Yük stansiyasının təsnifatı və xarakteristikası


Gediş sənədlərinin müxtəlifliyi



Yüklə 43,88 Kb.
səhifə13/25
tarix10.01.2022
ölçüsü43,88 Kb.
#109663
1   ...   9   10   11   12   13   14   15   16   ...   25
Gediş sənədlərinin müxtəlifliyi

Bilet – dəmir yolu ilə gedişə hüquq verən müəyyən olunmuş formalı sənəddir.

Biletdə əsasən onun adı, nömrəsi, seriyası, yola salma stansiyası və dəmir yolunun adı, qatar dəyişmədə hərəkət etmə stansiyalarının adı, sərnişinlərin sayı, qiymət etibarlılıq müddəti, qatarın nömrəsi, vaqonun nömrəsi və növü, yer, qatarın yola dümə vaxtı və xidməti qeydlər göstərilir. Biletlər növünə, doldurma tərzinə və verilməsinə görə müxtəlif olurlar.

“Ekspress” sisteminin blank bileti üst-üstə yapışdırılmış üç nüsxədən olmaqla avtomatik bilet çap edən qurğularda rəsmiləşdirilir:



Bilet çap olunduqdan sonra kassir birinci iki nüsxəni sərnişinə verir, üçüncü nüsxəni isə hesabat üçün özündə saxlayır.

Xidməti biletlər illik və bir dəfə gediş üçün verilə bilər. İllik biletlər bir və ya bir neçə dəmir yolunun ərazisində gediş üçün verilə bilər. İllik biletlərin aşağıdakı növləri vardır:

yüksək forma – bütün qatarlarda və vaqonlarda gedişə icazə verir;

aşağı forma – bir dəmir yolu sahəsi daxilində bərk kupe olmayan bütün növ vaqonlarda gedişə icazə verir.

Talon biletinin qiyməti gediş sahəsinin uzunluğu və vaqonun növü nəzərə alınmaqla hesablanır. Daha yüksək növlü vaqonda gediş zamanı vaqonun növləri arasındakı qiymət fərqi bilet kassiri tərəfindən tam tutulmalıdır.

Talon təqdim etmə ilə gediş sənədi almış şəxslər nəzarətçi şəxslər tərəfindən tələb olunduqda talon biletlərini təqdim etməlidirlər. Əks təqdirdə, yəni talon bileti təqdim olunmadıqda belə şəxslər biletsiz hesab olunur və onlar müəyyən olunmuş məbləğdə cəriməni ödəməklə minik stansiyasından təyinat stansiyasına qədər gediş haqqını ödəməlidirlər. Talonlardan onlarda göstərilən müddət ərzində istifadə olunmadıqda pul geri qaytarılmır.




Yüklə 43,88 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin