1994-cü ilin mayında Azərbaycan Respublikası NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşuldu. Avropa Atlantika Əməkdaşlıq Şurasına qəbul olundu.
1996-cı il dekabrın 2-3-də portuqalyanın paytaxtı Lissabonda ATƏT-in zirvə toplanışında Azərbaycan diplomatiyası mühüm nailiyyət qazanmışdı. Azərbaycan nümayəndə heyəti aşaöıdakı prinsiplərlə Dağlıq Qarabağ probleminin həllini irəli sürdü.
1. AR-nin ərazi bütövlüyünün tanınması: 2. Dağlıq Qarabağda AR-nın tərkibində ən yüksək status verilməsi: 3. Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinə təminat verilməsi. ATƏT -in üzvü olan 54 ölkədən 53-ü Azərbaycan prezidentinin irəli sürdüyü bu prinsipləri bəyəndi. Təkcə Ermənistan bu prinsipləri qəbul etmədi, daha doğrusu AR-nın ərazi bütövlüyünü tanımadı.
Dostları ilə paylaş: |