Yazı mürəkkəb bir prosesdir. Yazının hər bir mərhələsi şüurlu fəaliyyət kimi formalaşmalıdır. Uşağın həm üzündən köçürməsi, həm də imla yazması, həm də inşa üzərində işləməsi yazı adlanır



Yüklə 84,97 Kb.
səhifə1/2
tarix07.12.2022
ölçüsü84,97 Kb.
#120619
növüYazı
  1   2
Azərbaycan dili kollekvium


Sual 40 . Yazılı çalışmaların növləri və aparılması metodikası.
Yazı mürəkkəb bir prosesdir. Yazının hər bir mərhələsi şüurlu fəaliyyət kimi formalaşmalıdır. Uşağın həm üzündən köçürməsi, həm də imla yazması, həm də inşa üzərində işləməsi yazı adlanır. Birinci halda fəaliyyətin şüurlu məqsədi hərflərin qrafik konfiqurasiyasını verməkdir. Ikinci halda məqsəd sözləri orfoqrafik cəhətdən düzgün yazmaqdır, üçüncü halda isə öz fikrini düzgün ifadə etməkdir.
Üzündənköçürmə yazılar
Üzündənköçürmə yazının ən sadə növüdür. Hərfləri yazmağı və bitişdirməyi bacaran hər bir uşaq artıq üzündən köçürməyə hazır olur. Üzündənköçürməni şüurluluq tələb etməyən mexaniki fəaliyyət kimi başa düşmək olmaz. Üzündǝn köçürmə yazıların aparılmasında görmə və hərəki orqanların birgə fəaliyyəti nəticəsində orfoqramların daha yaxşı yadda qalmasına səbəb olur. Şagirdlər həmçinin üzün dǝnköçürmə zamanı sözlərin səs-hərf tərkibinə diqqət yetirirlər
Üzündən köçürməyə yaradıcılıqla yanaşmaq şagirdlərin daha səmərəli çalışmasına səbəb olur. Məsələn:
●Sözü (sözləri) köçürüb, saitlərin altından xətt çəkmək;
⚫ Sözü (sözləri) köçürüb, samitlərin altından xətt çəkmək; sözləri hecalara ayırıb köçürmək; sözləri kök və şəkilçiyə ayırıb köçürmək; sözləri köçürüb, şəkilçilərin altından xətt çəkmək;
⚫ cümləni (cümlələri) köçürüb, ad bildirən sözlərin altından xətt çəkmək; cümləni (cümlələri) köçürüb, əlamət bildirən sözlərin altından xətt çəkmək; cümləni (cümlələri) köçürüb, hərəkət bildirən sözlərin altından xətt çəkmək:.
⚫ mətnin üzünü köçürüb, lazımı orfoqramların altından xətt çəkmək;
⚫ mətndən lazımı orfoqramı tire və ya mötərizə ilə ayırmaq; mətndən lazımı orfoqramı seçib yazmaq:
⚫ sözləri qruplaşdırmaqla(ad, əlamət, hərəkət) üzündən
⚫ dağınıq verilmiş sözlərdən cümlə düzəldib yazmaq; sözləri mənaya görə qruplaşdırıb yazmaq və s. Üzündənköçürmə yazılar I-II siniflərdə şagirdlərin kalliqrafiya vərdişlərinin inkişafına kömək göstərir. Həmçinin bu yazı növü şagirdlərə orfoqramları səhvsiz yazmağı öyrədir.

İmlalar
Imlalar şifahi nitqlə yazılı nitqi əlaqələndirən inteqrativ yazı növüdür. İmla yazılardan iki məqsədlə istifadə olunur: öyrətmək və yoxlamaq. İmlalar orfoqrafik çalışmaların ən məhsuldar növüdür. Orfoqrafiya və orfoepiyanın sintezi olan imlalar Azərbaycan dili dərslərinin tərkib hissəsidir. İmlalar üzrə işin düzgün təşkili şagirdlərin savadlılığını artırır. Onların müvafiq bilik və bacarıqlara yiyələnməsini sürətləndirir.


Metodik ədəbiyyatda imlaların növləri aşağıdakı kimi təsnif edilir:
⚫diktə olunan mətni dəyişmədən yazdırılan imlalar (xəbərdarlıqlı, izahlı, görmə, lüğət üzrə imla, kommentarilı yazı);
⚫diktə olunan mətni dəyişməklə yazdırılan imlalar (seçmə, yaradıcı, sərbəst imla).
Əzbər yazı
Əzbər yazı. Əzbər yazı şagirdin öz-özünü yoxlama, öz qüvvəsinə inam yaratmaq vasitəsi hesab olunur. Görmə qavrayışına əsasən mənimsənilən orfoqramların yazılışının öyrədilməsində əzbər yazı mühüm rol oynayır. Əzbər yazı üçün ya şeir, ya da hər hansı mətndən bir hissənin əzbərlənməsi nəzərdə tutulur. Növbəti dərslərin birində həmin əzbərlənmiş hissə şagirdin daxili nitqi və ya dodaqaltı pıçıltısı ilə yazılır.

Sual 41 . Ibtidai təhsil pilləsində yazı məzmun xətti üzrə təlim nəticələri .


İbtidai təhsil səviyyəsində əlifbanın öyrənilməsi, oxu və yazı texnikasının, hüsnxət qaydalarının ... öyrənilib tətbiq olunması təmin olunur.
Yazı- Bu məzmun xətti şagirdin sözləri və cümlələri aydın (oxuna bilən şəkildə) yazmasını, konkret şəraitə və məqsədə uyğun olaraq cümlələr qurmasını, fikirlərini abzaslarla ifadə etməsini, tədricən ilkin yazı üzrə bacarıqlar qazanmasını, təsviri və mühakimə xarakterli mətnlər qurmasını təmin edir. Şagird:
●Şagird kiçik və böyük hərfləri, sözləri və cümlələri aydın yazır:
• Müşahidə etdiyi əşya və hadisələr haqqında təsviri xarakterli kiçik həcmli mətnlər yazır;
Əməli yazılar (məktub, ərizə, elan, divar qəzetinə məqalə, tərcümeyi-hal) tərtib edə bilməsini nümayiş etdirir;
• Yazıda kalliqrafiya, orfoqrafiya və durğu işarələri qayda larına əməl edir.
Yazı texnikasına və ilkin yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
Hərflərin elementlərini və konfiqurasiyasını müəyyən olunmuş xətt boyunca düzgün yazır və bitişdirir. Şagird:
3.1.2. Əl yazısı şəklində olan sözləri və kiçik həcmli mətnləri üzündən köçürür.
3.1.3. Şəklə uyğun cümlələr qurub yazır.
3.1.4. Bir neçə cümlədən ibarət müşahidə xarakterli rabitəli mətn yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən sadə əməli yazılar (açıqca) yazır.
İlkin məşğələlərdə görülən işlərin məzmunu, təxminən aşağıdakılardan ibarət olmalıdır:
1. Barmaqları bir neçə dəfə ovucun içində yumub açmaq.
2. Barmaqları növbə ilə yumub yumruq düzəltmək (bunu bir neçə dəfə təkrarlamaq).
3. Barmaqları ovucun içində növbə ilə birləşdirmək və növbə ilə açmaq.

4. Bir əlin barmaqlarını digəri ilə çarpazlaşdırmaq və birlikdə bir neçə dəfə yumruq düzəltmək.


5. Əlləri qabağa uzadıb gah sağ, gah sol əli ilə bir neçə dəfə yumruq düzəltmək.
Yazı prosesində aşağıdakı gigiyenik tələblərin gözlənilməsi də vacibdir:
1. Uşağın əyləşdiyi parta onun boyuna uyğun olmalıdır.
2. Yazarkən düz əyləşmək, çiyinləri bərabər səviyyə də saxlamaq, sinəni partanın kənarına söykəməmək, sağ əllə yazarkən başı azca aşağı və sola, sol əllə yazdıqda isə sağa ǝymək, yazı ilə göz arasında 25-30 sm məsafə saxlamaq lazımdır.
3. Üzərində iş gedən dəftərin, səhifənin sol küncü döşün ortasına tuşlanmalı, 25 dərəcəli bucaq yaranmalıdır.
4. Otaq yaxşı işıqlanmalı, işıq sol tərəfdən düşməlidir.
5.Qələm üç barmaqla tutulmalı, şəhadət barmaq – qələmdən asanlıqla ayrılmalıdır. Barmaqlar qələmin ucundan 1-1,5 sm. aralı tutulmalıdır.
Müəllim savad təlimi dövründə yazının düzgünlüyünü təmin edə biləcək ümumi tələbləri bilməli və gözləməlidir:
1) hərfin düzgün yazılması;
2) sətir xəttinin gözlənilməsi və hərf elementlərinin eyni səviyyədə olması;
3) yazıda mailliyin gözlənilməsi;
4) hərflər, sözlər arasında məsafənin normal olması, hərflərin düzgün birləşdirilməsi;
5) yazı zamanı gigiyenik tələblərin təmin olunması.
Yazı tə limində aşağıdakı vərdişlərin aşılanması vacibdir:
1) kalliqrafiya qaydalarının öyrənilməsi(hərflərin düz gün yazılması, söz daxilində düzgün birləşdirilməsi, hərflər, sözlər arasındakı məsafənin düzgün saxlanılması və s.);
2) yazının gigiyenik cəhəti, yəni onun təmiz və səliqəli olması;
3) sürətli və savadlı yazmaq bacarığının yaradılması (orfoqrafik səhvlərə yol verməmək); 4) rabitəli yazmaq vərdişlərinə yiyələnilməsi (öz istək və arzularını, eşitdiklərini yaza bilmək və s.).
Sual 42. Üzündən köçürməyə yazılar .
Üzündənköçürmə yazının ən sadə növüdür. Hərfləri yazmağı və bitişdirməyi bacaran hər bir uşaq artıq üzündən köçürməyə hazır olur. Şagirdlər həmçinin üzündǝnköçürmə zamanı sözlərin səs-hərf tərkibinə diqqət yetirirlər. Bu zaman onlar mexaniki şəkildə olsa da, sözlərin düz gün yazılışını mənimsəyir, o sözləri daxili nitq ilə tələffüz edir, həmin sözlərdən şifahi və yazılı nitqlərində istifadə edirlər. Müəllim çalışmalıdır ki, sözlər və mətnlər dərslikdən seçilsin, belə olduqda fəaliyyət daha maraqlı olur. Şagird həm savadlı yazmaq, həm düzgün oxumaq imkanı qazanır. Üzündənköçürməyə yaradıcılıqla yanaşmaq şagirdlərin daha səmərəli çalışmasına səbəb olur. Məsələn: Sözü (sözləri) köçürüb, saitlərin altından xətt çəkmək;
⚫ Sözü (sözləri) köçürüb, samitlərin altından xətt çəkmək; sözləri hecalara ayırıb köçürmək; sözləri kök və şəkilçiyə ayırıb köçürmək; sözləri köçürüb, şəkilçilərin altından xətt çəkmək;
⚫ cümləni (cümlələri) köçürüb, ad bildirən sözlərin altından xətt çəkmək; cümləni (cümlələri) köçürüb, əlamət bildirən sözlərin altından xətt çəkmək; cümləni (cümlələri) köçürüb, hərəkət bildirən sözlərin altından xətt çəkmək:
⚫ mətnin üzünü köçürüb, lazımı orfoqramların altından xətt çəkmək;
⚫ mətndən lazımı orfoqramı tire və ya mötərizə ilə ayırmaq; mətndən lazımı orfoqramı seçib yazmaq:
⚫ sözləri qruplaşdırmaqla(ad, əlamət, hərəkət) üzündən
⚫ dağınıq verilmiş sözlərdən cümlə düzəldib yazmaq; sözləri mənaya görə qruplaşdırıb yazmaq və s.
Üzündənköçürmə yazılar I-II siniflərdə şagirdlərin kalliqrafiya vərdişlərinin inkişafına kömək göstərir. Həmçinin bu yazı növü şagirdlərə orfoqramları səhvsiz yazmağı öyrədir. Üzündənköçürmə yazıların aparılmasına I sinifdən başlansa da, növbəti illərdə (II-IV siniflər) də bu yazı növündən isti fadə çox faydalıdır. Üzündanköçürmə yazıların aparılması üçün hecalar, sözlər, cümlələr, mətn, şeir və digər bədii nümunələrdən müəyyən hissələri götürmək olar. Savad təlimi dövründən müəllim şagirdləri üzündənköçürməyə alışdırmalıdır.

Sual 43 . İmlalar .


Imlalar şifahi nitqlə yazılı nitqi əlaqələndirən inteqrativ yazı növüdür. İmla yazılardan iki məqsədlə istifadə olunur: öyrətmək və yoxlamaq. İmlalar orfoqrafik çalışmaların ən məhsuldar növüdür. Orfoqrafiya və orfoepiyanın sintezi olan imlalar Azərbaycan dili dərslərinin tərkib hissəsidir. İmlalar üzrə işin düzgün təşkili şagirdlərin savadlılığını artırır. Onların müvafiq bilik və bacarıqlara yiyələnməsini sürətləndirir. İmlaların öyrədici və yoxlayıcı olmaqla iki qrupa ayrılması şərtidir, çünki öyrədici imlalar zamanı şagirdlərin bilmədikləri aşkara çıxarılır və islah edilir, belə bir məqamda müəllim onların bilik səviyyəsini yoxlamaq imkanına malik olur. Yoxlama imlalar da öyrədici xarakterə malikdir. Belə ki, yoxlama imla zamanı şagird bütün diqqətini orfoqrafik qaydalara əməl etməyə yönəldir və yoxlama imla orfoqrafik bacarıqları möhkəmləndirmək baxımından öyrədici xarakter daşıyır. Metodik ədəbiyyatda imlaların növləri aşağıdakı kimi təsnif edilir:
⚫diktə olunan mətni dəyişmədən yazdırılan imlalar (xəbərdarlıqlı, izahlı, görmə, lüğət üzrə imla, kommentarilı yazı);
⚫diktə olunan mətni dəyişməklə yazdırılan imlalar (seçmə, yaradıcı, sərbəst imla).
Birinci və ikinci qrupa daxil olanlar öyrədici imlalardır. Bundan başqa yoxlama və əzbər yazı kimi imla növləri vardır. Bu imlaların bir qismi müəyyən orfoqrafik qaydaların öyrənilməsinə xidmət edir: xəbərdarlıqlı, izahlı, görmə, lüğət üzrə imla, kommentarilı yazı və əzbər yazının məqsədi budur. Seçmə, yaradıcı, sərbəst imlalar isə həm orfoqrafik qayda ların öyrənilməsinə, həm də nitq bacarıqlarının inkişafına təkan verir.
Savad təlimi dövründə müəllim mütəmadi olaraq imlalardan istifadə etməlidir. Bu zaman şagirdlərin eşitmə qavrayışı hərəki proseslə-yazı ilə əlaqələnir, onlar əvvəlcə, heca ları, sonra sözləri, daha sonra cümlələri müəllimin diqtəsi ilə yazmağa alışırlar. Beləliklə, imlaların öyrədici funksiyasının həyata keçirilməsi üçün ilkin zəmin yaranmış olur.
Sual 44. Oxu təlimin metodikası
Təlimdə üç mühüm anlayış bir-birini tamamlayır:
1. Metod
2. Metodika
3. Metodologiya
Metod pedaqogika və psixologiyanın ümumi qanunları əsasında mövzunun tədrisində didaklik prinsiplər baxımında meydana çıxır. Metod didaktik prinsiplər əsasında müəyyən edilmiş bilik, bacarıq və vərdişləri öyrədən iş üsuludur. Məktəblərdə tədris olunan hər bir fənnin (oxu, riyaziyyat, əmək tərbiyəsi və s.) özünəməxsus metodikası vardır. Bu metodika vasitəsi ilə fənn didaktik qayda-qanun əsasında tədris edilir. Şagirdlər isə lazımı bilik, bacarıq və vərdişlərə sahib olurlar. Metodologiya-isə şagird dünyagörüşünün formalaşması, idrak təlimi kimi fəaliyyət göstərir. Şagird mətndəki obrazı seçir, bu epizodun, obrazın ünsiyyətini real həyatla müqayisə edir;
şagird mətndəki epizodları seçir, başqa əsərdə uyğun gələn epizodla oxşar cəhətlərini təhlil edir; əsərdəki obrazın xarakterinə uyğun səs çıxarır və s.;
■ əsərdə ədəbi dildə və canlı dildə işlənən sözləri seçir, onların tələffüz qaydalarına nəzər yetirir;
■ əsərdəki obrazların əlamətini göstərən cümlələri, ifadələri, sözləri seçir;
■ əsərdəki obrazları bir-birindən fərqləndirən söz və ifadələri seçir;
mətndə yazıçının dil funksiyasını seçir, ədəbi dildə İşlədir və s. Bunlardan başqa metodikaya cədvəl və sxemlər, şəkillər, xəritə, əşya dərsləri, ekskursiya zamanı toplanan materiallardan istifadə, müşahidə dərsləri, texniki təlim vasitələri və s. daxil edilir.
Oxu təliminin metodikası və onun predmeti üç vasitə əsasında həyata keçirilir: 1) təlim; 2) təhsil; 3) tərbiyə.
1. Təlim-bilik, bacarıq və vərdişləri müəyyən plan üzrə həyata keçirən bir üsuldur. Təlim dərsdə verilən və ya öyrədilən biliklərə xidmət edir.
2. Təhsil-əldə edilmiş bilik, bacarıq və vərdişləri sistemli mənimsədir və ya biliklərin məcmusudur.
3. Tərbiyə-isə təlim və təhsilin nəticəsində əldə edilən davranış və əxlaq qaydaları, adət və ənənələrin vərdişidir.
Bilik - faktları ümumiləşdirib onu dərk etmək deməkdir. "Bilik vermək", "bilik qazanmaq", "biliyə yiyələnmək", "yeni bilik əldə etmək" və s. Şagird nə qǝdər bilik əldə edərsə, onların bir o qədər elmi dünyagörünüşünə zəmin yaradılır və öyrənmə qabiliyyəti inkişaf edir.
Bacarıq-əldə edilmiş biliklərin tətbiqi deməkdir. Məsələn: şagird durğu işarələrini işlətmək qaydasını bilirsə, onu ifadə və inşa yazılarında tətbiq edir.
Vərdiş-bilik və bacarığın avtomatik surətdə hər hansı bir yerdə istifadə edilməsinə deyilir. Məsələn: şagird "ki" ǝdatını cümlədə bağlayıcı kimi yox, adət kimi işlədir, bu onun bacarığıdır.
1 İdarəetmə metodu. 2.Doqmatik metod. 3.İnkişafetdirici metod. 4.İntensivləşdirmə metodu.
İdarəetmə metodu - şagirdlərə hərtərəfli bilik və bacarığın verilməsini, məsuliyyət hissini duymasını, dünyagörüşünün formalaşmasını, adət-ənənənin öyrənilməsini, mədəniyyət və s. kimi dəyərləri bilməsini qarşıya qoyur.
II.
Yüklə 84,97 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin