Yazılma forması : Esse


Qələndəri–  türk ədəbiyyatında el şairlərinin “məfaülü, məfaülü, məfülü, fəülün” vəznində yaratdığı qəzəl formasıdır.  Qissə



Yüklə 18,82 Kb.
səhifə2/4
tarix01.01.2022
ölçüsü18,82 Kb.
#107056
növüYazı
1   2   3   4
NƏZM SİSTEMLƏRİ

Qələndəri–  türk ədəbiyyatında el şairlərinin “məfaülü, məfaülü, məfülü, fəülün” vəznində yaratdığı qəzəl formasıdır.

 Qissə– orta əsr Şərq ədəbiyyatında nağıl və rəvayətlərə yaxın şeir formasıdır.



Qitə-  Yaxın və Orta şərqdə əruz vəznində yaranan lirik şeir formasıdır.Əsasən ictimai- siyasi, elmi- fəlsəfi, didaktik məzmunlu olur. Ən yaxşı nümunələri feodolizm quruluşunun tənqid edən, hökmdarların despotizmindən bəhs edən nümunələridir. Kəskin tənqidi məzmunlu qitələr də vardır.

      Qəsidə – Şərq poeziyasında, eləcə də klassik Azərbaycan şeirində lirik növün əsas janrlarından biri də qəsidədir. Qəsidədə müəyən bir hadisə, əhvalat qəhrəman, şəxsiyyət yüksək təntənəli üslubda tərif edilir, vəsf olunur. Qədim dövrlərdə əsasən tərif məqsədilə yazılan qəsidələr zaman keçdikcə ictimai həyatın daha geniş sferalarını əhatə edir, mövzu və məzmunca zənginləşir.  Qəsidələr həcm etibarı ilə qəzəllərdən çox olur. Lakin qafiyələnmə sistemi qəzəldə olduğu kimidir. Belə ki, qəsidənin 1-ci beyti həmqafiyə, qalan beytlərdə isə 1-ci misra sərbəst buraxılır, 2-ci misra isə ilk beytlə həmqafiyə olur. Qəsidənin həcmi haqqında da fikirlər müxtəlifdir. Bəzi mənbələrdə qəsidənin həcminin 30 beytdən 90 beytə qədər olduğunu göstərirlər. Bəzi mənbələrdə isə beytlərin sayının 20-dən 200-ə qədər olduğu göstərilir.  Qəsidənin məzmununa görə  minacat, nət, tövhid, mədhiyyə, fəxriyyə, mərsiyyə, həcv kimi növləri vardır.

      


Yüklə 18,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin