Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ



Yüklə 0,86 Mb.
səhifə16/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   12   13   14   15   16   17   18   19   ...   49
After they had gone he felt lonely, and began to tire of his lady-love (O. Wilde). ... after they had secured for their world all the electricity there was in the Universe, ... they could imagine as further necessary to human happiness, they would probably muse for awhile, and then reply, ... (Jerome K.Jerome).

Bu cür tabeli mürəkkəb cümlələrdə budaq cümlə əsas cümlədə haqqında bəhs edilən hadisədən öncə baş vermiş hadisəyə görə əsas cümlənin zamanını bildirir.



Before bağlayıcısı ilə daxil edilən budaq cümlələrdə bunun əksi müşahidə olunur. Burada budaq cümlədə, baş cümlədə haqqında bəhs edilən hadisədən əvvəl baş vermiş hadisəyə görə zaman ifadə olunur; həmin hadisənin baş verməsi cümlədə öz əksini tapır. Məsələn:

But before he had opened his wings, a third drop fell, and he looked up, and saw--Ah! What did he see? (O. Wilde). ... but next time he'll want to know something more before he parts with his money (A.Cristie).

Since bağlayıcısı indiki ana qədər və ya keçmişdə müəyyən zaman kəsiyinə qədər davam etməkdə olan müddətin başlanmasını bildirən zaman budaq cümlələrini baş cümləyə daxil edir. Birinci halda baş cümlənin xəbəri indiki bitmiş zaman formasında, ikinci halda isə keçmiş bitmiş zamanda işlənir. Zaman budaq cümləsinin xəbəri isə hər iki halda keçmiş qeyri-müəyyən zamanla ifadə olunur. Nümunələr:

I have only seen him once since I left school.

She had been such of a companion to him since she was three years old. [105, s. 314]

We’ve known each other since we were children (S. Maugham)

İngilis dilində zaman bildirən bağlayıcıların bəziləri yalnız zaman budaq cümləsində işlənmir. Belə ki, as bağlayıcısı zaman budaq cümləsindən əlavə səbəb, tərz, güzəşt, müqayisə budaq cümlələrini də baş cümləyə daxil edir. Yaxud since bağlayıcısı zaman budaq cümləsindən əlavə səbəb budaq cümləsini də baş cümlə ilə əlaqələndirir. Whenever ümumən zaman münasibətlərini ifadə edən bağlayıcı olsa da, həmin bağlayıcının zaman mənasında çox vaxt güzəşt çalarının da mövcudluğu müşahidə olunur.

İngilis dilində zaman budaq cümləsi ilə baş cümləni bağlayan vasitələr arasında zaman bildirən zərflər də mühüm rol oynayır. Elmi ədəbiyyatda bunlar sonradan bağlayıcılaşmış zərflər də adlandırılır [105, s. 314-315]. Buraya the time, the moment, the instant, the day, immediately, directly və digərləri aiddir Onların çoxu baş cümlədəki hərəkətin dəqiq vaxtını bildirən zaman budaq cümləsini baş cümlə ilə əlaqələndirir. Belə bağlayıcı vasitə ilə bağlanan baş və budaq cümlələrdə hərəkətin bilavasitə ardıcıllığı da ifadə edilə bilər. Məsələn:

We‘ll be married the very moment we find a house.



Immediately he had lain down and closed his eyes, his consciousness went racing on without him.

Directly he saw me, he slipped back into the room [105, s. 315].

Zaman bildirən zərflərin zaman budaq cümləsini baş cümlə ilə əlaqələndirilməsində zaman sözönülərindən by, till, until də mühüm rolu vardır. Bunlar aşağıdakı birləşmələrdə işlənirlər: by the time, till the time, until the time, by the day, by the moment, till the moment və s. Bu birləşmələrdə ifadə edilən zaman kəsiyi baş cümlədə ifadə edilən hərəkətin dəqiq zamanını ifadə edir. Bu birləşmələrdə özünə yer alan by, till, until sözönüdür. Bu dəqiqdir. Lakin bir sıra ədəbiyyatda həmin birləşmələri sonradan bağlayıcılaşmış zərflər adlandırdıqlarına görə [103, s. 269; 105, s. 314-315], biz də ənənəni pozmayaraq həmin birləşmələrə bağlayıcılaşmış zərflər kimi yanaşaraq, onları zaman budaq cümləsini baş cümləyə bağlayan bağlayıcılar sırasında verməyi qərarlaşdırdıq. Əslində bunlara bağlayıcı sözlər kimi də yanaşmaq mümkündür.



By the time he gets home, she will have cleaned the entire house.

By the time I finish this course, I will have taken ten tests.

they could remember nothing from the time they landed till the time they sailed (A.Cristie).



Me and Henry laid low until the day the steamer came back (J.London).

I saw no more of Uriah Heep, until the day Agnes left town (Ch.Dickens).

Aşağıdakı cümlələrdə zaman budaq cümləsini baş cümlə ilə əlaqələndirən scarcely … when, hardly … when, no sooner … than tipli, elmi ədəbiyyatda mürəkkəb bağlayıcılar [45], korrelyativ elementlər [105, s. 314-315], bağlayıcı zərflər [165] adlandırılan birləşmələr də iştirak edir. Bu elementlərin işləndiyi cümlələrin xüsusiyyəti ondan ibarətdir ki, when və than bağlayıcıları zaman budaq cümləsini baş cümləyə daxil edərkən baş cümlədə işlənmiş scarcely, hardly no sooner zərfləri ilə əlaqəli şəkildə çıxış edirlər. Nümunələrə diqqət yetirək:



Scarcely had his hands touched her head, when she sighed deeply. (London). Hardly had they entered the house, when a violent thunder storm broke out. No sooner had I wiped one salt drop from my cheek, than another followed. (Ch. Bronte). Scarcely had we finished lunch when the bell rang for afternoon classes. Scarcely had the demonstration started when trouble broke out and the police moved in to arrest people. Hardly had I started working on the computer when the electricity was gone.

Azərbaycan dilində zaman budaq cümləsini baş cümləyə bağlayan əsas vasitələrdən biri ki bağlayıcısıdır. Elmi ədəbiyyatda ki aydınlaşdırıcı, izahedici bağlayıcı kimi təqdim edilir [5; 33; 34, s. 305; 19, s. 53]. “Ki bağlayıcısı izahedici, aydınlaşdırıcı bağlayıcıdır. Ki bağlayıcısı bəzən yalnız intonasiyanın iştirakı ilə baş və budaq cümlə arasında əlaqə yaradır, başqa bir vasitə olmadan budaq cümləni baş cümləyə bağlayır və bu zaman budaq cümlənin növü cümlənin qrammatik semantikası, baş cümlədən doğan sual əsasında müəyyənləşir.” [34, s. 305]

Ki bağlayıcısı çoxfunksiyalılığı ilə fərqlənir. Belə ki, o, tabeli mürəkkəb cümlələrin bir çox növündə bağlayıcı vasitə kimi iştirak edilir.

Zaman budaq cümləsində ki bağlayıcısı işləndikdə baş cümlədə qəlib söz zaman zərfliyi funksiyasında işlənir. Belə cümlələrdə qəlib söz işlənmirsə, onu asanlıqla təsəvvür etmək olur. Baş cümlədə işarə əvəzlikləri ilə ifadə olunan zaman zərfliyinin olub-olmaması üslubdan asılı olur. Qəlib sözlər zaman bildirən sözlərin müxtəlif hallarda işlənən formalarından ibarət olur.



Oğlan o zaman kəndə çatdı ki, camaat onlara tərəf axışırdı.

Elə ki dörd divar canını sıxdı, Qış günəşi kimi göründü tək-tək (S.Vurğun)

Kişi onda ayıldı ki, gördü geridən özgə hənir gəlir (S.Əhmədov)

Elə süfrəni yığışdırmaq istəyirdilər ki, ortaya kabab gəldi (Q.Kazımov).

Əlini o vaxt yendirdi ki, Xudayar bəy razılıq verdi (C.Məmmədquluzadə)

Bizim çırağımız o vədə keçdi ki, atanız öldü (C.Məmmədquluzadə)

O günü bədbəxt oldum ki, ərim öldü, oğul ümidinə qaldım (Ə.Vəliyev).

Göründüyü kimi, bu nümunələrin hamısında budaq cümlə baş cümlə ki bağlayıcısı ilə bağlanmışdır. 1-ci misalda baş cümlədə o zaman qəlib sözü işlənmişdir. Budaq cümlə o zaman sözünün məzmununu konkretləşdirir və baş cümlədə icra olunan hərəkətin zamanını bildirir. Cümlə sadələşdirildikdə budaq cümlənin zaman zərfliyi funksiyasında işləndiyi məlum olur: Oğlan camaat onlara tərəf axışanda kəndə çatdı. 2-ci misalda baş cümlədə qəlib söz yoxdur, lakin qəlib sözü təsəvvür və əlavə etmək olar. Budaq cümlə baş cümlədəki hərəkətin zamanını müəyyənləşdirir: Dörd divar canını sıxanda (sıxan kimi) qış günəşi kimi tək-tək görünməyə başladı. Bu cür hallarda yeni informasiya baş cümlədə olur və baş cümlə tabeli mürəkkəb cümlə üçün rema rolunu oynayır [33, s. 365]. Digər nümunələri də göstərilən əsaslarla izah etmək olar.

Qarşılaşdırılan ingilis və Azərbaycan dillərində zaman budaq cümləsini baş cümləyə bağlayan vasitələrdən geniş yayılmış olan bağlayıcıları müqayisə etdikdə görmək olur ki, ingilis dilində bağlayıcılar kəmiyyət etibarilə Azərbaycan dilində olduğundan xeyli çoxdur. Azərbaycan dilində bu mövqedə yalnız ki bağlayıcısı işlənir.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin