Rabitə xidmətlərinin həcmi – Elektrik rabitəsi məmulatlarının və ya poçt göndərişlərinin qəbulu, işlənilməsi, ötürülməsi və çatdırılması üzrə işlərin dəyər ifadəsində həcmidir.
Real əmək haqqı – Baza dövründəki qiymətlərdən irəli gələn cari ildə (ayda) əmək haqqına əldə edilən mal və xidmətləri xarakterizə edir. Müvafiq dövr üçün real əmək haqqının indeksi nominal əmək haqqı indeksinin istehlak qiymətlər indeksinə bölmək yolu ilə alınır.
Real investisiyalar – Maddi-istehsal ehtiyatlarının artımı, əsas fondların təkrar istehsalı məqsədilə kapital qoyuluşlarıdır.
Rentabellik – Nisbi göstərici olub müəssisənin gəlirlilik dərəcəsini, onun alınan mənfəəti hansı xərclər hesabına əldə etdiyini göstərir.
Revalvasiya– Milli valyuta kursunun başqa ölkələrin valyutalarına nisbətən rəsmi yüksəldilməsi, tədavüldə olan pulun miqdarını dəyişmədən əmtəə dövriyyəsinin artırılmasıdır.Milli valyutanın faktiki kursunun yüksəlməsidir və ya rəsmi qızıl məzmununun artırılmasıdır.
Rüsum– Vergi və yığım kateqoriyalı ödəniş növüdür.
Sekvestr – Dövlət büdcəsi, Naxçıvan MR büdcəsi və yerli büdcələrin gəlirləri yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarıdır.
Səmərə – İstehsal prosesində həyata keçirilən fəaliyyətin nəticəsidir.
Səmərəlilik – istehsal fəaliyyəti prosesində alınan nəticə ilə ona çəkilən xərclərin dəyər ifadəsində müqayisə edilməsini əks etdirən anlayışdır.