Ontogenezin təkamüLÜ



Yüklə 27,71 Kb.
səhifə1/7
tarix01.12.2022
ölçüsü27,71 Kb.
#120289
  1   2   3   4   5   6   7
tekamül müh davamı


ONTOGENEZİN TƏKAMÜLÜ
Orqanizmlərin ontogenezi (fərdi inkişafı) və filogenezi (tarixi inkişafı) sıx əlaqədə olub, bir-birindən asılıdır. Hər bir orqanizmin ontogenezi onun filogenezi ilə müəyyənləşir və istiqamətlənir.
Ontogenez fərdi inkişaf prosesində genotip ilə xarici mühit amillərinin qarşılıqlı təsirində ziqot dövründən inkişafın bu və ya digər mərhələlərində baş vermiş biokimyəvi və fizioloji proseslər nəticəsində təbii həyat tsiklinin həyata keçməsidir. Başqa sözlə, ontogenez hər bir fərdin ziqot əmələ gələndən ölənə qədər keçirdiyi inkişaf dövrüdür. Ontogenez planetimizdə həyat fenomeninin əsasıdır. Ontogenez təkamülü özündə qısa, ixtisar olunmuş şəkildə və çox sürətlə əks etdirən prosesdir.
Ontogenez
Ontogenez – orqanizmin təsnifatından asılı olmayaraq fərdin zəruri xüsusiyyətidir. Müxtəlif növ fərdlərinin ontogenezi təsnifatına, diferensiasiya sürətinə və xarakterinə görə eyni olmur. Ontogenezi, adətən, embrional və postembrional dövrlərə bölürlər. Heyvanlarda embrional inkişaf, bitkilərdə isə postembrional inkişaf diferensiasiya ilə daha zəngindir, eləcə də, bu dövrlərdən hər biri bir-birindən fərqlənən ardıcıl mərhələlərə bölünür. Hər bir növün ontogenezi düzünə və ya metamorfoz yolla inkişaf edir. Deməli, müxtəlif qruplarda ontogenez özünəməxsus xüsusiyyətlərə malikdir.
Mikroorqanizmlərdə ontogenez bir hüceyrə səviyyəsində həyata keçir və ana hüceyrə bölünməsindən qız hüceyrə bölünməsinə qədər davam edir.
Təkamüldə çoxhüceyrəliliyə (Metazoa) keçməklə ontogenez mürəkkəbləşir və zamanca uzanır. Lakin ontogenezin təkamülü prosesində informasiyaların həyata keçirilməsinin daha da təkmilləşmiş üsullarının meydana çıxması ilə əlaqədar inkişafın xeyli dərəcədə sadələşmə halları da müşahidə edilir.
Təkamül prosesində bitki və heyvanların ontogenezində mürəkkəb inkişaf tsikli meydana çıxır ki, onun da hər bir mərhələsi müəyyən mühit şəraitinə uyğunlaşır. Fərdi inkişaf prosesinin mürəkkəbləşməsini hər bir böyük taksonomik qrup heyvanların ibtidai və ali formalarını bir-birilə müqayisə etdikdə asanlıqla aşkar etmək olar: ali qurdlar (halqavari) ibtidailərə (turbelyari) nisbətən daha mürəkkəb embrional inkişafa malikdir, xüsusən ali onurğalılar ibtidai onurğalılardan daha mürəkkəb morfogenez prosesi ilə fərqlənir.
Məməli heyvanların fərdi inşişafında nəzərə çarpan kəskin dəyişikliklər baş vermişdir. Onlarda inkişafın ilk mərhələsi ciddi dəyişildiyindən onu tarixi inkişaf baxımından izah etmək olur. Məməlilərdə embrional inkişafda mərkəzi sinir sisteminin, eşitmə orqanının və skeletin bəzi hissələrinin inkişafı çox mürəkkəbləşmişdir.

Yüklə 27,71 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin