ÅXëlxgghpxn nclplhkxn ncpxl


ALLAHIN NƏZƏRİNDƏN MƏHRUMLUQ QORXUSU



Yüklə 3,76 Mb.
səhifə169/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   165   166   167   168   169   170   171   172   ...   186

ALLAHIN NƏZƏRİNDƏN MƏHRUMLUQ QORXUSU


Qorxunun digər bir dərəcəsi axirət ne`mətlərindən məhrum olmaq qorxusudur. İlahi ne`mətlər isə iki qismdir: maddi ne`mətlər və mə`nəvi ne`mətlər. Kamil mə`rifət sahibləri üçün mə`nəvi ne`mətlər hər şeydən üstündür və onlar bu ne`mətləri itirməkdən qorxurlar. Qur`an ayələrin-dən mə`lum olur ki, ən böyük cəza mə`nəvi cəzadır: “Allahla bağladıqları əhdləri ucuz qiymətə satan şəxslər üçün axirətdə heç bir pay yoxdur. Allah qiyamət günü onları dindirməz, onlara baxmaz...”1 Bəli, bə`zilərinin insanlıq şəxsiyyəti o qədər alçalar ki, Allahın nəzərindən məhrum olarlar. Məhəbbət haqqında təsəvvürü olanlar gözəl anlayırlar ki, məhbubun baxışından məhrum olmaq necə böyük dərddir. Körpə üçün ən böyük narahatlıq ananın nəzərindən məhrum olmaqdır. Mə`rifət əhli üçünsə ən böyük əzab Allahın onlardan üz döndərməsidir. Körpəsindən incimiş ana ondan üz çevirdikdə uşaq ananın ətəyindən yapışır, özünü çox narahat hiss edir. Allah kafirlərə və günahkarlara bu sayaq biganəlik göstərir. Ona görə də bir çox imanlı insanlar Allahın nəzərindən məhrum olmaqdan qorxurlar. Avam insanlar isə elə başa düşürlər ki, Allah onları sevir və onlardan razıdır.

Mə`rifət əhli üçün ən dəyərli ne`mət Allahın diqqətidir. Onlar öz “ya Allah” çağırışlarına Allahdan cavab gözləyir və bə`zən də buna nail olurlar. Mə`sum İmamların (ə) münacatlarında Allahdan cavab eşitmək arzusu önəmli yer tutur. “Biharul-ənvar”ın 90-cı cildində belə bir münacat bəyan olunur: “Pərvərdigara! Səni çağırdığım zaman səsimi eşit, dua edərkən məndən üz çevirmə!” “Bəqərə” surəsinin 115-ci ayə-sini xatırlayaq: “Üzünüzü hara tutsanız, Allaha tərəfsiniz”. Demək, Allahın insandan üz çevirməsi daha dərin mə`naya malikdir. Əgər Allah hər şeyi eşidəndirsə, necə ola bilər ki, kiminsə çağırışını eşitməsin? Demək, “nəzər salmaq”, “eşitmək” tamam başqa mə`nadadır.

İnsan bə`zən belə sözlər işlədir: “Filankəs, mənə baxmırsan”, “filankəs məni eşitmədi”. Bu cümlələr sözün həqiqi mə`nasında işlədilməmiş-dir. Əgər bir rəhbər haqqında deyilərsə ki, “bu rəhbər xalqını eşitmir” və ya “bu rəhbər xalqına baxmır”, aydın məsələdir ki, söhbət adi eşitmək-dən, baxmaqdan getmir. Sadəcə, qulaqla eşitmək, gözlə baxmaq ayrı, məhəbbət və mərhəmətlə baxıb-eşitməksə ayrıdır. Mə`sum İmamlar (ə) Allahdan mərhəmət dolu baxış və sevgi dolu dinləmə arzulamışlar.

Demək, e’tinasız münasibət mö`minlərdə qorxu yaradır. Onlar bu münasibəti cəhənnəm əzabından da ağır bilirlər.


Cəhənnəm odunda yanmağa nə var,

Dərd odur qəhr etsin sevgili nigar!


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin