Ontogenezin təkamüLÜ



Yüklə 27,71 Kb.
səhifə6/7
tarix01.12.2022
ölçüsü27,71 Kb.
#120289
1   2   3   4   5   6   7
tekamül müh davamı

Bacarıqlı (qabil) insan. L.Liki 1959-cu ildə Afrikada Oldovay dərəsində insanların qalıqlarına rast gəlmiş, o həmin qalıqlara əsasən onların mənsub olduqları qrupları Homo habilis bacarıqlı (qabil) insan adlandırmışdır. H.habilis təxminən 3500000-17500000 il bundan əvvəl yaşamışlar. Bunlarda beyin kütləsi 650-775q olmuşdur. Hazırladıqları əmək alətləri çox müxtəlif formalı daşlardan ibarət olmuşdur. Iki ayaq üstdə gəzmələri təkmilləşmişdir. Dik gəzməklə əlaqədar onların bədənlərinin quruluşu da təkmilləşmişdir.
Arxantroplar və ya ən qədim insanlar. Arxantroplar insanların ən qədim əcdadları olmuşlar. Avstralopiteklər və homo-habilislərlə eyni zamanda yaşamışlar, lakin bir sıra əlamət və həyat tərzləri etibarilə onlardan üstün olmuşlar. Bunların beyninin çəkisi 800-1000 q olmuşdur. Beyin çəkisinin artmasına görə də arxantroplar homo-habilislərə nisbətən insanlaşma prosesində irəliyə doğru daha bir addım atmışlar. Lakin onlarda hələ qaşüstü yastıqlarının, alının geriyə doğru mailliyinin, çənəaltı çıxıntının olmaması, burunun yastı olması müasir insan pilləsinə çatmalarını göstərir. Sonralar homo-habilislərin həyatında baş vermiş əsaslı dəyişikliklər nəticəsində kompleks əlamətlərə malik proqressiv homo-erektus qrupu və ya pitekantroplar, sinantroplar, heydelberqlər meydana gəlmişdir.
Sinantroplar 600-400 min, hətta 200 min il bundan əvvəl yaşamışlar. Bunların beyninin həcmi 1050 sm3 -ə qədər olmuşdur. Beynin sol payında hərəkəti idarə edən mərkəzlər yerləşmişdir, sağ payına nisbətən böyük olmuşdur.
Almaniyada Heydelberq şəhəri yaxınlığında (1907) homo erektusların alt çənəsi tapılmışdır. Bu tapıntıya əsasən çənə sahibini Heydelberq insan adlandırmışlar.
Azıxantrop. 1960-cı ildə Azərb. SSR Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən aparılan arxeoloji tədqiqatlar sayəsində respublikamızın müxtəlif yerlərində qədim əcdadlarımızın yaşadığı bir neçə mağara tapılmışdır. Bunlardan Azıx mağarası dünya alimlərinin diqqətini cəlb etmişdir. Bu mağara Qarabağ dağlarının Cənub-Şərq yamacları ilə Cənubi Azərbaycan ərazisi sərhəddində yerləşmişdir. 2 milyon il bundan əvvəl Şərqi Avropada homo-habilisə yaşca yaxın olan ilk insanlar burada məskən salmışlar.
Azıx mağarası dünyada tapılan ən irir mağaralardan biridir. Burada müxtəlif məqsədlər üçün hazırlanmış çoxlu miqdarda daş alətlər tapılmışdır. Azıx mağarasında tapılan və ən qədim insanlara – arxantroplara aid alt çənə qazıntısı diqqəti daha çox cəlb edir. Bu qırıntı 1968-ci ildə mağaranın aşel təbəqəsindən tapılmış və azıxantropun alt çənəsinin sağ qanadı hesab edilmişdir. Bu qanadın üstündə güvdənin arxa hissəsi və yüksələn şaxənin aşağı yarısı saxlanılmışdır. Çənə qırığı üstündə dişlərdən yalnız üçüncü azı dişi bütöv saxlanılmış, ikinci azı dişi ortadan sınmış, birinci azı dişi isə tamamilə yoxdur, lakin onun alveolları olduqca yaxşı nəzərə çarpır, gövdəsi nisbətən qalındır. Bu baxımdan azıxantropun alt çənəsi avstralopiteklərdən fərqlənir və bu xüsusiyyətlərinə görə arxantropların arasında özünə yer tutur.
Neandertallar. Neandertallar (paleantroplar) qədim insanlar adlandırılır və müasir insan Homo sapiens-in bilavasitə əcdadı hesab edilir.
Neandertallara aid materiallar ilk dəfə 1856-cı ildə Almaniyada neander dərəsində tapılmışdır. Təxminən 250-40 min il bundan əvvəl yaşamışlar. Bunlar istər bədən quruluşlarına, istərsə də mənşələrinə görə sinantroplarla müasie insanlar arasında aralıq vəziyyət tuturlar. Neandertalların boyu təxminən 155-165 sm, beyin kütləsi isə arxantroplara nisbətən çox, təxminən 1500 q olmuşdur.
Neandertalların inkişafında iki xətt müşahidə olunur. Bunlardan biri xronologiya etibarilə nisbətən əvvəl başlanğıc alan, digəri isə sonradan formalaşan (yeni) xətdir. İlk baxışda belə görünə bilər ki, sonrakı xətt inkişafca, fiziki quruluşca, həyat tərzlərinə görə, mədəni-ictimai səviyyələri etibarilə birinci xəttə nisbətən bir sıra üstünlüklərə malik olmalı və yaşayış uğrunda mübarizədə qalib gəlməli idilər.

Yüklə 27,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin