Xülasə t ədqiqatın məqsədi


Şəkil 2: “Marmaray” layihəsi



Yüklə 2,22 Mb.
səhifə18/29
tarix06.01.2022
ölçüsü2,22 Mb.
#112464
növüXülasə
1   ...   14   15   16   17   18   19   20   21   ...   29
Şəkil 2: “Marmaray” layihəsi
Mənbə: worldmetro.org.ua - dünya nəqliyyat ensiklopediyası və yenilikləri saytı.
“Marmaray”ın çətin layıhə olması həm də onun obyektinin həssas seysmik zonada yerləşməsi ilə bağlıdır. Türkiyə Nəqliyyat Nazirliyinin məlumatına görə, burada yaxın 30 ildə Rixter cədvəli üzrə 7,5 bal gücündə zəlzələnin olması ehtimalı 65% civarında hesablanır [18].

“Marmaray” layıhəsinin İstanbul ərazisində reallaşdırılması onun ikili hədəf üzərində qurulduğunu bəyan edir. Bu bağlantı bir tərəfdən, hər gün milyondan çox şərnişinə xidmət etməklə nəhəng meqapolisin küçələrində nəqliyyat sıxlığının azaldılmasını təmin edərək, şəhər nəqliyyatında dəmir yolunun xüsusi çəkisini 3%-dən 27%-ə qaldırmaqla onu Paris və Londondakı səviyyələrə yüksəldəcəkdır. Digər tərəfdən isə, Asiyadan Avropaya uzanan nisbəti nəqliyyat arteriyalarından biri kimi qlobal strateji mahiyyət daşıyacaqdır. Bunu nəzərə alaraq, Bosfor tunelində iki xəttli yol (bir xətt şəhərətrafı qatarların, digəri isə uzaq sərnişin və yük qatarlarının hərəkəti üçün) və dəhliz boyunca 10-u Asiya və ikisi isə Avropa hissəsində olmaqla hər 4,5 km-dən bir ötmə yollar nəzərdə tutulmuşdur [17, 18].

“Marmaray” layıhəsinin tam işə düşməsi ilə Qara dəniz regionunda digər tranzit layihələrlə rəqabət aparacaq yeni Asiya-Avropa nəqliyyat dəhlizi yaranacaqdır. Bu da Türkiyənin bütün Asiya-Avropa kontinentindəki strateji mövqeyinin yüksəlişində daha bir yeni stimula çevriləcəkdir. Azərbaycanın faydaları isə Bakı-Tbilisi-Qars dəmir yolu xətti çərçivəsindəki bu perspektivdə yeni sinergetik effektivliklərlə zəngiləşəcəkdir.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin