ÅXëlxgghpxn nclplhkxn ncpxl


Otuz bİrİncİ dərs: Namazda xüşu ƏLDƏ ETMƏYİN yolu (2)



Yüklə 3,76 Mb.
səhifə166/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   162   163   164   165   166   167   168   169   ...   186

Otuz bİrİncİ dərs:

Namazda xüşu ƏLDƏ ETMƏYİN yolu (2)

ALLAHDAN QORXU


Namaz və namazda xüşu haqqında danışdıq. İslamda namaza çox böyük əhəmiyyət verilmişdir. Namazın azan və iqaməsində namaz ən xeyirli əməl olduğu bildirilir. Namazın müqəddiməsində on iki dəfə namaza tələsmək tapşırılır. Bütün bunlar namazın böyük dəyərindən danışır.

Amma yalnız xüşu ilə qılınmış namazlar ən xeyirli əməl ola bilər.1 Xüşunun, yə`ni Allah qarşısında sınmağın amilləri haqqında danış-dıq. Yenə də bu mövzunu davam etdiririk.

Xüşu yaradan amillərdən biri də Allah qorxusu-dur. Ayə və rəvayətlərdən görünür ki, mö`min şəxs Allahdan qorxmalıdır.2 “Naziat” surəsinin 40-41-ci ayələrində buyurulur: “Allah qarşısında durarkən qorxan və nəfsini cilovlayan kəsin yeri behiştdir”. Harada təqvadan söhbət gedirsə, həmin məqamda Allah qorxusu da xatırlanır.

Bu mövzu ilə bağlı Əhli–beyt rəvayətləri daha çoxdur. Mə`sum İmamların (ə) dua və münacatla-rında daim Allah qorxusu yad edilir. Hətta İmam Səccadın (ə) bir minacatı “Minacatul–xaifin”, yə`ni “Qorxanların münacatı” adlanır. Peyğəmbər (s) və imamların (ə) bütün hərəkətlərində Allah qorxusu müşahidə edilir. Hətta belə mə`lumatlar da var ki, bə`zi övliyalar Allah qorxusundan huşlarını itirirmişlər. Özü kimi insanlar qarşısında qorxudan tir–tir əsən bə`zi insanların Allah qorxusunu yersiz bilməsi əslində e`tiqadsızlıqdan doğur.



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin