1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendumu) ilə Azərbaycan Respublikasının Konstitusiyası (Əsas Qanunu) qəbul edildi. 1995-ci il noyabrın 12-də AR parlamentində ilk demokratik seçkilər keçirildi. Milli məclisə müxtəlif partiyaları təmsil edən 125 deputat seçildi.
1998-ci il yanvarın 30-daAzərbaycan Xalq Cumhuriyyətinin 80-illiyi haqqında sərəncam verildi. 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırırmı haqqında" prezident fərmanı verildi. 1998-ci ilin fevralında respublikada Şərqdə ilk olaraq ölüm cəzası ləğv olundu. 1998-ci ildə Azərbaycanda Konstitusiya Məhkəməsi yaradıldı.