ÅXëlxgghpxn nclplhkxn ncpxl


İMANI GÜCLƏNDİRMƏNİN İKİ AMİLİ



Yüklə 3,76 Mb.
səhifə112/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   108   109   110   111   112   113   114   115   ...   186

İMANI GÜCLƏNDİRMƏNİN İKİ AMİLİ


Bəs iman zirvəsinə yaxınlaşmaq üçün nə etməliyik? Qeyd etdik ki, iman iki amildən yaranır. Elm və istək. Yə`ni Allahı tanıyıb, Onun göstərişlərinə əməl edən insan iman qazanır. Demək, imanı gücləndirmək üçün bu iki amili gücləndirmək lazımdır. İnsan çalışmalıdır ki, öz elmini artırmaqla Allahı, Onun sifət və fe`llərini daha dərindən tanısın. Əlbəttə ki, peyğəmbər və mə`sum imamları tanımaq da Allahı tanımanın davamıdır. İnsan bir övliyadan kəramət gördükdə onun qəlbi işıqlanır. İmanın nümunəsi ilə qarşılaşan insanın da imanı artır, saleh işlərə meyli çoxalır.

İmanı gücləndirmənin ikinci amili istəyin gücləndirilməsidir. İradə təkcə elm və mə`rifət yolu ilə yaranmır. İradə qazanmaq üçün ərəblərin “riyazət” adlandırdıqları təkrara ehtiyac var. İnsan öz mə`nəvi yönümünü gücləndirmək üçün bir sıra təkrarları yerinə yetirməlidir. Vacib namazın beş vaxt tə`yin olunmasının fəlsəfəsi də budur. Gün uzunu ibadətin təkrar olunması insanın iradəsini gücləndirir. İldə bir ay oruc tutmağın vacib olması müəyyən səbəblərlə bağlıdır. Məsələn, oruc insanın iradəsini gücləndirir. Bütün ibadətlərdəki təkrarlar mə`nəvi hərəkət iradəsini gücləndirmək üçündür. İnsanın daxilində baş verən tədrici dəyişiklik mə`nəvi hərəkət hesab olunur. Allaha yaxınlaşmaq qərarına gəlmiş insanın ruhu hərəkətə gəlir. “Mən, həqiqətən, hənif (müvəhhid) olaraq üzümü göyləri və yeri yaradan kəsə tutmuşam”.1 Bəli, insan öz mə`nəvi dünyasını hərəkətə gətirmək qərarına gələ bilər.

Peyğəmbərlərin gəlişində məqsəd insanlara insanlıq yolunu göstərməkdir. Təkamül yolunu keçmək üçün üzümüzü Allaha tutmalıyıq. Peyğəmbərlər belə nəsihət edir: “Tam inamla dinə tərəf üz tut. Həmin fitrət ki, Allah insanları bu fitrət əsasında yaratmışdır”.2 Üzünü Allaha tutan insan qədəm-qədəm Ona yaxınlaşır. Həzrət İbrahim (ə) məhz belə hərəkət etdi: “Mən ixlas və pak qəlblə üzümü o kəsə tutmuşam ki, göyləri və yeri yaratmışdır”.3 Həzrət Məhəmmədə (s) göstəriş verilir: “(De ki) həqiqətən, mənim namazım, ibadətim, həyatım və ölümüm aləmlərin Rəbbi Allah üçündür”.4 Üzü Allaha dayanmış insanın təkcə ibadəti yox, bütün hərəkətləri Allah üçündür. Əlbəttə ki, söhbət gördüyümüz üz yox, mə`nəviyyat üzündən gedir. Belə insanın bütün həyatı təkamüldən ibarətdir.

Amma Allah-təala insanı azad yaratmışdır. Uzun müddət Allaha doğru gedən etmiş insan bir anda öz istək və iradəsinə əsasən öz istiqamətini dəyişə bilər. Bəli, Allaha üz tutmuş insan Ondan çevrilib, şeytana da üz tuta bilər. Təkamül yolundan süquta uğramaq bir anlıq işdir. Buna görə də insan varlıq aləmindəki mövqeyini tanımalı, qarşısında bir-birinə zidd iki yolun mövcudluğunu unutmamalıdır. Belə olsa, insan süquta uğramamaq üçün ehtiyatlı olar.

İmam Sadiq (ə) bir rəvayətdə təqva haqqında belə buyurur: “Çör-çöp, tikan, ilan və əqrəblə dolu bir biyaban təsəvvür et. Əgər qaranlıq bir gecədə bu biyabandan keçəsi olsan necə yeriyərsən? Aydındır ki, çox ehtiyatlı addım atarsan ki, ilan və əqrəbə, tikana ilişməyəsən. Təqva budur!” Bəli təqva odur ki, ilan və əqrəblə dolu dünya həyatında bütün diqqətini toplayıb xətərlərdən sovuşasan.

Demək təkamül yolunda hərəkət etmək üçün hər şeydən əvvəl istiqaməti müəyyənləşdirmək lazımdır. Bu seçimdə azad olan insan ya xeyir, ya da şər yolunu seçməlidir. Yə`ni insanın qarşısında yalnız iki yol var: Allah yolu və şeytan yolu. Bir yol behiştə və nura, digər yol cəhənnəm və qaranlığa aparır. “Muzzəmmil” surəsinin 19-cu ayəsində oxuyuruq: “Hər kəs istəsə Allahına doğru yol seçsin”.



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin