Fiz.güc.VIII.5. Şagird maddələrin aqreqat halını və bir haldan digərinə keçməsini təsvir edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Müxtəlif maddələrin isinmə zamanı genişlənməsini müşahidə etmək üçün sınaqlar keçirir, təhlil edir və müvafiq nəticələr çıxarırsa;
Brizin yaranmasını və parnik effektini təsvir edirsə;
İstilik dəyişməsi proseslərini müşahidə etmək üçün sınaqlar keçirir, təhlil edir və isitmə üçün zəruri istiliyin miqdarının hesablanması düsturunu çıxarırsa;
Ərimə-bərkimə, buxarlanma/kondensasiya proseslərini təhlil edirsə, onları kəmiyyətcə təsvir edirsə;
Sadə sınaqlar vasitəsi ilə suyun səthində durmaq və kapillyar hadisələri xarakterizə edirsə;
Yanma istiliyini təhlil edir, onu hesablayır və praktiki problemlərin həllində istifadə edirsə (məs., müxtəlif yanacaqdan istifadə etmək səmərəliliyi cəhətindən);
İstilik mühərriklərinin iş prinsipi barədə informasiya toplayır və təsvir edirsə (daxili yanma mühərriki, turbin);
Müvafiq anlayışlardan, qanunlardan və düsturlardan standart və qeyri-standart məsələlərin həllində adekvat istifadə edirsə.