Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ



Yüklə 0,86 Mb.
səhifə18/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

2.1.3. Tabelilik intonasiyası

Zaman budaq cümləsini baş cümləyə bağlayan bağlayıcı vasitələrdən biri də tabelilik intonasiyasıdır. Tədqiqatçıların göstərdiyinə görə, tarixən tabeli mürəkkəb cümlənin komponentləri arasında intonasiya əsas bağlayıcı vasitə olmuşdur [108, s. 12]. Digərləri bu fikirdədirlər ki, “tabeli və tabesiz mürəkkəb cümlələrin müxtəlif növlərə, komponentlərə ayrılmasında xüsusən budaq cümlə ilə fərqləndirilməsində intonasiya mühüm rol oynayır” [6, s. 50]. Təhlil etdiyimiz nümunələr tabelilik intonasiyası ilə baş cümləyə bağlanan zaman budaq cümlələrinin Azərbaycan dilində geniş yayıldığını deməyə əsas verir. İngilis dilində tabelilik intonasiyası ilə bağlanan zaman budaq cümləsinə rast gəlinmir.



Biri bir axmaq söz dedi, gərək bunlar da oturub ona axmaq-axmaq gülələr (Ə.Haqverdiyev). Bir hərəkətin xoşuna gəlmədi, deyəcək “get, bala, sənə mən qız vermərəm”(M.İbrahimov). Səkinə xala, gün ki batdı, hər yan bağlanır, bir şey tapmaq olmur [34, s. 367]. O çox uzaq illərdə ki universitetdə bir yerdə oxuyurdular, onda başını aşağı salıb sürətlə leksiya yazmaqdan qələm tutan barmaqları döyənək bağlamışdı [34, s. 367].


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin