtlağı 
hematoma, şişkinlik sıxdıqda olur. Klapanlı asfeksiya yumşaq damağın qırılmış parçası 
qırtlağı tutduqda baş verir. Asperasiyon asfeksiya isə qan, selik nəfəs yoluna düşdükdə 
baş verir. Asfeksiyalar zamanı ilk yardım göstərərkən ilk növbədə onu törədən səbəbi 
tapmaq  lazımdır.  Bəzən  isə  hətta  sancaqla  dili  deşib  xəstənin  geyiminə  bağlayırlar. 
Aspirasiya  olduqda  döş  qəfəsini  əllə  sıxmaq  lazımdır.  Yad  cisim  nəfəs  borusuna 
düşdükdə  onu  əl  və  ya  instrumentlə  çıxarırlar.  Bu  mümkün  olmadıqda  isə 
traxeotamiya  edilir.  Asfeksiyanın  səbəbi  götürüldükdən  sonra  ağızdan-ağıza  süni 
tənəffüs  verilir.  Üz-çənə  travmalarında  xəstələr  çox  zaman  ağrıdan  şok  vəziyyətinə 
düşürlər. Bu zaman şok əleyhinə dərmanlar təyin edilir. Xəstəni bir yerdən başqa yerə 
apardıqda zədələnmiş çənəyə şina qoymaqla emoblizasiya etmək lazımdır.  
Klapanlı asfiksiyada cırılmış orqanın selikli qişasını yerinə tikmək və ya kəsib götürmək 
lazımdır.
 

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin