Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


Azərbaycan mədəniyyəti XXI əsrin əvvəllərində



Yüklə 1,84 Mb.
səhifə103/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   95   96   97   98   99   100   101   102   103
Azərbaycan mədəniyyəti XXI əsrin əvvəllərində. XXI əsrin əvvəllərində təhsil, elm, səhiyyə, truzim ətraf mühiti mühafizəsi Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. Milli Elmlər Akademiyasına elm və texnikanın inkişafı, elmi-təqdiqat işlərinin əlaqələn­dirilməsi, beynəlxalq elmi əməkdaşlığın təmin olunması sahəsində elmi-təşkilati status verilmişdir. 2002-ci ilin avqustunda 500 əməkdaşı olan Azərbaycan MEA-nın Naxçıvan bölməsi yaradıldı. Elmin əsas sahələri üzrə təqdiqatlar davam etdirildi. Yeni bərk buğda sortlarının genetikası və seleksiyası nəticəsində elmi nəticələr əldə edildi. Azərbaycan tarixinin 7 cilddən ibarət akademik nəşri başa çatdı (1998-2003).

XXI əsrin əvvəllərində ümumtəhsil məktəblərinin maddi-texniki bazasının, yeni proqram və dərsliklərinin hazırlanmasına xüsusi diqqət verildi. 2001-ci il avqustun 1-də dünya standartlarına uyğun Müasir Təhsil Kompleksi fəaliyyətə başladı. Müasir dövrdə Respublikamızda 46 ali, 4600 ümumtəhsil məktəbi, 57 orta ixtisas təhsil müəssisəsi var. 2001-2002-ci illərdə VI-XI siniflər üçün "Ümumdünya tarixi" dərslikləri çap edildi.

Azərbaycan prezidentinin 2001-ci il 18 iyul tarixli fərmanına əsasən həmin il avqustun1-dən bütün sahələrdə latın qrafikalı yeni əlifbaya keçirildi. Prezidentin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən, avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü oldu. 2004-cü il sentyabrın 15-də dərs ili və həmin gün bilik günü elan edildi.

2002-ci ildə ilk dəfə Şirvanşahlar sarayı kompleksi və Qız qalası da daxil olmaqla İçərişəhər Dövlət tarix-memarlıq kompleksi YUNESKO -nun "Dünya mədəniyyəti irsi" siyahısına daxil edilmişdir.

2004-cü il yanvarın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın "Milli Ensiklopediyasının nəşri haqqında "sərəncamı ilə 25 cildlik Azərbaycan ensiklopediyasının hazırlanmasına başlandı. Prezident İlham Əliyev 2005-ci il noyabrında Nazirlər kabineti yanında "İçərişəhər dövlət tarixi memarlıq qoruğunun idarə edilməsinə dair əsasnamənin təsdiq edilməsi haqqa" fərman imzalandı. 2006-cı ildə Azərbaycan Przidenti İ.Əliyevin sərəncamı ilə Molla nəsrəddin jurnalımən, şairlərdən Səməd Vurğun və Süleyman Rüstəmin 100 illik yubileyləri keçirildi.
İstifadə edilmiş ədəbiyyatlar

1. Azərbaycan tarixi 7 cilddə. Yeddinci cild Bakı “Elm”. nəşriyyatı 2007

2. Azərbaycan tarixi. Dərslik. Bakı universiteti nəşriyyatı. Bakı 2014

3. Mahmud İsmayıl “Azərbaycan tarixi” Bakı 1992

4. İsmayıl Məmmədov, Azərbaycan tarixi. Bakı 2005.

5. S.Allahverdiyev, Ə.Haqverdiyev, M.Behbudov “Azərbaycan tarixi” Bakı 2007







Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin