GÜNAH QORXUSU
Adi insanlar, adətən, günahlarına görə qorxurlar. Təbii ki, hər bir günah xoşagəlməz sonluqla nəticələnə bilər. Əgər insan günahla-rından qorxmaqla Allaha yaxınlaşa bilirsə, bu müsbət bir haldır. Təəssüf ki, mə`rifət və imanı zəif insan nə qədər günah etsə də narahat olmur. Qur`ani–kərimdə yüzlərlə ayə cəhənnəm əzabından danışır. Göstərilir ki, bu əzabın çox böyük və dözülməz olması qeyd olunur. Oxuduğumuz bu ayələr bizə tə`sir edirmi? Bir şəxs bu ayələri gözəl səslə oxuduğu zaman deyilən sözlərdən xoflanmaq əvəzinə, səsin gözəlliyindən ləzzət alırıq. Hansı ki, cəhənnəm ayələrini eşidən insan divanəlik həddinə çatmalıdır.
Günahın cəzasından əlavə onun çirkinliyinə, Allaha qarşı qiyam olmasına diqqət yetirmək lazımdır. Necə ola bilər ki, Allahın verdiyi ne`mətlər müqabilində Ona təşəkkür etmək əvəzində günaha yol verək?
Allah-təala buyurur ki, mənim göstərişlərimdən çıxan insan özünün və mənim düşmənimi şad edər. Amma biz bilə-bilə Allahın düşmənini sevindiririk. Allahla müxalifət etmək şeytana itaət deməkdir. “Yusuf” surəsinin 5-ci ayəsində oxuyuruq: “Həqiqətən şeytan insanın açıq–aşkar düşmənidir”. Yaxın dostunun düşməni ilə əməkdaşlıq etmək dosta xəyanət etmək deyilmi?! Halbuki, Allah insanı xəlq etmiş, onu bolluca ne`mətlərlə faydalandırmış və onun aqibətini də Özü tə`yin edəcəkdir. Allahı özünə bir dost saymayan insanı imanlı hesab etmək olarmı?!
Hər bir günah şeytana itaətdir. Allah insanı bəlalardan qurtarmaq üçün ona yol göstərir. İnsan isə Allahın məhəbbətini rədd edib, onun düşməni qarşısında əyilir. Necə də çirkin hərəkət! Əslində bircə dəfə günah edən insan Allahın mərhəmətindən məhrum edilməlidir. Allahın haqqı var ki, bir dəfə naməhrəmə baxan gözü kor etsin. Çünki bu göz günah yox, savab üçün xəlq edilmişdir.
İmam Səccad (ə) belə dua edir: “Pərvərdigara əgər kirpiklərim tökülənədək ağlasam da, xəcalətdən daim başıaşağı qalsam da bir günahı belə yuya bilmərəm”.1 Mə`sum İmam (ə) belə narahat olduğu halda, biz günahkarlar rahatca oturmuşuq.
Əgər yaxşılıq etdiyiniz adam sizə qarşı çıxsa ona yenədə yaxşılıq edərsinizmi? Sözsüz ki, qəzəblənib, həmin şəxsdən üz döndərərsiniz. Bəs nə üçün insan Allahı qəzəbləndirməkdən qorxmur? Mə`sumlar isə Allaha belə yalvarır: “Pərvər-digara Səni qəzəbləndirməkdən qorxur, Sənə sığınıram”. İnsan yol verdiyi günahların mahiyyətini anlaya bilsə qorxudan tir–tir əsər. O, etdiyi günahların müqabilində qucaq açmış əzablardan xəbərdar olsa, mum tək əriyər.
Qarşısında günah etdiyin şəxs nə qədər böyükdürsə, günahın çirkinliyi və cəzası da bir o qədər böyükdür. İslam dinində istənilən bir günahı kiçik saymaq böyük günahdır. Günahı kiçik saymaq Allahı saymamaqdır.
Bütün deyilənlərin yaxşıca götür–qoy edən insan Allah qarşısında xaşe, müt`i olur. İnsanı çirkin işlərdən uzaqlaşdıran da məhz xüşulu namazdır. Rəvayətlərdə buyurulur ki, Allah qorxusundan ağlayan gözə əzab yoxdur. Demək, Allah qorxusu insanın xoşbəxtliyində mühüm əhəmiyyət kəsb edir. Allah qarşısında qorxu, müt`ilik, göz yaşı zəiflik, eqoizm üzərində çalınmış qələbə-dir. Zəiflik insanın özü kimi insan qarşısında əyilməsidir. Allah qarşısında əyilənlərsə insan qarşısında əyilməz.
Allaha əyilməyi, Allahdan qorxmağı qəbahət sayanlar isə, çox güman ki, Allaha e`tiqadsız olanlardır. Həzrət Əli (ə) kimi əzəmətli bir şəxsiyyət görün necə sızıldayır: “Aman azuqənin azlığı və səfərin uzaqlığından”. Əgər mə`sum İmam (ə) narahatdırsa, biz günahkarlar necə narahat ola bilərik?! Gəlin, çox incəliklər anlamadığımızı e`tiraf edib, anlamağa çalışaq.
Bəli, namazda xüşulu olmaq üçün günahlarımı-zın nəticəsi barədə düşünməliyik. Bu işdə imamların (ə) dualarından istifadə etmək faydalıdır. Əgər günahlar barədə düşünməyə vərdiş versək çox çətinliklər aradan qalxar. Bu xüsusiyyətə malik olanlar namaza durduqda, məsci-də qədəm qoyduqda halları dəyişir.
Pərvərdigara Əhli–beyt (ə) dərslərindən fayda-lanmaqda bizə kömək ol!
Dostları ilə paylaş: |