Maqnit-rezonans tomoqrafiya (MRT) üsulu insan bədəninin hər hansı bir nahiyəsini
seriya şəkilli təsvir edir. KT-dən fərqli olaraq praktiki zərərsiz hesab edilir və yumşaq
toxuma şişlərinin müayinəsində çox effektlidir.
Ultrasəs müayinəsi (USM) bir çox patoloji proseslər zamanı (yumşaq toxumaların, ağız
suyu vəzilərinin şişləri müxtəlif genezli limfoadenopatiyalar) aparılır. USM törəmənin
ölçüsünü, formasını, exo quruluşunu, sərhədlərin dəqiqliyini ayırd etməyə imkan
verir. Üz skeleti sümüklərinin törəmələri, dərin yerləşən şişlər və ağız suyu vəzilərinin
şişləri zamanı radioizotop müayinə bədxassəli şişlərin metastazını istisna etmək üçün
istifadə edilir. Radioizotop müayinə üçün vendaxili fosfat kompleksi Tc
99m
(texnesiya
pirofosfat) nişanlanmış izotop vurulur. Patoloji ocaqda izotopun yığılması şişin
olmasını təsdiq edir. Şişlərin diaqnostikasında ən vacib və həlledici müayinə üsulu
patomorfoloji tədqiqatdır. Patohistoloji müayinə toxumanın və hüceyrə
elementlərinin atipiklik dərəcəsini ayırd etməyə şiş toxumasının quruluşunun,
infiltrativ inkişaf xarakterini öyrənməyə imkan verir. Patohistoloji müayinə üçün
material bir sıra biopsion yollarla götürülür: eksizion biopsiya-törəmənin sağlam
toxumalar ərəfəsində çıxarılması zamanı aparılır: insizion biopsiya-şişin bir tikəsi
götürülüb yoxlanılır; punksiya yolu ilə biopsiya-punksion iynə ilə material götürülür;
biopsion materialı endoskop vasitəsilə də götürmək olar; şiş səthindən hüceyrə
elementlərini lansetlə qazımaqla material alınır, şiş səthinə şüşə əşyası qoymaqda
yaxma götürülür.
Biopsion material götürüləndən sonra dərhal 10% formalin məhluluna qoyulur.
Patoloji ocaqdan götürülmüş hüceyrə ya kompleks hücyrələr mikroskopik sitoloji üsulla da yoxlanılır. Hüceyrə və nüvə quruluşunda dəyişikliklər xoşxassəli və bədxassəli
şişləri differensasiya etməyə imkan verir.
Dünya təcrübəsində şişlərin etio-patogenezi üzrə aparılmış çox samballı elmi tədqiqat
işlərinin xeyli nailiyyətlər əldə etmələrinə baxmayaraq hələlik törəmələrin baş vermə
səbəbi aydın olmayaraq qalır. Bunlar hamısı bir daha təsdiqləyir ki, şişlərin yaranma
səbəbi monofaktor xüsusiyyət daşımır və onun polifaktor olduğunu sübut edir.
Ədəbiyyat materialları gündəlik kliniki müşahidələr inamlı surətdə aydınlq gətirir ki,
şişlərin əmələ gəlməsində şişönü patoloji proseslər yüksək rol oynayırlar. Bu da sübut
edir ki, dövlət səviyyəsində şişlərin profilaktikası haqqında yüksək formada iş təşkil
edilərsə onların xeyli azalmasına nail olmaq mümkündür. ABŞ-da axır 15-20 ildə təşkil
olunmuş belə profilaktik tədbirlər əsasında 20-25% şişlərin azalması qeyd olunub.