XƏZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ


İngilis dilindən çevirdi: Ülkər Nəsibbəyli



Yüklə 3,03 Mb.
səhifə4/15
tarix14.01.2017
ölçüsü3,03 Mb.
#360
1   2   3   4   5   6   7   8   9   ...   15

İngilis dilindən çevirdi: Ülkər Nəsibbəyli


Avstraliya yazıçısı Piter Keri 1943-cü ildə Melburn yaxınlığında Bahus-Marş adlı kiçik bir şəhərdə dünyaya gəlib. Öz dediyinə görə, yazıçılıq karyerasına universitetə qəbul imtahanından kəsilməyi təkan verir. Bundan sonra reklam sektorunda çalışmağa başlayır və həmin dövrdə Coys, Folkner, Bekket və Kafkanın yaradıcılığı ilə tanış olur. Bu müəlliflər gələcək yazıçıya güclü təsir göstərirlər. 1974-cü ildə “Tarixdə kök adamlar” adlı ilk hekayələr toplusu nəşr edilir. 1980-ci ildə ilk romanı “Xoşbəxtlik” işıq üzü görür.

Piter Keri 1988-ci ildə “Oskar və Lüsinda”, 2001-ci ildə isə “Kellinin quldur dəstəsinin gerçək hekayəti” romanına görə Buker mükafatına layiq görülür. O, bu mükafata iki dəfə layiq görülən azsaylı yazıçılardandır. Uzun illərdir, tənqidçilər Kerinin ədəbi istedadının müxtəlif aspektlərini göylərə qaldırır, tarixçilər onun romanlarında qeyri-dəqiqlik axtarır, oxucular isə romanlarını məmnuniyyətlə oxuyurlar. Tənqidçilər Kerinin yaradıcılığını Kurt Vonnequt-oğul, Qabriel Qarsia Markes və Xorxe Luis Borxesin əsərlərilə müqayisə edirlər. On səkkiz kitabın müəllifi olan Kerinin əsərləri dünyanın 24 dilinə tərcümə edilib. 2010-cu ildə onun adına “Avstraliyanın əfsanələri” seriyasından iki poçt markası buraxılıb.



Müsahibə

Mən uydurmağı sevirəm”



Ben İvans: Karyeranızın bu mərhələsində romançı kimi hələ də inkişaf etdiyinizi düşünürsünüzmü? On bir roman və çoxsaylı mükafatlardan sonra insan hələ də öyrənməyə davam edə bilərmi?

Piter Keri: Heç vaxt məni böyüdəcəyinə inanmadığım bir romana başlamamışam. Məsələn, hal-hazırda iki səsli bir roman üzərində çalışıram. Onlardan biri 2010-cu ildə Londonda yaşayan bir qadın, digəri 1854-cü ildə Almaniyanın Furtvangen şəhərində yaşayan bir kişidir. Bir-birləri ilə heç vaxt görüşməyəcəklər. Bir-birlərinə aşiq olmayacaqlar. Aydındır ki, buna nail olmaq qeyri-mümkündür, lakin bu gün necə edəcəyimi bilmədiyim bir işdən mükəmməl nəticələr alıram.

B.İ.: Yazıçılar yaşa dolduqca daha çox əsər yaratmağa can atırlarmı?

P.K.: Əlbəttə, yazmağa daha çox vaxt sərf edirəm. Məncə, bu, yaşımla (67) və ölməmişdən, yaxud beynim dayanmamışdan əvvəl nə qədər kitab yazacağımla bağlı düşüncələrlə əlaqədardır.

Digər tərəfdən, indi oğullarımdan birinin 20, digərinin 24 yaşı var. Uşaqlar üçün yemək bişirmək, onları məktəbdən gətirmək lazım deyil. Odur ki, bəli, daha çox yazıram. Boş vaxtımı başqa necə doldura bilərəm?



B.İ.: Oxucuların azalmasından əziyyət çəkən Amerika bədii nəsrinin keyfiyyəti haqda nə düşünürsünüz?

P.K.:  “Azadlıq”ı yenicə oxuyub bitirmişəm. Çox gözəl kitabdır və Franzen böyük yazıçıdır. Bunu nə dəlicəsinə qısqanclıq, nə də bədii nəsr bazarının zəifləməsi yox edə bilməz.

B.İ.: “Kelli dəstəsinin gerçək hekayəti” və ya “Tutuquşu və Olivye Amerikada” əsərlərində olduğu kimi, romanlara tarixi çərçivədən yaxınlaşmaq daha asandır, yaxud “Tristan Smitin qeyri-adi həyatı” kimi hər şeyin sıfırdan yaradıldığı bir kitabı yazmaq daha çətindir?

P.K.: Tarixdən istifadə etməyin müsbət cəhəti budur ki, insana kəşflər üçün misilsiz azadlıq verir. Əlbəttə, tədqiqat zəruridir, lakin heç kim romanı artıq hər kəsin bildiklərini dramatik şəkildə təsvir etmək üçün yazmır. Mən keçmişə bu günü işıqlandırmaq, həm də qeyri-adi cəfəngiyat uydurmaq üçün müraciət edirəm. Tədqiqatdan istifadə etməyimin çox səbəbi var, lakin onlardan biri bu qeyri-adi cəfəngiyatı gülləkeçirməz etməkdir. “Oskar və Lüsinda” haqqında (Conaton Miller tərəfindən) deyilmiş ən gözəl söz budur: “Bu, bir növ keçmişin elmi fantastikasıdır”. Bəli, sıfırdan uydurulmuş dünya müəyyən dərəcədə çətinliklər yaradır. Şekspir bu dünyada yaşayıbmı? İnsanlar əvvəllər hansı dildə danışırdılar? Uydurulmuş hekayətlər onların dilində necə səslənirdi? Orada hansı ağaclar və kollar bitirdi? Bu bitkilərin adı nədir və necə görünürlər? Və sairə və ilaxır.

B.İ.: Deyirsiniz ki, yazıçı kimi şəxsi təcrübə sizi maraqlandırmır, bununla belə, bəzən müəllifin yaşadıqlarının əsərlərinə xəlvəti nüfuz etməsi qaçılmaz görünür. Nəsrinizdə belə məqamları xatırlaya bilirsinizmi?

P.K.: Müxtəlif əsərlərimdə ayrı-ayrı parçalar halında memuar yazmışam, bu da özünəməxsus eqoizm və cəsarət tələb edir. Lakin ümumiyyətlə desək, mənə öz həyatım haqqında yazmaq və ya ətrafımdakı insanların şəxsi həyatına qarışmaq maraqlı deyil. Mən ən çox uydurmaqdan zövq alıram. Mənim daim dəlicəsinə can atdığım ambisiya dünyada görülməmiş gerçəklikdə və gözəllikdə nəsə yaratmaqdır. Buna nail olmaq üçün ixtiyarımda olan hər vasitədən istifadə edəcəyəm. Məsələn, indicə yeni kitabımdakı bir obraza sizin adınızı verdim. Sizi yaxından tanımıram, deməli, bu obraz heç vəchlə sizə bənzəyə bilməz. Adınızı oğurladım və vərəqə yapışdırdım. Eynilə təsəvvürümdə canlandırdığım Robert Rauşenberq kimi. O, hansısa bir corabı götürür, kətana yapışdırır və onun üstündən rəsm çəkir. Adi corab idi, Rauşenberqin əsəri oldu.

B.İ.: Nyu-Yorkda Hanter Kollecində yaradıcı yazı fakültəsinin icraçı dererktorusunuz. Yaxşı yazmağı öyrətmək mümkündürmü? Yoxsa fakültədə, sadəcə, yazı bacarığı cilalanır?

P.K.: Yaxşı yazmaq sözsüz ki, istedad tələb edir, heç kim sizə istedadlı olmağı öyrədə bilməz. Bunun üçün həm də dəmir iradə lazımdır (Odur ki, tələbələr qəbul edilərkən hər iki keyfiyyətə diqqət yetirilməlidir).

Müəllim kimi sizin vəzifəniz tələbələri qidalandırmaqdan və qorumaqdan, eyni zamanda, sərhədləri aşmağa vadar etməkdən, onları dünyanı görməyə sövq etməkdən ibarətdir. Hətta dialoqu da bədənin bir hissəsi kimi görməli və elə yazmalısan ki, sanki həyatın bundan asılıdır. Tennis barədə danışsaydıq, razılaşardıq ki, yaxşı məşqçi idmançının oyununu xeyli yaxşılaşdıra bilər. Kolum Makkan, Natan İnqlander və mən də Hanter Kollecində bunu edirik. Biz hər gün yazırıq. On iki tələbəmiz qədər əzmli, onlar qədər dəli-divanəyik.



B.İ.: Şəxsi təcrübənizi yaxına buraxmasınız da, yazmaq sizin üçün katarsisdir deyə bilərikmi?

P.K.: Bu, son dərəcə emosional və tələbkar bir prosesdir. Gününü çox qəribə bir yerdə keçirirsən.  Bunun katarsis olduğunu desəm, çox dramatik səslənərdi, hətta ruhum oxşanardı, amma özümü məcbur edə bilmirəm.

B.İ.: Tarixdə Piter Kerinin bir romanı qalır və şərt qoyulub ki, bəşəriyyət mövcud olduğu müddətcə bu əsər nəşr edilə bilməz, seçməlisiniz. Nə üçün və nəyi seçərdiniz?

P.K.: Əclaflara deyin, qoy hamısını yandırsınlar.

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin