Əsas kapitala yönəldilmiş xarici investisiya – Xarici investorlar tərəfindən hesabat dövründə aparılan tikinti işləri üzrə maliyyə (valyuta xərcləri) və yaxud material (avadanlıq, texnologiya) xərcləri daxil edilir.
Faktorinq – Hesabını almadan xaricə mal göndərən ixracatçının alacağının böyük bir hissəsini ( 80%-ə qədərini) yükləmədən o saat, qalanını da idxalatçıdan pulunu təhvil aldıqdan sonra faktor adı varilən bir vasitəçi bank tərəfindən ödənişini təmin edən kredit əməliyyatıdır.
Federativ dövlət – Bir dövlətin tərkibinə daxil olan dövlət təşkilatı və ya inzibati -ərazi təşkilatının dövlət quruluşu formasıdır.
“Holland xəstəliyi”. Ötən əsrin 50-60-cı illərində Şimal dənizinin Hollandiyaya məxsus hissəsindən zəngin qaz ehtiyatları aşkarlandı. Həmin yataqların mənimsənilməsi və böyük həcmlərdə qaz ixracı qısa bir müddətdə Hollandiyaya böyük valyuta axını yaratdı. Nəticədə milli valyuta sürətlə möhkəmləndi ki, bu da öz növbəsində digər ixrac yönümlü sahələrdə bir sıra mənfi nəticələrə gətirib çıxardı. Bu hadisə iqtisad elmində “Holland xəstəliyi” adını aldı. Milli valyutanın məzənnəsinin birdən-birə belə yüksəlməsi ölkədən ixrac edilmək üçün istehsal olunan məhsulların istehsal xərclərini şişirdir, daxili bazarda məhsul istehsalı əlverişsiz olur və nəticədə tez bir zamanda istehsallar dayandırılır. Eyni zamanda, bu proseslər ölkəyə hazır məhsul idxalını stimullaşdırır ki, nəticədə yerli istehsal gətdikcə sıradan çıxır. Elə bir vəziyyət yaranır ki, ölkənin ixracında mineral hasilat sənayesi məhsulları (xam neft, təbii qaz vəs.) tam üstünlük təşkil edir, əhalinin istehlak etdiyi ərzaq məhsulları və sənaye malları isə əsasən kənardan idxal edilir. Burada nəzərə almaq lazımdır ki, neft, qaz və s. kimi resursların qiyməti bazarın konyuktur dəyişikliklərindən biləvasitə asılı olduğundan, qiymətlərin kəskin düşməsi milli valyutanın da sürətlə zəifləməsinə və infilyasiya prosesinin zəifləməsinə gətirib çıxarır. Bu isə böhran vəziyyətinə düşən yerli istehsalın tənəzzülünü bir qədər də dərinləşdirir və ölkə iqtisadiyyatını uzun müddətli struktur böhrana düçar edir. Milli valyutanın kursunun belə dəyişkənliyi iqtisadiyyatın digər sahələrinin inkişafına, ölkənin investisiya cəlbediciliyinə və kredit reytinqinə, ölkəyə gələn xarici investisiyaların həcminə və s. mənfi təsir göstərir. Qeyd etmək yerinə düşərdi ki, 2004-cü ilin yekunlarına görə Azərbaycanın ixracında xam neft və neft məhsulları 90 faizdən yüksək xüsusi çəkiyə malikdir. Eyni zamanda, əhalinin başlıca ərzaq məhsullarına və sənaye mallarına olan tələbatı isə idxal hesabına dənilir.
Deməli, klassik mənada “Holland xəstəliyi” dedikdə, ölkə təbii resursların istismarına başlayan zaman onun mənfi təsirinin digər sahələrin , konkret olaraq emaledici sahələrin inkişafında müşahidə olunması başa düşülür. Akademik Ribçinskin sözləri ilə desək, neftin üstün inkişafı digər sahələrin də resurslarını özünə səfərbər edir. Beləliklə, neftdən kənar sahələrdəki kapital, material, sahibkarlıq resursları da neft sektoruna cəlb edilir. Yeganə əmək resursları ifadəsizqalaraq uzun müddətli işsizliyin mənbəyinə çevrilir.
İdxal - Ölkədə istehlak etmək və ya təkrar ixrac edilmək üçün ölkə sərhədlərindən kənarlarından mal gətirilməsidir.
İdxalın dəyərinin qiymətləndirilməsi SİF qiymətləri və ya mal idxal edən ölkənin franko-sərhəd qiymətləri üzrə aparılır, yəni malın qiymətinə onun dəyəri, ölkənin sərhədlərinə qədər daşınması və sığorta xərcləri daxil edilir.
Dostları ilə paylaş: |