NƏ ÜÇÜN “ƏN ZİYANKAR”?
Maraqlıdır ki, gördüyü işlərin pisliyini bildiyi halda onları davam etdirənlər “ziyankar”, pis işi yaxşı güman edərək davam etdirənlər isə “ən ziyankar” adlandırılmışdır. Bu sualın cavabında ilahi bir qanunauyğunluğu incələmək lazım gəlir. İnsan bə`zən o qədər günaha yol verir ki, yaxşını pisdən seçmək qabiliyyətini itirir. Belə insana elm və biliyin də köməyi olmur. “Casiyə” surəsinin 23-cü ayəsini yada salaq: “Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü?” Nəfsə itaət elə bir dərəcəyə çatır ki, insan öz bildiyinə qarşı kor olur. “Nəhl” surəsinin 108-ci ayəsində buyurulur: “Bun-lar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir. Doğurdan da onlar qəflətdədirlər”. Başqa bir ayədə oxuyuruq: “Doğurdan da kafirləri qorxut-san da, qorxutmasan da, fərq etməz, onlar inanmayacaqlar; Allah onların ürəklərinə və qulaqlarına möhür vurmuşdur, gözləri önündə isə pərdə vardır”.1 Belə insanların qəlbinin ilahi nurdan məhrum olmasının səbəbi öz günahlarıdır. İnsan üçün ən böyük əzab onun yaxşını pisdən ayıra bilməməsidir. Bir daha qeyd edək ki, belə bir hal insanın günahlarının qanuni nəticəsidir. “Səff” surəsinin 5-ci ayəsin-də buyurulur: “Allah həqiqətdən üz döndərənlər-in qəlbini döndərdi. Allah günahkar qövmü hidayət etməz”.
Bu qayda elmlə məşğul olan insanlar üçün çox mühüm xəbərdarlıqdır. Unutmamalıyıq ki, öz bildiklərimizə əməl etməsək bu qaydaya uyğun olaraq yaxşını pisdən seçmək qabiliyyətini itirərik. Qur`ani-kərimdə bu mövzuya aid çox nümunələr var. Elminə əməl etməyən alim haqqında “Ə`raf” surəsinin 175-176-cı ayələrində buyuru-lur: “Onlara ayələrimizi verdiyimiz şəxsin xəbərini də söylə. O, (ayələrimizi inkar edib) inmandan döndü. Şeytan onu özünə tabe etdi və o, azğınlardan oldu. Əgər istəsəydik onu ayələri-mizlə ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu”.
Dostları ilə paylaş: |