Zaqatala rayon mamrux



Yüklə 489,08 Kb.
səhifə3/6
tarix25.10.2017
ölçüsü489,08 Kb.
#12569
1   2   3   4   5   6

İstedadlı Şagirdlərlə iş



Tarix



Görüləcək işin məzmunu

icraçı

resurs

Nəticə

15sentyabr-

20 oktyabr



tarix fənnindən VI sinif Azərbaycan tarixifənnindən dərs prosesində keçilən mövzulara uygundərinləşdirilmiş tapşırıqlar verildi;

İnternet resurslarından istifadə etməklə əlavətəqdimatların hazırlanması tapşırıldı;

mövzulara aid test tapşırıqları tapşırıldı


Sinif rəhbəri və fənn müəllimi Sakit Həsənov

VIsiniftarix dərsliyi; TQDK VIsiniflər üçün sinif testləri;İKT 

Mövzuların mənimsənilməsi səviyyəsi yoxlanıldı;

Testlərin cavabları yoxlanıldı;

Yanlış cavablara aydınlıq gətirildi; nəticələr təhlil olundu


20 sentyabr-20 oktyabr

ədəbiyyat və incəsənət sahəsində istedadı olan sinif şagirdlərinədərsdənkənar vaxtda məşgələr müəyyən olundu; tapşırıqlar verildi

Sinif rəhbəri,ədəbiyyat, texnologiya vərəsm müəllimləri

müxtəlif növədəbiyyat; tikməavadanlıqları; rəsm ləvazimatları

əl işlərinin məktəb sərgilərində, rayon müsabiqələrində nümayişi təmin olundu

15sentyabr-20 oktyabr



Azərbaycan dili fənnindən VI sinif fənn kurikulumlarına uygundərinləşdirilmiş tapşırıqlar verildi; həmin bölmələr üzrə test tapşırıqlarının işlənilməsi tapşırldı.

Fənn müəllimi:İbrahimova Güldənə

Azərbaycan dili dərsliyi; TQDK sinif testi; Müxtəlif test topluları

Mövzuların mənimsənilməsi səviyyəsi yoxlanıldı;

Testlərin cavabları yoxlanıldı;

Yanlış cavablara aydınlıq gətirildi; nəticələr təhlil olundu

15sentyabr-25 oktyabr




Riyaziyyat fənnindən dərinləşdirilmiş təkrar və test tapşırıqlarının işlənilməsi tapşırıldı:

Fənn müəllimi: Musa Hacıyev



Riyaziyyat dərsliyi; TQDK sinif test kitabçaları və test toplusu.

Mövzuların mənimsənilməsi səviyyəsi yoxlanıldı;

Testlərin cavabları yoxlanıldı;

Yanlış cavablara aydınlıq gətirildi; nəticələr təhlil olundu




Tarix



Görüləcək işin məzmunu

icraçı

resurs

Nəticə

15sentyabr-

20 oktyabr


 Rus dili fənnindən VI sinif fənn kurikulumlarına uygundərinləşdirilmiş tapşırıqlar verildi; həmin bölmələr üzrə test tapşırıqlarının işlənilməsi tapşırldı



fənn müəllimiTəzəgül

Əhmədova





Mövzuların mənimsənilməsi səviyyəsi yoxlanıldı;

Testlərin cavabları müzakirə edildi;



Yanlış cavablara aydınlıq gətirildi; nəticələr təhlil olundu

İl boyu

İncəsənət istiqaməti üzrə( rəsm, bədii tikmə, şeir yazmaq və s) maraq vəmeylləri nəzərə alaraq müvafiq fənn müəllimləri ilə əlbir fəaliyyət göstərmək, onları əlavəməşgələlərə cəlb etmək, onların  əl işlərini rayon və respublika səviyyəli müsabiqə, yarış, vəsərgilərdə iştirakına çalışmaq.

Sinif rəhbəriS. Həsənov , təşkilatçı T. Mahmudova vədigər müəllimlər
























SİNİF TƏŞKİLAT SAATI VƏ ONUN TƏŞKİLİ YOLLARI

Sinif rəhbərlərinin apardığı çoxcəhətli tərbiyəvi işin ən mühümü və ən əsası olan sinif təşkilat saatı şagirdlərin təhsil və tərbiyəsini təşkil etmək, fəaliyyətlərinə düzgün istiqamət vermək üçün çox fayadalı və gərəklidir. Belə bir tərbiyəvi iş üsulu ona görə çox vacibdir ki, bu vaxt şagird şəxsiyyətinin hərtərəfli və dinamik inkişafı üçün hər cür şərait yaranır.  Əgər sinif rəhbəri möhkəm sinif kollektivi yaratmaq, sinifdəki hər bir şagirdin fərdi-psixoloji xüsusiyyətlərini dərindən öyrənmək, onları hər hansı bir işə səfərbər etmək, qarşıda duran problemləri, tərbiyəvi vəzifələri vaxtında və operativ həll etmək istəyirsə, onda sinif saatından məqsədəmüvafiq şəkildə istifadə etməlidir.  Sinif təşkilat saatı dərsdənkənar tərbiyə işi olduğundan onun həftənin sonunda, dərsdən sonra keçirilməsi məqsədəuyğundur. Nəzərə almaq lazımdır ki, sinif təşkilat saatının səmərəliliyi onun çox keçirilməsi ilə deyil, pedaqoji cəhətdən düzgün təşkili, keçirilmə metodikası, şagirdlərin məntiqi təfəkkürünə təsiri, sinif şagirdlərinin fəallığı və təşəbbüskarlığı ilə ölçülür. Təcrübə göstərir ki, sinif təşkilat saatını mütləq hər həftə keçirmək çox da vacib deyildir. Ancaq həftədə bir dəfə sinif təşkilat saatının təşkili işin ziyanına da deyildir.  Sinif təşkilat saatının təşkili ciddi hazırlıq tələb edir. Hər bir sinif rəhbəri bu saatı keçirmək üçün həftə boyu ciddi hazırlaşmalıdır. Sinif təşkilat saatına nə qədər vaxt sərf etmək lazımdır? Əlbəttə, bu müddət işin təşkilindən asılıdır. Onun nə qədər davam edəcəyini qabaqcadan hökm etmək olmaz. Sinif təşkilat saatını o vaxt başa çatdırmaq lazımdır ki, artıq şagirdlər özləri bunu istəmiş olsunlar. Şagirdləri yorana kimi sinif təşkilat saatını davam etdirmək isə yalnız ziyan verə bilər. Yaxşı olar ki, V-VIII siniflərdə bu işə 40-45 dəqiqə vaxt sərf olunsun. IX-XI siniflərdə isə sinif saatını 1 saatadək uzatmaq olar (əgər seçilmiş mövzu aktual və maraqlıdırsa).  Sinif təşkilat saatı dərsdənkənar tərbiyəvi iş forması olduğundan onu cədvələ salmaq düzgün deyildir. Əlamətdar günlərə aid keçirilən sinif təşkilat saatlarını, təbii kihəmin günlərdən 1-2 gün qabaq salmaq lazımdır.Hamını maraqlandıran məsələ isə sinif təşkilat saatı üçün mövzu seçimidir. Aydındır ki, sinif təşklat saatı şagirdlərin təhsil və tərbiyəsi ilə bağlı vəzifələri əhatə etməlidir. Sinif təşkilat saatı şagirdlərin dünyagörüşünü formalaşdırmaq, onların Azərbaycan ın müstəqilliyi, suverenliyi, dövlətçiliyi haqqında bilik və təsəvvürlərini genişləndirmək üçün yaxşı vasitədir. Bu saatlarda şagirdlərə ümummilli lider Heydər Əliyevin gərgin əməyi və fəaliyyəti haqqında geniş və hərtərəfli məlumat vermək lazımdır. Onlar hörmətli Prezidentimiz İlham Əliyevin respublikamız, xalqımız, xüsusən də gənclər üçün gördüyü işlər barədə də məlumatlandırılmalıdırlar.  Sinif təşkilat saatının məzmununda nələrə fikir vermək lazımdır? Şagirdlərimiz vətənimizin dostlarını, düşmənlərini yaxşı tanımalı, dövlət simvollarını, qanunları yaxşı öyrənməlidirlər. Hər bir şagirdin mənəvi aləmini zənginləşdirmək üçün sinif təşkilat saatlarının böyük imkanları vardır. Göstərilən mövzularda təşkil olunmuş sinif saatlarının proqramı sinif rəhbərinin fəaliyyət planında öz əksini tapmalıdır. Sinif təşkilat saatları mövzuya, şagirdlərin yaş xüsusiyyətlərinə uyğun, həmçinin sinifdəki şagirdlərin hazırlıq səviyyəsinə müvafiq olaraq müxtəlif formalarda – müzakirə, söhbət, görüş, viktorina, disput, ekskusiya və s. formalarda təşkil oluna bilər. Mövzusundan asılı olaraq, sinif təşkilat saatı məktəbdənkənar da keçirilə bilər. Məsələn, təbiət və ya ekologiyaya həsr olunmuş sinif təşkilat saatını təbiət qoynunda keçirmək daha səmərəli olar.  Təcrübə göstərir ki, sinif təşkilat saatlarının ən əsas üç funksiyası vardır: maarifləndirici, istiqamətləndirici və təşkiledici. Marifləndirici funksiya odur ki, sinif təşkilat saatlarında şagirdlərin bilik və dünyagörüşləri genişləndirilir və keçilən dərslərin yaxşı öyrənilməsinə əsas yaranır. Belə sinif təşkilat saatlarında respublikamızın iqtisadi və siyasi həyatından, elm və texnika sahəsindəki yeniliklərdən, tariximiz, ədəbiyyatımız və mədəniyyətimizdən söhbətlər açmaq çox yaxşı olar. Nəzərə almaq lazımdır ki, soykökümüzə, milli adət-ənənələrimizə həsr olunmuş mövzular şagirdlərimizdə böyük maraq oyadır. “Kitabi-Dədə Qorqud”, “Azərbaycan odlar ölkəsidir”, “Xalqımızın böyük oğullları”, “Əsrin müqaviləsi”, “İpək yolu Azərbaycandan keçir”, “Azərbaycanın dövlət simvolları”, “Xalqımızın qədim abidələri”, “Qırmızı kitabımız”, “Heydər Əliyev ümummilli liderimizdir”, “Azərbaycan bədii sərvətlər ölkəsidir” və s. mövzularda keçirilən sinif təşkilat saatları uzun müddət şagirdlərimizin yadından çıxmır. 
Sinif təşkilat saatlarının funksiyalarından biri də istiqamətverici funksiyadır. Bu günkü tarixi şəraitdə bu funksiya böyük əhəmiyyət kəsb edir. Şagirdlər praktik olaraq fəaliyyətə, ictimai-faydalı işə cəlb edildikdə onlarda əməyə məhəbbət işi güclənir.  Təşkiledici funksiyada isə müəllim sinif kollektivinin formalaşmasına diqqət yetirir, sinifdə ictimai rəyin, şagirdlər arasında səmimi münasibətlərin yaranmasına çalışır. Təcrübə göstərir ki, bir çox sinif rəhbərləri dərs ilinin əvvəlində sinif təşkilat saatı keçirərək hər bir şagirdin ictimai tapşırığını müəyyən edir. Sinif nümayəndəsi, təmizlik komissiyasının sədri, qəzet redaktoru və s. ictimai vəzifələrə uyğun olan şagirdlərin seçkisini keçirir. Bundan sonra şagirdlər sinif iş planı ilə tanış olurlar. Beləliklə hər bir şagirdin vəzifəsi müəyyənləşdirilir, dəqiq iş bölgüsü aparılır və müvafiq tapşırıqıar verilir.  Sinif təşkilat saatlarında təlim-tərbiyə işlərinin vəziyyəti, məktəbdə və ictimai həyatda davranışı, təhsilə, sinif və məktəb yoldaşlarına münasibəti, ictimai işlərdə fəallığı və s. müzakirə oluna bilər. Şübhəsiz ki, belə müzakirələr şagirdlərdə mənəvi keyfiyyətlərinin düzgün tərbiyə olunmasına, onların şəxsiyyət kimi formalaşmasına kömək edəcəkdir. Sinif təşkilat saatlarında ekspromt söhbətlər də aparıla bilər. Bəzən elə məsəslələr ortaya çıxır ki, heç bir hazırlıq görülmədən onlar barədə söhbətlər aparmaq zəruri olur. Məsələn, şagirdlərin etdiyi hərəkət və davranış, habelə şagird qaydalarının pozulması halları, sinif həyatında baş verən situasiyalar, mürəkkəb konfliktlər və s. Sinif saatında bu kimi məsələlər təhlil və müzakirə olunarkən sinif rəhbərləri təkcə günahkarların tapılması və cəzalandırılması ilə kifayətlənməyib, belə hadisələrin bir daha baş verməməsi üçün şagirdlərə lazımı tövsiyələrini verməlidir. Sinif təşkilat saatını necə təşkil etməli?Sinif təşkilat saatlarını, əsasən, sinif rəhbərləri özləri keçirirlər. Onlar şagirdlər qarşısında müəyyən mövzu ilə bağlı söhbətlər aparır, çıxışlar edirlər. Mövzular öz aktuallığı ilə fərqlənməlidir. Məsələn, “Siz asudə vaxtlarınızı necə keçirməlisiniz”, “Ev tapşırıqlarını nə vaxt yerinə yetirməli?”, “Sən vaxtını necə bölüşdürürsən?”, “Sənin mənəvi dünyan”, “Sən müstəqil necə çalışa bilərsən?” və s. Əlbəttə, belə mövzularda söhbətlər zamanı sinif rəhbərləri müxtəlif mütəxəssis və pedaqoqları da dəvət edə bilərlər. Bəzən sinif təşkilat saatını şagirdlər də təşkil edə bilər. Bu zaman onlar təşkilat saatının mövzusunu sinif rəhbərləri ilə birlikdə müəyyənləşdirilməlidir. Müstəqil olaraq keçirilən sinif təşkilat saatında şagirdlərin fəallığı artır və onlar müxtəlif təşəbbüslərlə çıxış etmək arzusunda olurlar. Hər bir şagird istəyir ki, onun da fikri eşidilsin. Buna görə də şagirdlərin böyük əksəriyyəti belə sinif təşkilat saatının keçirilməsini səbirsizliklə gözləyirlər. Belə mövzulara “Azərbaycanın Milli Qəhrəmanları”, “Torpaq - əgər uğrunda ölən varsa Vətəndir”, “Əsl dost kim

ola bilər?”, “Doğma vətənimiz” və s. misal ola bilər. Bəzi vaxtlarda sinif təşkilat saatını məktəbə dəvət olunmuş şəxslər keçirir.Belə saatlarda Qarabağ veteranlarını, Milli Qəhrəmanları, alimləri dəvət etmək daha yaxşı olar.Şagirdlərin belə şəxslərlə görüşləri uzun müddət onların yaddaşından silinmir, təlim-tərbiyəsinə müsbət təsir edir.Təşkilat saatından əvvəl sinif rəhbərləri həmin şəxslərlə görüşüb söhbət edir, tədbirin planı, məqsəd və vəzifəsini onlarla müzakirə edir, sinif haqqında bəzi məlumatlar verirlər.Sinif rəhbərləri şagirdləri də bu görüşə ciddi hazırlaşdıdrır, qonaqlar haqqında onları məlumatlandırırlar. Hər bir sinif rəhbəri gündəlik dərsə hazırlaşdığı kimi, sinif təşkilat saatına da hazırlaşmalıdır.Qabaqcadan bütün məsəslələr öıçülüb biçilməlidir. Bu iş üçün sinif rəhbərlərində kifayət qədər bilik, təşkilatçılıq qabiliyyəti, təşəbbüskarlıq, şagird psixologiyasına dərindən bələd olmaq kimi keyfiyətlər tələb olunur. Hər bir sinif rəhbəri təşkilat saatının səmərəli keçirilməsi üçün gərgin əmək sərf etməli, bu işə böyük işgüzarlıq və həvəslə yanaşmalıdır.Təşkilat saatı üçün seçilmiş hər bir mövzu şagird şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır.Bu səbəbdən də sinif rəhbəri təşkilat saatının keçirilməsinə laqeydlik göstərməməli, bu işə təlim-tərbiyənin düzgün qurulması amılı kimi yanaşmalıdır.Sinif rəhbəri heç vaxt unutmamalıdır ki, tərbiyə etdikləri hər bir şagird gələcəkdə müstəqil Azərbaycanımıza xidmət edəcəkdir. Sinif təşkilat saatının keçirilməsi üçün müəyyən proqram vermək olmaz, çünki hər bir sinfin şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Ona görə də müxtəlif siniflərdə bu proqram dəyişə bilər.



SİNİF TƏŞKİLAT SAATINDA KEÇİRİLƏCƏK

MÖVZULAR VƏ ONLARIN MƏRUZƏLƏRİ

1.15 sentyabr – Bilik günüdür.
2. Türk qardaşlığının tarixi zəfəri: 15 sentyabr Bakının azad olunması günüdür
3. 5 oktyabr - Müəllim günüdür.
4. Milli mənəvi dəyərlərimiz: Qurban bayramı
5. Dövlət rəmzləri

6. 27 sentyabr Beynəlxalq turizm günüdür

7. Vətənpərvər olmaq üçün nə etmək lazımdır

8. Mənim hüquq və vəzifələrim: Uşaq Hüquqları Konvensiyasının bəzi maddələrinin şərhi

9.18 oktyabr – Müstəqillik günüdür.
10.24 oktyabr BMT-nin yaradılması günüdür

11. Qan yaddaşımız: 30 oktyabr Zəngilanın işğalı günüdür
12. 9 noyabr- Bayraq günüdür.
13. 12 noyabr – Konstitusiya günüdür.
10. 17 noyabr – Milli Dirçəliş günüdür.
11. “Təhsil millətin gələcəyidir” (Heydər Əliyev).
12. Qarakənd faciəsi.
13. Əsl şagird necə olmalıdır?
14. QİÇS- lə necə mübarizə aparmaq lazımdır: 01 dekabr ümumdünya QİÇS-lə mübarizə günüdür?
15. Azərbaycanın Milli Qəhrəmanları.
16. Heydər Əliyev – Azərbaycan xalqının ümummilli lideridir.
17. Televiziya uşaqların gözü ilə-11 dekabr uşaqların beynəlxalq Televiziya və Radio verilişləri günü

18. 10 dekabr insan hüquqları günüdür

19. Fövqəladə hallara həmişə hazır olmalıyıq-16 dekabr fövqladə hallar nazirliyi işçiləri günüdür
20. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür.
21. Milli adət və ənənələrimiz.
22. 20 yanvar – Ümumxalq Hüzn günüdür
23. Gömrük-dövlət atributudur-29 yanvar Gömrük işçiləri günü
24. Gənclər bizim gələcəyimizdir-2 fevral beynlxalq gənclər günü

25. Vergilərin ödənilməsi hər bir vətəndaşın borcudur-11 fevral vergi ödəyiciləri günüdür

26. “Mənim ana dilim”-21 fevral beynəlxalq ana dili günüdür

27. 26 fevral – Xocalı faciəsi günüdür.
28. 8 mart – Beynəlxalq Qadınlar günüdür.
29. 10 mart Milli Teatr günü.
30. Novruz bayramı – Xalqımızın Milli bayramıdır.
31. 27 mart Beynəlxalq Teatr günüdür

32. 31 mart – Azərbaycanlıların Soyqrimi günüdür.
33. 1 aprel ümumdünya gülüş günü
34. 7 aprel ümumdünya sağlamlıq günüdür

35. 12 aprel ümumdünya kosmonavtika günüdür

36. Abidələr tariximizin yadigarıdır -18 aprel tarixi abidələrin mühafizəsi günü

37. Hansı peşə yaxşıdır?

38. İslam ən müqəddəs dindir.

39. Yer kürəsi bizim ümumi evimizdir-22 aprel Beynəlxalq Yer Kürəsi günü

40. Kitab bilik mənbəyidir-23 aprel Ümumdünya kitab günü

41. Azad söz azad fikir azad insan – 3 may Beynlxalq söz və mətbuat azadlığı günü

42. 9 may faşizm üzrində qələbə günüdür

43. Təbiəti qoruyaq- 12 may ekoloji təhsil günü

44. 18 may beynəlxalq muzeylər günü

45. 28 may Respublika günü

46. 01 iyun Uşaqların Beynəlxalq mühafizəsi günü

47. 05 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü

Ekskursiyalarımız



c:\users\toshiba\desktop\bloq üçün ekranda olan her şey\eksk bloq\20130623_161801.jpgc:\users\toshiba\desktop\bloq üçün ekranda olan her şey\eksk bloq\20130623_155910.jpgc:\users\toshiba\desktop\bloq üçün ekranda olan her şey\eksk bloq\20130623_125921.jpg c:\users\toshiba\desktop\bloq üçün ekranda olan her şey\eksk bloq\şəkil0036.jpgc:\users\toshiba\desktop\bloq üçün ekranda olan her şey\eksk bloq\şəkil0026.jpgc:\users\toshiba\desktop\bloq üçün ekranda olan her şey\eksk bloq\şəkil0021.jpg c:\users\toshiba\desktop\bloq üçün ekranda olan her şey\eksk bloq\şəkil0014.jpgc:\users\toshiba\desktop\bloq üçün ekranda olan her şey\eksk bloq\dscf7454.jpgc:\users\toshiba\desktop\bloq üçün ekranda olan her şey\eksk bloq\dscf7260.jpg

c:\users\toshiba\desktop\bloq üçün ekranda olan her şey\eksk bloq\dscf7159.jpg

c:\users\toshiba\desktop\bloq üçün ekranda olan her şey\eksk bloq\20130623_161834.jpg

