O, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları (1960, 1974, 1986), "Şərəf Nişanı" ordeni (1980), "21 Azər" (1946), "Əmək veteranı" (1948) və digər medallarla təltif olunmuşdur. 1987- ci ildə “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.
Mədinə Gülgün 17 fevral1991-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mədinə Gülgün…Bu ad bizə hər şeydən əvvəl həsrət, ayrılıq, qürbət, Təbriz, Savalan, Səhənd sözlərini xatırladır . Bu il yanvar ayında Azərbaycanın həsrət nəğməli şairəsi Mədinə Gülgünün 90 yaşı tamam olur.
Kitabxanalar yubiley ilində fəal iştirak etməli, şairənin ədəbi yaradıcılığını geniş oxuci kütlələri arasında təbliğ olunmasına çalışmalıdırlar.İlk öncə hər bir kitabxanada Mədinə Gülgünün yubileyinə həsr olunmuş tədbirlər planı işlənib hazırlanmalıdır. Tərtib edilən tədbirlər planında əyani və şifahi təbliğatın bütün forma və metodları – kitab sərgisi, stend, oxucu konfransı , ədəbi-bədii gecə , məruzə, dəyirmi masa , kitab həftəsi, ucada oxu , məlumat günləri, sual- cavab gecələri və sair tədbirlər öz əksini tapmalıdır.
Tədbirləri aşağıdakı başlıqlar altında keçirmək olar: ” İdeyalar,arzular şairi“, ”Görkəmli Azərbaycan şairi M.Gülgün”, ” Şeirdi həyatda sərvətim mənim”, ”Azərbaycanın həsrət nəğməli şairi”,” M. Gülgünün yaradıcılığında Təbriz həsrəti”,”Ruhumuzun şairi “,” Mədinə Gülgün -90”,” Mən bu ömrü yaşadım”, “Yenə şeirə döndü sözüm ey Vətən”! və sair.
Yubiley tədbirlərinə kitab sərgiləri ilə başlamaq olar. Sərgiyə “ Mədinə Gülgün-90 “, “ Ruhumuzun şairi “ başlığı vermək olar. Sərgi zövqlə tərtib edilməli, Mədinə Gülgünün yaradıcılığını özündə əks etdirmədir. Sərgilərin təşkilində görkəmli şəxslərin şairə haqqında dedikləri sitatlardan, izahlı mətnlərdən və dövri mətbuat materiallarından da istifadə etmək olar.
Mədinə Gülgünün yubileyi ilə əlaqədar ədibin yaradıcıliğını geniş təbliğ etmək üçün poeziya gecəsinin keçirilməsinin rolu böyükdür. Tədbirin daha maraqlı və keyfiyyətli alınması üçün onun onun keçirilməsinə hazırlıq işlərinə əvvəlcədən başlamaq tövsiyə olunur (1- 1, 5 ay ) . Gecəni kitabxanaçı Mədinə Gülgünün həyat və yaradıcılığından məlumat verməklə açır. Çıxışdan sonra kitabxanaçı sözü gecənin iştitakçılarına verir. İştirakçılar şairə Mədinə Gülgünün “Sevin, ürək, bahar gəlir”, “Bu səhər”, “Layla”, Nə deyərəm”, “Aparın məni”, “Olmadı” adlı şeirlərini söyləyirlər. Gecəni şairə haqqında xatirələr və onun barəsində deyilmiş sitatlarla bitirmək olar.
Yubileylə əlaqədar kitabxanalarda mütaliə həftəsinin təşkili də məqsədəuyğundur . Tədbirı “ Azərbaycan ədəbiyyatının görkəmli şairi M. Gülgün “ , “Şeirə sığmayam ömür “ və s. başlıqlar altında keçirmək olar.
M. Gülgünün həyat və yaradıcılığını geniş təbliğ etmək üçün kitabxanalarda kiçik yaşlı oxucular üçün şairənin həyat və yaradıcılığına həsr olunmuş şeir müsabiqəsi də keçirmək yaxşı olar.Tədbirləri bu başlıqlar altında keçirmək olar: “ “Şeirdi həyatda sərvətim mənim”, “Həzin ,kövrək bir müsiqini xatırladan poeziya” və.s.
Kitabxanalarda M. Gülgünün yaradıcılığını təbliğ etmək məqsədilə kiçik yaşlı oxucular üçün ucadan oxu , keçirmək olar. İfadəli oxudan sonra kitabxanaçı sual- cavab keçirə bilər.Sual- cavab əsasında uşaqların nə dərəcədə diqqətcil olmaları, onların zehni, qavrama qabiliyyəti öyrənilir.
Qeyd etmək lazımdır ki, kitabxanalarda ədəbiyyatın təbliğinin forma və metodları müxtəlifdir. Ümumiyyətlə , çalışmaq lazımdır ki , tədbirlər forma və məzmunca maraqlı , təsirli olsun , görkəmli şairə Mədinə Gülgünün həyat və yaradıcılığı , onun Azərbaycan ədəbiyyatında mövqeyi haqqında oxucularda tam təsəvvür yaratsın. Hər bir kitabxanaçı keçirilən yubiley tədbirlərinə yaradıcı münasibət bəsləməli , onun yüksək ideya və bədii səviyyədə keçirilməsinə çalışmalıdır. Tədbirlərin keçirilməsinə kömək məqsədilə metodiki vəsaitin sonuna ədəbiyyat siyahısı əlavə edirik.
___________________
Ədəbiyyat:
Gülgün , M.Seçilmiş əsərləri / ön söz . müəl.Elçin.- Bakı: “ Şərq-Qərb, 2004.-224 s.
Gülgün , M . Mən bu ömrü yaşadım.-Bakı : “ Nurlan “, 2010.- 208 s.
Gülgün, M. Dünyamızın sabahı. Bakı: 1976, 211 s.
Gülgün, M. Arzu da bir ömürdür: (Şeirlər və poemalar).- Bakı: Gənclik,- 1976.
Gülgün, M. Ömrün payız dayanacağı.Bakı: Yazıçı,1983.- 236 s.
Gülgün, M. Dünya şirin dünyadır.- Bakı: Gənclik, 1989.- 200 s.
Gülgün ,M. Mən bu ömrü yaşadım: (Şerlər).- Bakı: Tədris, 1997.- 87 s.
Gülgün, M.Yora bilməz yollar məni.-Bakı:Azərnəşr,1978.- 302 s.
Gülgün, M.Çinar olaydı.-Bakı:1985, - 285 s.
Gülgün, M . Yora bilməz yollar məni.- Təbriz , 1991.- 96 s
Tərtib etdi : Metodika və biblioqrafiya şöbəsinin müdiri - G. Qasımova
Redaktor : Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti - M.Əhmədova