3) Heydər Əliyevin hakimiyyətə qayıtması. Azərbaycanda hakimiyyət böhranı yaranırdı. Xalq Cəbhəsinin siyasətindən narazı olanlar çoxalırdı. Belə bir şəritdə 1992-ci ilin oktayabrın 16-da ziyalılardan ibarət 91 nəfər "Səs qəzeti vasitəsilə Heydər Əliyevdən böyük bir siyasətə qayıtmağı xahiş etdilər, 1992-ci il mayın 27-də Sədərək-Diluçu "Ümid" körpüsü tikildi. 1992-ci il noybrın 21-də Naxçıvanda Heydər Əliyevin sədirliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) yaradıldı.
1993-cü ilin iyununda polkovnik, Yevlax yun zavodunun direktoru Surət Hüseynovun başçılığı ilə 709 sayılı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmayaraq Gəncədə qiyam qaldırdı. Ə.Hümbətov cənub bölgəsində "Talış-Muğan Respublikası", seperatcı ünsürlər respublikanın şimal-şərq bölgəsindəb "Ləzgistan dövləti" yaratmaq xəyalına düşdülər. 1993-cü il iyulun 4-də iqtidarın Gəncədə qiyamçılara qarşı uğursuz əməliyyatı onu nüfuzdan saldı. Qiyamçılar Surət Hüseynovun başçılığı altında Bakı üzərinə yeriməyə başladı. İqtidar Heydər Əliyevi Bakıya dəvət etdi.
1993-cü il iyunun 9-da Heydər Əliyev Bakıya gəldi. Həmin il iyunun 15-də Heydər Əliyev AR Ali Sovetinin sədri seçildi. (Həmin gün 1997-ci ildən "Milli Qurtuluş Günü" kimi qeyd edilir). İyunun 18-də prezident Ə.Elçibəy heç kəsi xəbərdar etmədən Kələki kəndinə getdi. İyulun 23-də onun bütün səlahiyyətlərinin icrası Respublika Ali Soveti tərəfindən Heydər Əliyevə həvalə olundu. Ermənilər hücuma davam etdirdilər. 1993-cü il iyulun 12-də Ağdərə, 23-də Ağdam avqustun 21-də Füzuli, avqustun 23-də Cəbrayıl, avqustun 31-də Qubadlı, oktyabrın 2-7 də Zəngilan rayonlarını ermənilər işğal etdilər. MT Təhlükəsizlik Şurası 1993-cü il iyulun 29-da Ağdamın işğalını pisləyən qətnamə, həmin il BMT Təhlükəsizlik Şurası 1993-cü il oktyabrın 14-də yeni ərazilərin işğalı ilə əlaqədar 874 saylı qətnamə, 1993-cü il noyabrın 12-də 884 №-li qətnamə qəbul etdi. Heydər Əliyev S.Hüseynovu baş naziri təyin etdi. 1993-cü il avqustun 29-da keçirilən referendiumda iştirak edənlərin 97,5 faizi Ə.Elçibəyə etimad göstərmədi.
Ə.Hümbətov 1993-cü ilin avqust ayında tabeçiliyində olan batolyonları cəbhə bölgəsindən çıxarıb cənub rayonlarına apardı və 7 rayonda qurama "Talış Muğan Respublikası" elan etdi. Kortəbii baş vermiş mitinq onun bu qurama respublikasını süpürüb atdı. "Sadvalçılar" da zərərləşdirildi. Azərbaycanın parçalanma təhlükəsi ortadan qalxdı.
1993-cü il oktyabrın 3-də Heydər Əliyev alternativ əsasda prezident seçildi. Prezident sentyabrın 10-da andiçmə mərasimində bildirdi ki, dövlət müstəqilliyini möhkəmləndirəcək, onun ərazi bütövlüyünü və tam suverenliyini təmin edəcək, əhalinin rifahını yaxşılaşdıracaq, ordunu möhkəmləndirəcək. 1993-cü il noyabrın 2-də Heydər Əliyev televiziya-radio ilə xalqa müraciət edib vətəni müdafiyəyə çağırdı. Bu müraciətdən sonra Milli Ordu Fizuli rayonunun Horadiz Qəsəbəsini və 22 kəndini azad etdi. 1994-cü ilin fevralında Kəlbəcərdə "Murovdağ" əməliyyatı uğursuz olub ağır itgi ilə nəticələndi.
Atəşkəs. Azərbaycan ordusunun qələbələrindən narahat olan Rusiya Ermənistana hərbi yardımı gücləndirdi. Ermənilər təcavüzü genişləndirdilər. Belə bir şəraitdə atəşkəs haqqında Rusiyanın təklif etdiyi Bişkek protokolunu mayın 8-də A.Cəlilov imzalamadı, onu sonradan R.Quliyev Bakıda imzaladı. Beləliklə, 1994-cü il mayın 12-də atəşkəs əldə edildi. Azərbaycan öz ordusunu yenidən qurmaq üçün vaxt əldə etdi.
Azərbaycana qarşı bir sıra terrorçuluq əməliyyatları başlandı.Metroda yanğın və partlayış törədildi. 1994-cü il sentyabrın 29-da Ali Sovetin sədri müavini Afiyəddin Cəlilov, Prezident yanında xüsusi isarənin rəisi Şəmsi Rəhimov qətlə yetirildi.
Dostları ilə paylaş: |