Pedaqoji müşahidə gündəliyi

Şagirdin soyadı və adı : Isayeva Aysu Sinif rəhbəri: Həsənov Sakit



1. Şagird haqqında məlumat 1) S.A.A : İsayeva Aysu Mehdi qızı ; Sinif : VI; Təvəllüdü: 30.08.2006; Ev ünvanı , telefon nömrəsi: Zaqatala rayonu Mamrux k. 2)Ailəsi : anası- S.A.__ İsayeva Məhəbbət ; iş yeri__fərdi təsərrüfat; təhsili __orta; telefon nömrəsi _ 22-95-3-64 atası- S.A.__ İsayev Mehdi; iş yeri _ fərdi təsərrüfat; təhsili__orta; telefon nömrəsi_ 22-95-3-64 3) Ailə tərkibi, strukturu___azuşaqlı ailə, tam ailə Yaşayış evi, məişət şəraiti __Beşotaqlı ev, məişət şəraiti normaldır 4) Ailədaxili münasibətlər : ailədaxili mühit; ailədə davranış normalarından kənara çıxması kimi halların mövcudlugu; ailə üzvləri arasında qarşılıqlı hörmət və ehtiramın mövcud olması; ailənin yad insana münasibəti; ailənin övladına münasibəti; -Ailədaxili münasibətlərdə şagirdin tərbiyəsinə mənfi təsir göstərəcək hallar mövcud deyildir. ailədaxili mühit qarşılıqlı hörmət və ehtiram əsasında formalaşıb. Ailədə davranış normalarından kənara çıxması kimi hallar baş vermir. Ailənin yad insana və övladına normaldır. 5) Ailənin tərbiyə imkanları: uşagın davranışı üzərindəki ciddi nəzarəti; müstəqilliyin məhdudlaşdırılması; valideynlərin müəllimlərlə əməkdaşlıgı; valideynlərin müəllimlərə aqressiv münasibət göstərməsi hallarının mövcud olması _ -uşagın davranışı üzərindəki nəzarəti düzgün qurulmuşdur. Müstəqilliyin məhdudlaşdırılması kimi hallar mövcud deyildir. Valideynlər məktəb və müəllimlərlə sıx əməkdaşlıq edirlər. Valideynlərin müəllimlərlə səmimi və məqsədyönlü fəaliyyəti mövcuddur. 6) Saglamlıq vəziyyəti:___normaldır 2. Təlim fəaliyyəti : nailiyyət səviyyəsi : ______ orta; davamiyyəti: ____dərsdən yayınma halları mövcud deyil; təlim imkanları ____yaddaş, qavrama, anlama, dərketmə göstəriciləri orta səviyyədədir Təlimə münasibəti: a) təlimə maraq göstərir b) laqeydlik göstərir c) mənfi münasibət bəsləyir _ a) maraq göstərir; Tapşırıqları hansı formada icra edir: a) səy göstərir b) səliqəlidir c) işin öhdəsindən gəlir d) məsulliyyətsiz davranır; Təlim materialını necə yadda saxlayır:___ Yaddaş və hafizə imkanları orta səviyyədədir . Təlim materialını yadda saxlaya bilir. övcud çətinliklərin müşahidə edildiyi f ənlər: _ Riyaziyyat, İnformatika, xarici dil __ Çətinliklərin səbəbləri: ____ şagirdin həmin fənlərə qarşı bir qədər laqeyd münasibəti, valideynlərin zəif nəzarəti

Tövsiyyələr:_____Fərdi yanaşma prinsipini əsas götürərək müəllimlər tərəfindən şagirdin fəaliyyətinin stiimullaşdırılmasına nail olmaq, müxtəlif tapşııqlar və fəaliyyətə sövq etməklə şagirdi motivasiyalaşdırmaq. Valideyn nəzarətinin gücləndirilməsi, psixoloji dəstəyin verilməsi.



3. əmək fəaliyyəti: əmək bacarıqlarının mövcudluğu __Müəllimin əmək fəaliyyəti ilə baglı tələblərini yerinə yetirir icra etdiyi əməyin növləri __sinfin və məktəb ərazisinin təmizliyinin aparılması, iməciliklərdə iştirak, texnologiya dərslərində əmək bacarıqlarının nümayişi və s. iş və əmək tədbirlərində iştirakı ___Könüllü və məmnuniyyətlə iştirak edir 4. Məktəbdənkənar fəaliyyəti: Dərsdən sonrakı əlavə təhsil tədbirlərində iştirakı ___dərsdənkənar təlim-tərbiyə tədbir və məşgələlərdə iştirak edir; Ünsiyyət və əlaqə dairəsi (münasibət yaratdıgı insanlar , dostlar) : məktəbdə _____Məftunə, Pəri, Mominət; məktəbdən kənarda_____ Pəri, Şölə, Arzu Məktəbdənkənar uçotlarda qeydiyyatda olması ___Qeydiyyatda deyildir; Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyanın qeydiyyatında olması__ Qeydiyyatda deyildir; Şagirdlə baglı yetkinlik yaşına çatmayanlarla iş komissiyasına müraciət olunma halları______Belə hallar mövcud olmamışdır

5. Şagirdin Pedaqoji-psixoloji xarakteristikası: Şagird İsayeva Aysun Mehdi qızının fiziki inkişafı, saglamlıgı, sinir sisteminin aktivliyi normal səviyyədədir. Ailənin yaşayış səviyyəsi ortadır. Ailədə şagirdin tərbiyəsinə mənfi təsir göstərəcək mühit mövcud deyildir..

İsayeva Aysunun fərdi keyfiyyətlərində müəllimlərin tapşırıqlarını yerinə yetirmək, keçirilən sinif və məktəb tədbirlərinin aktiv iştirakçısı olmaq halları üstünlük təşkil edir. Şagirdin iradi keyfiyyətlərində intizamlılıq, işgüzarlıq, özünü ələ almaq bacarıqları üstünlük təşkil edir. Xarakterin emosionallıgı yüksəkdir. Şagirdin əhvalında diribaşlıq, zirəklik nəzərə çarpır. Şagirdin əqli inkişafı normal səviyyədə izlənilir. Təlim prosesində izah olunan materialı mənimsəyir. Lakin, yaddaş zəifliyi oxuduqların tez bir zamanda unudulmasına gətirib çıxarır. Şagirdin xarakterində səmimiyyət, dostluq, qaygıkeşlik kimi xüsusiyyətlər aşkar edilmişdir. Ünsiyyətcildir. Nitq mədəniyyəti, sərbəst fikir söyləmək bacarıgı zəif inkişaf edir. Müəllimlərinə və rəfiqələrinə qarşı nəzakətli və həssasdır. Böyüklərə və yaşlılara hörmət edir. Pedqoji müşahidə nəticəsində temperament tipinin sanqvinik oldugu müəyyən edildi. Bu özünü şagirdin zirək və diribaşlıgında, tələskənliyində, hövsələsiz olmasında, maraqlarının qeyri sabit və davamlı olmamasında göstərir. İsayeva Aysun özünü sinfin ayrılmaz bir tərkib hissəsi oldugunu dərk edir. Öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Asudə vaxtını insanlar arasında, kollektivlərdə keçirməyi xoşlayır. Yad insanlarla asanlıqla ünsiyyət yaradır. Yeni situasiyaya tez alışır. Qərarlarında qeyri sabitlik mövcuddur.

Aysun fiziki və psixoloji cəhətdən normal şəkildə inkişaf edir, psixikada əhəmiyyətli bir gərginlik, mənfi dəyişiklik müşahidə olunmur. O, çalışqan, zirək, ətrafdakılarla münasibətdə xeyirxah, ədalətli, təvazökar, səmimidir.

Tövsiyyələr.

müəllimlərə:

-Təlim və tərbiyə proseslərində şagirdin fərdi əqli və psixoloji xüsusiyyətlərini nəzərə alaraq tapşırıqlar vermək; -Psixoloji dəstəkləmək, şagirdi ugur və qələbələrə inandırmaq;

valideynlərə: -Psixoloji dəstək vermək; -şagirdin mövcud çətinlikləri barədə onunla söhbətlər aparmaq, onların həll yollarını birgə müzakirə etmək; -uşagın maraqları, idealları, istək və arzularını nəzərə almaq, ifrat tənqid və təhqirə yol verməmək.

Sinif rəhbəri: S. Həsənov



Psixoloq: M. Həsənov

Yüklə 489,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin