Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


Azərbaycanlı deputatların Rusiya Dövlət Dumalarında fəaliyyəti



Yüklə 1,84 Mb.
səhifə59/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   55   56   57   58   59   60   61   62   ...   103
Azərbaycanlı deputatların Rusiya Dövlət Dumalarında fəaliyyəti. Qərbi Avropanın əksər qabaqcıl ölkələrində artıq bir neçə yüzil idi ki, respublika və yaxud parlamentli, konstitusiyalı monarxiya tipli demokratik dövlətlər mövcud idi və bu dövlətlər seçkili orqanlar tərəfindən idarə olunurdular. 1905-1907-ci illərdə baş vermiş Birinci rus inqilabına qədər Rusiyada mütləq monarxiya idarə quruluşu hökm sürürdü. Rus çarı II Nikolayın 1905-ci ildə imzaladığı 17 oktyabr Manifestində qanunverici orqan olan Dövlət Dumasına seçkilər keçirilməsi nəzərdə tutulmuşdu. Dumaya seçkilər keçirilməsi haqqında qanuna əsasən 25 milyon insan səsvermə hüququ əldə etmişdi. Yaşı 25-dən az olan kişilər, hərbi qulluqçular, muzdlu kəndlilər, qadınlar və fəhlələrin bir qismi səsvermə hüququ almanuşdılar.

Rusiya Dövlət Duması Qərbi Avropadakı parlamentlərdən hüquqlarinin son dərəcə məhdud olması ilə fərqlənirdi.

Şimali Azərbaycanda I Dumaya seçkilər Yelizavetpol quberniyasında 1906-cı il mayın 16-da, Bakı quberniyasında isə mayın 31-də keçirildi. I Dumaya M.Əliyev, Ə.Muradxanov, Ə.Topçubaşov, İ.Ziyadxanov və Ə.Haqverdiyev deputat seçilmişdilər. Azərbaycandan seçilmiş deputatlar Rusiyanın digər müsəlman deputatları ilə birləşərək Dumada 36 nəfərdən ibarət Müsəlman fraksiyasını yaratmışdılar. Ə.Topçubaşov frak­siya­nın sədri seçilmişdi. Müsəlman fraksiyası deputatların sayma görə Polşa və Ukrayna fraksiyalarını geridə qoyaraq, Dumada ən böyük qruplaşmalardan biri idi. Ə.Topçubaşov Müsəlman fraksiyasına Dumaya seçkilərdə əksər yerləri qazanmış Rusiya konstitusiyalı demokratlar (kadetlər) partiyası ilə birgə fəaliyyət göstərməyi təklif etmişdi. Çünki kadetlər Rusiyada konstitusiyalı monarxiya quruluşunu bərqərar etməyi qarşılanna məqsəd qoyaraq, imperiyada yaşayan millətlərin dilini və dinini sərbəst şəkildə ifadə etmək azadlığını tamdıqlanm elan etmişdilər. I Dumada azərbaycanlı deputatlar xalqımızı düşündürən, taleyüklü məsələlərin həllində ciddi mövqe nümayiş etdirirdilər. Ə.Topçubaşov əvəzi ödənilməklə ağa torpaqlarının müsadirə edilərək, vəqf, kilsə və dövlət torpaqları ilə birlikdə kəndlilərə paylsınmasını, türk və müsəlmanlara məxsus torpaqlara qeyri-müsəlman köçkünlərin yerləşdirilməsinə son qoyulmasını tələb etmişdi. İ.Ziyadxanov isə müsəlman əhalisinə qarşı ermənilər tərəfindən törədilən qətliamlarm əsl səbəbkarlarının sorğulanaraq mühakimə olunması üçün xüsusi bir komissiyanın yaradıl­masını tələb etmişdi.

Rusiya imperiyası əvəzinə federativ bir dövlət yaradılması ideyasını müdafiə edən Ə.Topçubaşovun başçılıq etdiyi Müsəlman fraksiyasının bütün tələbləri kağız üzərində qaldı. 27 aprel 1906-cı ildə işə başlayan və 5 il fəaliyyət göstərməli olan I Duma həmin ilin iyunun 9-da çar tərəfindən buraxıldı. Çarın qərarına etiraz üçün Vıborq toplantısında kadetlərlə birlikdə iştirak edən Ə.Topçubaşov və İ.Ziyadxanov üç aylıq həbs cəzasına məhkum edildilər. Məhkəmənin qərarına görə onlar bir daha Dumaya seçkilərdə iştirak edə bilməzdilər. Ə.Topçubaşov "Kaspi" qəzetinin redaktorluğundan da uzaqlaşdınidı.

II Dumaya seçkilər 1907-ci ilin yanvar-fevral aylarında keçirildi. Cəmi 103 gün (20 fevral - 2 iyun) fəaliyyət göstərən II Dumaya Azərbaycandan 6 deputat seçilmişdi və azərbaycanlı deputatlar Müsəlman fraksiyasının tərkibinə daxil olmuşdular. Deputat­lardan Fətəli xan Xoyski və Xəlil bəy Xasməmmədov müsəlman-türk xalqlarının haqlarının müdafiə edilməsi haqqında çox ciddi çıxışları ilə digər deputatlardan fərqlənirdilər.

Çar höküməti 1907-ci il 3 iyun çevrilişi ilə II Dumanı qovdu və beləliklə II Duma müzakirəyə çıxardığı heç bir məsələni həll edə bilmədi.

III Dumaya seçkilər haqqında yeni qanun açıq-aşkar milli ayrı- seçkilik mahiyyəti daşıyırdı. Bütün Qafqazdan əvvəlki 28 deputatın əvəzinə 10 nümayəndə seçilməli idi. Çar höküməti Qafqaz, Mərkəzi Asiya və Sibir xalqlarını qəsdən "siyasi baxımdan qeyri yetkin sayaraq" əzilən xalqların seçki hüquqlarını xeyli məhdudlaşdırmışdı. 1907-ci ilin noyabrın 1-də açılmış III Dövlət Dumasına Bakı, Yelizavetpol və İrəvan quberniyalarının müsəlman əhalisindən seçilən yeganə deputat Xəlil bəy Xasməmmədov oldu. Dumada təşkil olunan 8 nəfərlik Müsəlman fraksiyasına X.Xasməmmədov başçılıq edirdi. Parlaq zəka sahibi və görkəmli hüquqşünas olan X.Xasməmmədov Dumadakı çıxışlarında müsəlman-türk xalqlarına vətəndaş azadlıqları və siyasi hüquqların verilməsi, təhsil və məhkəmənin ana dilində aparılması, yerli özünüidarə orqanı olan zemstvoların yaradılması, millətlər arasında ayrı - seçkiliyin aradan qaldırılması, hərbi mükəlləfiyyətin müsəlman xalqlarına da aid edilməsi kimi mühüm tələblər irəli sürmüşdü.

1912-ci il noyabrın 15-də işə başlayan IV Dövlət Dumasına Azərbaycan əhalisindən yalnız bir deputat - Məmməd Yusif Cəfərov seçilmişdi. Moskva Universitetinin hüquq fakültəsini yenicə bitirərək vəkil işləyən 27 yaşlı M.Y.Cəfərov Dumada 7 nəfərdən ibarət Müsəlman fraksiyasına daxil olmuşdu. M.Y.Cəfərov Dumadakı çıxışlarında dəfələrlə Rusiya hökümətinin müsəlman və türk xalqları üçün qoyduğu bütün milli, dini və hüquqi məhdudiyyətlərin aradan qaldırılmasını tələb etmişdi. 1916-cı il 3 noyabr tarixində Dumadakı çıxışında M.Y.Cəfərov Müsəlman fraksiyası adından hökuməti kəskin şəkildə aşağıdakı sözlərlə ittiham etmişdi: "İfrata varan milli despotizm ölkədə heç vaxt belə miqyas almamışdır. İndiyədək rəhmsiz mərkəzləşmiş bürokratik idarəetmə aparatı Rusiya­nın digər xalqlarının milli hisslərini heç vaxt bu şəkildə ələ salmamış və onlann sosial-mədəni xüsusiyyətlərini indiki kimi əzib çeynəyərək iflic etməmişdir."

Beləliklə, Azərbaycanın milli-demokratik hərəkatının Dövlət Dumalarında deputat kimi fəaliyyət göstərən nümayəndələri bu orqandan nəinki Azərbaycan xalqının, bütün Rusiya müsəlmanlarının milli haqqlarının müdafiəsi üçün bir tribuna kimi istifadə edə­rək, çarizmin müstəmləkə siyasətini kəskin şəkildə pisləyirdilər.


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin