Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ


Zaman budaq cümləsini baş cümləyə bağlayan əlaqə vasitələri



Yüklə 0,86 Mb.
səhifə14/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

2.1. Zaman budaq cümləsini baş cümləyə bağlayan əlaqə vasitələri

Qarşılaşdırılan ingilis və Azərbaycan dillərinin zərflik budaq cümlələri ifadəolunma semantikasının eyniliyi ilə diqqəti cəlb edir. Zaman budaq cümləsi də bu dillərdə zərflik konstruksiyaları içərisində aparıcı mövqe tutur. Budaq cümlənin bu növü insan təfəkkürünün zaman haqqında düşüncələrinin müəyyən inkişaf dövründə meydana gələrək dilin daxili qanunları əsasında fəaliyyətini davam etdirir, ünsiyyətə xidmət edir. Zaman budaq cümləsi zaman funksiyasının yükünü öz üzərində daşıyır. Budaq cümlənin zaman məzmunu - hərəkət və ya əlamətin vaxtı tarixən təfəkkür prosesinin sadədən mürəkkəbə doğru inkişafı ilə bağlı meydana çıxmışdır. Insan təfəkkürünün müəyyən inkişaf dövrü zaman budaq cümləli tabeli mürəkkəb cümlələri də meydana gətirmişdir. Bunun nəticəsində zaman anlayışını bildirmək üçün “sadə cümlələrin bir-biri ilə yanaşması lazım gəlir ki, bu məqsədlə də dilin öz materiallarından bağlayıcı elementlər kimi istifadə olunur” [5, s. 370].

Tabeli mürəkkəb cümləni təşkil edən baş və budaq cümlələrin bütöv bir fikri ifadə etməsi üçün onların tabelilik əlaqəsində birləşməsi zəruri şərtdir. Tabeli mürəkkəb cümlələrdə bir-biri ilə zaman münasibətində olan komponentlər arasında tabelilik əlaqəsi müxtəlif vasitələrlə formalaşır. Ona görə də ingilis və Azərbaycan dillərində zaman budaq cümləli tabeli mürəkkəb cümlələrin struktur xüsusiy-yətlərinin öyrənilməsində onların komponentlərinin arasındakı sintaktik əlaqənin ifadə vasitələrinin üzə çıxarılmasının mühüm əhəmiyyəti vardır.

Müxtəlif dillərin materialları əsasında apardığı müşahidələr nəticəsində M.Əsədova belə qənaətə gəlmişdir ki, tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələrin qeydə alındığı dillərdə baş və budaq cümlələr arasında tabelilik əlaqəsi aşağıdakı üsullarla ifadə olunur: 1) bağlayıcılar; 2) bağlayıcı sözlər (bağlayıcı əvəzliklər, bağlayıcı zərflər); 3) sözönülər; 4) qoşmalar; 5) ədatlar; 6) affikslər; 7) tabelilik intonasiyası [19, s. 40].

Bu əlaqə vasitələri ümumən tabeli mürəkkəb cümlələrin komponentləri arasında tabelilik əlaqəsinin ifadə üsullarıdır. Bu heç də o demək deyildir ki, bunlar bütün dillərdə özünü göstərir. Qeyd edilən əlaqə üsullarının konkret dillərdə istifadə olunması hər bir dilin qrammatik quruluşu ilə bağlı məsələdir.

Araşdırmalar ingilis və Azərbaycan dillərində zaman budaq cümləli tabeli mürəkkəb cümlələrin tərəfləri arasında sintaktik əlaqənin aşağıdakı ifadə vasitələrinin mövcudluğunu göstərir.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin