ÅXëlxgghpxn nclplhkxn ncpxl


ALTINcI DƏRS: ÖZÜNƏPƏRƏSTİŞ SÜQUT AMİLİDİR



Yüklə 3,76 Mb.
səhifə27/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   23   24   25   26   27   28   29   30   ...   186

ALTINcI DƏRS:

ÖZÜNƏPƏRƏSTİŞ SÜQUT AMİLİDİR

ƏVVƏLKİ MÖVZULARA BİR BAXIŞ


Mövzumuz Qur`an və İslam baxımından nəfsin tərbiyəsi məsələsi idi. Qeyd etdik ki, ayə və rəvayətlərə görə nəfsin tərbiyəsində məqsəd Allaha yaxınlaşmaqdır. Eləcə də, bu yaxınlığa bəndəlik yolu ilə çatmaq olar.

Deyildi ki, insanın kamilliyi ixtiyaridir, yə`ni onun öz ixtiyarındadır. İxtiyari işdə isə insanın qarşısında hökmən iki və ya daha artıq yol olmalıdır ki, seçim aparmaq mümkün olsun. Buna görə də Allah insanın qarşısında iki yol - xeyir və şər yollarını qərar verib və əvvəlcədən bu iki yolu öz bəndəsinə tanıtdırıb. İnsanın təkamül və tənəzzülü onun öz ixtiyarındadır. İnsanın doğru yolu seçməsi üçün Allahın onu hidayət etməsi zəruridir. Amma insanın özünün təkamül istəyi yoxdursa onun kamilləşməsi qeyri-mümkündür. Şeytan isə insanı daim süqut yoluna sürükləyir. O, insanın alçaq məxluq olduğunu sübuta yetirəcəyini və`d edir: “And olsun izzətinə, onların hamısını azdıracağam.”1



Kamillik zirvəsinə çatmış insan Allahla özü arasında olan bütün pərdələri qaldırır. Bu məqama çatmış insan dərk edir ki, Allahdan uzaqlıq miskinlik, Allaha yaxınlıq isə ehiyacsızlıqdır. Belə bir məqam Allaha yaxınlığın zirvəsidir. Bu məqama nail olmuş bəndə üçün Allahın iradə və istəyindən kənar şəxsi iradə və istək yoxdur. Belə bir məqama çatmayan insana üçün onu dərk etmək mümkün deyil. Belə bir ali məqama çatmaq hər insana müyəssər olmasa da, zirvə nöqtəsini daim diqqət mərkəzində saxlamaq lazımdır ki, doğru yol itirilməsin. Məsələn, insan bir dağın zirvəsinə çıxa bilməsə də, zirvəni gözdən itirməyibsə ona doğru hərəkət edə bilir.

Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin