Coğ.XI.3. Şagird təbii və antropogen xarakterli qlobal məsələlər barəsində mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
İnsan fəaliyyəti nəticəsində yaranmış ətraf mühiti mühafizə xarakterli qlobal problemlərin tarixi keçmişdən bu günədək olan dövrünü təhlil edə bilirsə; onların mümkün birləşdirilməsi barədə ehtimal irəli sürürsə;
Müxtəlif coğrafi vasitələrdən istifadə etməklə atmosferin, hidrosferin, o cümlədən dünya okeanının, pedosferin və biosferin mənimsənilməsinin əsas istiqamətlərini təhlil edirsə;
Hər hansı bir komponentə yiyələnməklə əlaqədar qlobal problemi seçirsə, ona təhlükəsiz yiyələnmək barədə mülahizə yürüdürsə və nəticələri arzuolunan formada əks etdirirsə;
İllüstrasiyalardan və başqa mənbələrdən istifadə etməklə qlobal coğrafi problemləri və iqtisadiyyatın bu problemlərin şərtləndiriciləri olan sahələri arasında əlaqələr yaradırsa; tematik xəritələrdən istifadə edirsə və geoloji problemlərin aşkara çıxarılmasının mental xəritəsini tərtib edirsə;
“İstehsalın genişləndirilməsi və iqtisadi balansın qorunub-saxlanması” mövzusunda mükalimələrdə iştirak edirsə;
Qrup halında iş zamanı hər hansı bir qlobal geoekoloji problemi seçir, onun nizama salınmasının bir neçə əhəmiyyətli tədbirini ayırır və problemin inkişafı ssenarisini yaradırsa; nəticələri onun üçün arzuedilən formada (qrafika, diaqram və s.) əks etdirirsə;
İl boyu müxtəlif mənbələrdən (elmi ədəbiyyat, dövri nəşrlər, informasiya vasitələri) təbii və texniki fəlkətlər barədə informasiya toplayırsa²³; onları xəritədə yerləşdirirsə və zaman xronoloji xəttində qeyd edirsə; nəticələri təhlil edir və sinif yoldaşları qarşısında təqdim edirsə.
___________________
²³ Müəllim ilin əvvəlində qeyd edilən məsələ ilə əlaqədar tapşırıqlar verir və il boyu monitorinq həyata keçirir.
Dostları ilə paylaş: |