Fəsil 4. CƏMİYYƏT SOSİAL STRUKTURLARIN İYERARXİYASIDIR
"Cəmiyyət" termini geniş və dar mənada işlədilir.
Geniş mənada, cəmiyyət - adamların həyat fəaliyyətinin, birgə yaşayışının inkişaf formalarından biridir. Bu mənada cəmiyyət təbiətin bir hissəsidir. Lakin, tarixi inkişaf prosesində cəmiyyət getdigcə təbiətdən ayrılmış və özünü təbiətə qarşı qoymuşdur. Bu proses bir neçə minilliklər tələb etmişdir. Dar mənada, cəmiyyət, hər hansı bir cəmiyyət tipini (məs. kübar cəmiyyəti), hətta region və ölkə miqyasında mövcud bir cəmiyyəti bildirir (Azərbaycan, Amerika cəmiyyəti və s.)Adamlar cəmiyyətdə yaşamağını və cəmiyyətin tərkib hissəsi olmağını anlamaq üçün uzun bir tarixi inkişaf prosesi keçmişlər. Bu proses ictimai-fəlsəfi, sosial və sosioloji fikrin inkişafında əks olunmuşdur. Məsələn, qədim dünyada insanın sosial varlığı və mövcudluğu cəmiyyətlə deyil, dövlətlə eyniləşdirilirdi. Bu səbəbdən, Aristotel insana <
Yeni Dövr fəlsəfəsi və sosiologiyasında cəmiyyətlə bağlı təsəvvürlər, osason, «ictimai müqavilə» nəzəriyyəsi çərçivəsində inkişaf etmişdir. Bu nəzəriyyə insanın təbii halından ictimai hala keçidini dövlətin mənşəyi ilə əlaqələndirir. Hərçənd ki, bəzi mütəfəkkirlər, məsələn D.Didro, insan hayatmın ictimai (cəmiyyət) keyfiyyətini vurğulayırdı. Bu istiqamətdə daha da irəli gedərək, V.Hegel mülki cəmiyyəti dövlətdən ayırırdı. Mülkü cəmiyyət xüsusi maraqlar sferasını (məsələn, xüsusi
mülkiyyət, ailə və fərdi həyatı və s.) əhatə etməlidir.
1.Statuslar va Rollar
Sosial status- fərdlərin sosial strukturda tutduğu mövqedən, vəzifədən, nüfuzdan və s. ibarətdir. Hər hansı bir mövqe bu və ya digər fərdin qrup, təşkilat və ya bütövlükdə cəmiyyətdə tutduğu yerini müəyyən edir. Adi danışığımızda tez-tez işlənən «
Lakin, sosiologiyada status anlayışı, dərəcəsindən asılı olmayaraq, sosial strukturda istənilən mövqeyi bildirir. İş axtaran, gözətçi, tələbə, ana, uşaq, dost - hamısı sosial status adlanır. Əlbəttə, hakimiyyət dərəcəsi (prezident, polis, fəhlə və s.) həmçinin, hüquq, məsuliyyət və maraqların məcmuusu sosial status üçün çox vacib olan amillərdir. Hər hansı bir fərd, eyni zamanda, müxtəlif statuslara yiyələnir. O, qadın-kişi, ata-oğul,
müsəlman-xristian, alim-yazıçı və s. ola bilər. Baxmayaraq ki, hər birimizin əldə etdiyi status biri- digərinə bənzəyir, lakin hər bir fərdin statusu özünəməxsus olub unikal səciyyə daşıyır. Sosioloqları daha çox adamların homin statuslara necə yiyələnməyi» maraqlandırır. Beləki, hozi statuslar, xüsusi səy və çalışma olmadan, adamlar üçün " tayin edilir». Sosiologiyada bu cür statuslar «tayin edilmiş status adlanır.
Sosial rol- cəmiyyətin fərdlərdən gözlədiyi davranış, münasibət, vəzifə, borc və imtiyazların məcmuusuna deyilir. Məsələn, biz dostlarımızdan kömək, sevinc və kədərimizi bölüşdürmək, loyallıq, qayğıkeşlik və buna bənzər keyfiyyətləri gözləyirik. Deməli, dostumuzun rolunu onun statusu ilə əlaqələndiririk. Status və rol arasında fərq isə ondan ibarətdir ki, biz cəmiyyətdə bu və ya digər bir statusu tutur (qazanır), rolu isə oynayırıq. Beləliklə, status mövqedirsə, rol həmin mövqe çərçivəsində neco düşündüyümüzü və fəaliyyət göstərdiyimizi ifadə edir. Özümüzdən daha təcrübəli adamlarla qarşılıqlı fəaliyyətə girmək, müşahidələr aparmaqla rolumuzu daha mütəşəkkil yerinə yetirmək üçün təcrübə və bacarıqlara yiyələnirik. Bu proses sosializasiya yaxud sosiallaşma adlanır. Məsələn, tələbənin rolu sosiallaşma prosesi üçün yaxşı örnəkdir. Amerikada məktəblilərə (5yaşından başlayaraq) sinifdə danışmaq, ev tapşırıqlarını və testləri etmək üçün «<əlini qaldırmaq vərdişi öyrədilir. Həmçinin, «müəllimi aldatma- maq ciddi surətdə nəzarətə götürülür. Hər iki rol Azərbaycan məktəblərində də təlim-tərbiyyə prosesində mühüm rol oynayır.
2.peşə statusunu necə seçirik?
Bütün statuslar içində peşə statusunu seçmək çox vacibdir. Peşə statusu - hər birimizin işi və ya iş yerimizdir. Hər halda, cəmiyyətimizdə hər bir şəxsin işi onun aparıcı statusunun göstəricisidir. Peşə statusuna yiyələnmək üçün bilik, bacarıq və ya şəxsi əlaqələrimiz kifayət deyildir. Hazırlıq səviyyəmizdən, tanışlarımızın az və ya çox olmağından asılı olmayaraq, pesa statusuna yiyələnmək üçün «is vakansiyasının mövcud olması çox vacibdir. Beləliklə, «
Əmək Statistikasının Əmak Bürosu Departamentinin tocrübəsi maraq doğurur. Əmək Bürosu galacak iş imkanlarının hamısını (sahələr üzrə) öncə analiz edib. məlumatlarını müxtəlif jurnal va qazetlarda çap etdirir. Hamin analizdə işin tabiati, namizədlərin peşo va psixoloji hazırlıq kriteriyaları, bacarıq və vərdişləri, işin şart vo tələbləri əks olunur. Büro hamçinin gələcəkdə bu və ya digər işin hacmini, yaş, cins, irq, təhsil ili, peşə dərəcəsi və s. analiz edir. Sonra isa iqtisadi artım va kasirlari proyektləşdirir (layihələşdirir): məsələn, filan ildə ümumi milli gəlirin həcmi na qədər olacaq, xərclər, biznesa qoyulan investisiyalar, xarici ticarət və dövlət məsrəfləri ümummilli gəlirə necə təsir göstərəcək. Daha sonra, Büro müəyyənləşdirdiyi 226 istehsal edən sektor»-ların işçiyə olan tələblərinə xüsusi təsir göstərəcək amilləri (mas. texnoloji innovatsiyanı) öncə analiz edir.
Nəticədə, bütün bu məlumatlar müxtəlif növ peşalar üzrə təklif və tələbin nisbəti ilə bağlı vatandaşlarda elmi cahatdan asaslandırılmış ideya va tasavvürləri formalaşdırır.
3.Əhali və sosial struktur
Sosial strukturun digər bir elementini müxtəlif statuslara malik əhali təşkil edir. Əhalinin ümumi quruluşu sosial münasibətlərin formalaşmasına imkanlar yaratdığı kimi, homçinin həmin münasibətləri məhdudlaşdıra da bilir. Fordləri, onların şəxsi statuslarının məcmuusu baxımından tasvir etdiyimiz kimi (qadın-kişi, hüquqşünas, azərbaycanlı, yaş və s.), hər hansı bir cəmiyyəti də onun üzvlərinin bir-birinə nisbəti, müxtəlif statuslara yiyələnməyi baxımından təsvir edə bilərik (məs. qadın-kişilərin nisbəti, peşə-ixtisas, yaş, cins və s.). Əhalinin mövcud cəmiyyətdə bu cür bölüşdürülməsi sosial strukturun ən mühüm səciyyələrindən biridir.
4. Cəmiyyət və Sosial İnstutlar
Sosial institut, asasen, sosial ehtiyac və tələbləri ödəməya yönəlmiş nümunəvi davranış və status (rol) münasibətla- tindən ibarətdir. Bu cür davranış və münasibətləri bu və ya digər şəkildə təşkil etməklə, sosial institutlar insan cəmiyyətinin fundamental tələblərinə cavab verir. Cəmiyyətin bütöv bir sistem halında yaşamağını təmin edən zəruri vəzifə və borclar cəmiyyətin sosial strukturunda müəyyən statuslara yiyələnmiş və konkret rolları ifa edən fərd, qrup və dəstələrə irəlicədən «təyin edilir». Aşağıdakı fiqurlar hərbi və təhsil sahəsində status və rolların qarşılıqlı əlaqələrini göstərir.
5. Sosial münasibətlər sistemi .
Cəmiyyətdə mövcud sosial qruplar və insan birliklərinin qarşılıqlı əlaqəsi nəsə donuq bir şey deyil, dinamik bir sistemdir. Adamlar tələblərini ödəyəndə, maraqlarını həyata keçirəndə qarşılıqlı təsir və əlaqəyə girir. Onların qarşılıqlı təsirini çoxlu amillər səciyyələndirsə də, iki amil xüsusi əhəmiyyət kəsb edir. 1) müxtəlif maraq və motivləri rəhbər tutan subyektlərin fəaliyyəti; 2) tələb və maraqlarını ödəmək- dan ötrü subyektlərin daxil olduğu ictimai münasibətlər.
Beləliklə, ictimai münasibətlər sosial strukturun faaliy yatini təmin edən an asas amillərdən biridir. Geniş mənada, bütün ictimai münasibətləri sosial münasibətlər, yəni cəmiyyətə məxsus münasibətlər adlandırmaq olar. Dar monada isə, sosial münasibotlar
iqtisadi, siyasi, mədəni və s. münasibətlərlə yanaşı mövcud olan spesifik münasibətlərdir. Subyekt və sosial qruplar arasında yaranan bu münasibətlər: amak şəraiti, maddi rifah, güzəran və məişət, təhsil və mədə- niyyat, tibbi xidmət və sosial təminat sahələrində adamların ehtiyac və maraqlarını ödəmək zəminində formalaşır va inkişaf edir.
Sosial qarşılıqh tasir va ya fəaliyyət (interaksiya) sosial münasibətlərin yaranması üçün əsasdır. Bu baxımdan, sosial münasibət iki və ya daha çox ford, qrup və s. arasında baş veron davamlı qarşılıqlı təsir vasitəsidir. Əksərimiz çoxsaylı sosial münasibətlərə malikik. Təsadüfü tanışlıqdan yaxın dost va ailə alaqələrinədək. Bu tanış, yaxın və doğmaların da,
növbəsində, başqa adamlarla qarşılıqlı tasir dairəsinə purarak çoxlu adamları əhatə edən əlaqə və münasibətlər bəkəsi yaradır. Beləliklə, bir-biri ilə birbaşa və yaxud dolayısı, müxtəlif ünsiyyət vasitələri və iş əlaqələri ilə baplanmış adamların münasibətlərinin məcmuusu sosial munasibətlər şəbəkəsi adlanır.
2ci mövzu
FəRD Və CƏMİYYƏT: SOSİALLAŞMA.
Birinci fəsildə cəmiyyət haqqında ətraflı danışmışdıq. Sosial birliyin forması kimi cəmiyyət nəsə mücərrəd bir anlayış olmayıb, onu təşkil edən konkret fardlardan təşkil olunur. Eyni zamanda, cəmiyyət, onu təşkil edən fərdlərin mexaniki toplumuna müncər edilə bilmaz. Müxtəlif və çoxsaylı fərdlər cəmiyyəti necə formalaşdırır? Bu problem qırmızı xəttlə bütün sosiologiyanı tarix va nazariyasindon keçir. Həmçinin, daha bir fundamental məsələ ilə sıx bağlıdır: sosial mövcudiyyətin mühüm amili kimi fərdlər cəmiyyətdə konsensusa necə nail olur?
Vaxtı ilə sosiologiyanın bu mərkəzi problemlərini cavablandırmağa çalışan fransız sosioloqu Emil Dürheym özünün mexaniki və orqanik həmrəylik nəzəriyyəsini inkişaf etdirmişdir.
Mexaniki hamrəylik oxşarlığın, bonzarliyin yaxud eyniliyin hamrəyliyidir. Mexaniki hamrəyliyin üstünlük təşkil etdiyi cəmiyyətdə fərdlər biri digərindən mümkün qadar az farqlənir. Eyni kollektivin üzvlari fardlar eyni hisslori yaşayır, eyni dəyərləri bölüşür, nəhayət, eyni şeyləri müqaddaslaşdirir. Bu manada, fordlar bir-birinə oxşayır. Demali, camiyyətin bütövlüyü bir-birindan fərqlənməyən fərdlərə əsaslanır. Buna daha çox arxaik, primitiv cəmiyyətlərdə rast gəlinir. Həmrəyliyin digər bir forması orqanik həmrəylikdir. Belə cəmiyyətdə konsensus yaxud kollektivin bütövlüyü fərdlarin fərqli olmağında ifadə olunur. Misal olaraq, yüksək inkişaf etmiş sanaye camiyyətlərini göstərmək olar. Deməli, fərdlərin fərqli olmağı konsensusa çatmağın şərtidir. Nə üçün Dürheym bunu orqanik homroylik adlandırır? Ona görə ki, canh orqanizmin hissələri bir-birinə bənzəmir, hər bir orqan bu və ya digər funksiyanı yerinə yetirməklə, həmçinin, özünün xüsusi funksiyaları vardır: ürək və ciyərlər beyindən tam fərqlidir, elə buna görə də hər biri həyat üçün əvəzedilməzdir.
Həmrəyliyin iki forması sosial təşkilatlanmanın iki formasına uyğun gəlir: seqmentlərə yaxud hissələrə ayrılmış cəmiyyət (arxaik cəmiyyətlər) və müasir əmək bölgüsünə Əsaslanan cəmiyyət (modern camiyyətlər).
Dürheymin asas ideyası ondan ibarətdir ki, fard tarixan birinci deyil. Fərd, özünü bir fərd kimi anlamaqdan - fərdi şüur, tarixi inkişafın özündən doğur. Məhz bu mənada, comiyyət ham tarixi, həm də mantiqi baxımdan fərddən əvvəl gəlir. Digər hallarda, fərd və cəmiyyət ayrılmaz bir bütövlükdür, onların əlaqələri üzvü aləmə məxsus tam və hissələrin qarşılıqlı əlaqələri kimidir. Comiyyatdan kənarda fardlər mövcud olmadığı kimi, fordlardan də kənarda cəmiyyət yoxdur.
1.Sosiallaşma: təbiət və təlim-tərbiyyə
Sosiallaşma (və yaxud ictimailəşdirmə, latınca sosialis ictimai deməkdir) fərdlə (şəxsiyyətlə) cəmiyyət arasında körpüdür.
Sosiallaşma müəyyən cəmiyyətə, sosial birliyə, sosial grupa maxsus dəyərlərin, normaların, davranış örnəklərinin fərd və şəxsiyyət tərəfindən təlim-tərbiyya prosesində mənimsənilməsi, öyrənilməsi, qısaca desak, şəxsiyyətin təşəkkülü (formalaşması) prosesidir. Sosiallaşma- nın köməyi ilə adamlar sosial fəaliyyətə doğru müxtəlif və fəqli orientasiyalar (istiqamətlər) götürür. Məsələn, Çin orta məktəblərində 5-11 sinif şagirdləri öz məktəb emalatxanala- rında işləyir. Emalatxana çox vaxt müxtəlif məhsullar, o cümlədən çin şahmatı üçün zəruri materialları istehsal edən zavodla qonşuluqda yerləşir. Müxtəlif qruplarda birləşmiş məktəbli oğlanlar bu və ya digər tapşırıqlar üzərində səylə çalışır: biri taxta parçalarını səliqə ilə kəsir, digəri onu rəngləyir, üçüncüsü hərfləri taxtaya düzür, nəhayət, dördüncüsü, taxtaları səliqə ilə qutuya yığır və s. Yuxarı sinif şagirdləri məktəb emalatxanasında çox, aşağı sinif şagirdləri isə nisbətən az vaxt keçirir. Lakin, hamısı öz dövlətinin istehsalat prosesinə verdiyi töhfələrlə öyünür və fəxr edir. Çində təhsil prosesini bilavasitə öyrənmiş bir dəstə Amerika sosioloqları təsdiq edir ki, şagirdlərin səyləri öz «xalqına xidmət edir».
2. İrsiyyət və Mühitin qarşılıqlı təsiri
Bu təsiri izləmək üçün nümunələri ümumi davranışdan deyil, fərqli üslubları ilə seçilən fəaliyyət növlərindən almaq daha düzgün olardı. Başqa sözlə, söhbət şəxsiyyətdən və şəxsi sosial qarşılıqlı təsirdən getməlidir. Adamlar dünyaya bu və ya digər müxtəlif davranış meylləri ilə gəlir. Bu davranış meyllərinin məcmuusu temperament adlanır. Əksər alimlər temperamentlərin daha çox genetik mənşəyə malik olduğunu təsdiqləyir. Həyatın ilk çağlarından körpələrin fəaliyyət səviyyələri bir-birindən fərqlənir: biri sakitliyi, diqqətliliyi, digəri küylüyü, bir sözlə, biri digərini əvəz edən pozitiv və neqativ emosiyaları ilə diqqətimizi çəkir. Lakin, belə davranış meylləri körpənin gələcəkdə nəcür şəxsiyyət olacağını heç də təyin etmir. Həqiqətdə bir qayda olaraq, körpələr böyüdükcə onların temperament örnəkləri də sabit qalmır, sosial mühitin təsirləri altında dəyişir. Bu təsirlərin bəzisi uşağın qayğısını çəkən adamların (hər şeydən öncə valideynlərin, tərbiyəçilərin və s.) psixoloji və mənəvi xüsusiyyətlərindən qidalanır. Məsələn, sakit, şən, həyatsevǝr valideynlər öz səbri və hövsələsi ilə «əsəbi uşağı mülayim, səbrli və nəzakətli etməyi bacarır. Əksinə, narahat, əsəbi valideynlər «
uşaq başqalarında pozitiv emosiyalar doğurur, lakin şıltaq uşaqlar tərbiyəçinin əsəblərini korlayır. Amerikada körpələrin tərbiyələndirilməsini xüsusi öyrənmiş sosioloqlar belə bir qənaətə gəlmişlər ki, dayələr «<şıltaq uşaqları» daha tez-tez döyür, onlara qarşı «xüsusi nifrəti» ilə fərqlənir. Uşaqların spesifik cavab reaksiyaları genlərin və atraf mühitin mürəkkəb qarşılıqlı təsirindən doğan nəticələrdir.
3.Sosiallaşma daim inkişaf edən prosesdir.
Sosiallaşma uşaqlıq illərindən xüsusi əhəmiyyət kəsb edir. Hayatın bu erkən mərhələsində sosiallaşma olmasaydı, sonradan biz sosial varlıq kimi yetişə bilməzdik. Yalnız sosiallaşma prosesində, adamlarla qarşılıqlı təsir və ünsiyyət şəraitində, cəmiyyət həyatında, sosial institutlarda, bu və ya digər dərəcədə, fəal iştirak etməklə şəxsiyyətlər yetişir. Sosiallaşma, son nəticədə, fərdlərin sosial qrup, etnos, millət, cəmiyyətə məxsus norma, qayda va qanunların təlim-tərbiyə prosesinda mənimsənilməsi va cəmiyyət hayatına uyğunlaşmanın ifadəsi olduğundan, ayrı-ayrı şəxsiyyət tipləri, bioloji və psixoloji amillərdən ziyada, konkret cəmiyyət tiplərindən çox asılıdır. Başqa sözlə, qapalı, totalitar cəmiyyətlərin yetişdirdiyi şəxsiyyətlər açıq va demokratik cəmiyyətlərin yetişdirdiyi şəxsiyyətlərdən kəskin fərqlənir: şəxsiyyət ölçü vahidinda hər iki tip (totalitar və demokratik) daban-dabana zidd ǝks qütbələri təşkil edir. Məsələn, İngiltərə, Amerika, Fransa va s. cəmiyyətlərdə sosiallaşma müstəqil Türkmənistan va ya Özbəkistan cəmiyyətlərində sosiallaşma prosesesinin eyni ola bilməz: <Sosiallaşma və sosial qarşılıqlı təsir (interaksiya) ) dabopper and ener
Sosiallaşma həmişə sosial münasibətlər kontekstində baş verir. Bir fərd olaraq öz müəyyənliyimiz-identikliyimiz haqda asas ideya va tasavvürlərimizi, sosial fəaliyyəts yönəlmiş orientasiyalarımızı, ailədən başlayaraq sosial münasibətlərdə bilavasitə iştirak etməklə inkişaf etdiririk. Bu baxış sosiallaşma nəzəriyyəsini formalaşdırmış üç sosial psixoloq: Çarlz Horton Kuli, Corc Nerbert Mid və Zigmund Freyd tarafindan xüsusi vurğulamırdı.
Çarlz Kuli: saxsiyyətin «giizgü nəzəriyyəsi
Bu nəzəriyyəyə görə, hər birimiz, bir fərd və şəxs olaraq, <Çarlz Horton Kuli (1884-1929) şəxsiyyətin sosial mənşəyi haqda nazariyyənin yaradıcılarından biridir. Öz övladlarını müşahidə edərək, Kuli şəxsiyyət-güzgüdür» ideyasını irəli sürmüşdür. O, tasdiq edirdi ki, biz mənlik şüurumuzu, özümü- zün başqa adamların bizə qarşı münasibət və davranışlarında neca əks olunmağında, onların haqqımızda no-(lər) düşündü- yünü görmək və təsəvvür etməklə qazanırıq. Başqa sözlə, ictimaiyyətin mənim haqqımda olan düşüncə 1asəvvürlərindən, hər birimizin «mani», yəni şəxsiyyəti formalaşır. Kuliyə görə, «güzgü-şəxsiyyət üç hissədən buratdir: 1) başqaların bizdə gördükləri və müşahidə etdikləri haqda bizim öz düşüncələrimiz; 2) onların bizimlə bağlı yürütdüyü mühakimələri biz necə təsəvvür edirik; 3) bu mühakimələrlə bağlı hansı hissləri keçiririk. Msələn, 14 yaşlı məktəbli oğlan düşünə bilər ki, sinif yoldaşları onu <> (ağıllı) adlandırır. Onun təsəvvüründə dostları «> heçdə başqaların haqqımızda düşündüklərinin birbaşa əksi yaxud inikası deyildir: o, sosial fəaliyyətin - müşahidə, xəyal (imaqinasiya) və subyektiv interpretasiyanın ayrılmaz tarkib hissasidir. Beləliklə, «güzgü-mon» sosial bir qurum kimi mənsub olduğumuz sinfi, sosial strukturda tutduğumuz mövqe- yi və mədəni dəyərlərimizi əhatə edir.
Corc Herbert Mid: rol seçimi mains
Kulinin təhlillərinə əsaslanaraq, Corc Herbert Mid (1883- 1931) özünü anlamağın yaxud cəmiyyətdə mövqeyimizi, öz rolumuzu düşünmayi ilk çağlarda baş veran sosial interaksiya (qarşılıqlı təsir ya fəaliyyət) ilə bağlayırdı. Mid- sosial interaksionizmin banisidir. Mid tosdiq edirdi ki, körpolar, lap avvaldan, ehtiyaclarını ödəməkdən ötrü başqalarından asılı olduqlarını anlayır. Onların öz fəaliy yətləri başqaların onlara qarşı göstərdiyi davranış və münasibətlərə təsir göstərir. Körpə «təcrübə»-sindən bilir ki, ağlamaq yemək və gülümsəmək nəvazişlə nəticələnir. Zaman keçdigcə, körpələr başqalarından arzuolunan münasibət və davranışları «almaq» üçün daha effektli vasitələrdən, məsələn, əvvəlcə jestlərdən (mənalı baxış, işarə, al və ya barmağını uzatmaq və s.) və daha sonra sözlərdən istifadə etməyi öyrənir. Mid bu sözləri və jestləri əhəmiyyətli ifadəli simvollar adlandırırdı. O, güman edirdi ki, simvollar olmadan sosial interaksiya mövcud ola bilməz. Həmçinin, yalnız sosial interaksiyada simvollar ma'na va əhəmiyyət kasb edir. Beləliklə, uşaqlar sosial interaksiyanın köməyi il başqaların onlardan no-(lar) gözlədiyini qabaqcadan duyur. hiss edir va buna müvafiq olaraq öz davranışlarını
3cü mövzu
1.Sosial struktur
Sosiologiyada sosial münasibətlərin öyrənilməsində sosial struktur mühüm yer tutur. Elmi ədəbiyyatda o, geniş və dar mənalarda başa düşülür. Geniş mənada sosial struktur sosial birliklərin müxtəlif növləri - sosial-sinfi (siniflər, sosial qruplar və təbəqələr); sosial-demoqrafik (gənclər, qadınlar, qocalar); sosial-etnik (millətlər, xalqlar və s.) habelə onların daxili elementləri (fərdlər) arasındakı münasibətləri bildirir. Dar mənada sosial struktur cəmiyyətdə müxtəlif mövqelər tutan siniflər, sosial qruplar və təbəqələr arasındakı münasibətləri ifadə edir.
1.1.Sosial-sinfi münasibətlər
Sosiologiyada sosial sinif və qruplar arasındakı münasibətlər dedikdə onların qarşılıqlı təsir və münasibətlərini müəyyənləşdirən əlaqələr sistemi başa düşülür. Bu sosial strukturun bütün digər elementlərinin əsasını təşkil edir və onlara münasibətdə üstün mövqe tutur.
Qeyd etdiyimiz kimi, sosial strukturun elementlərindən biri də sinifdir. Sinfi mövqedən çıxış edən marksist sosiologiyada son vaxtlaradək sosial strukturda siniflərin mövqeyi xeyli şişirdilir, sinfi yanaşma mütləqləşdirilirdi; sinfin müəyyənləşdirilməsində mülkiyyət formalarının müxtəlifliyi, yəni iqtisadi göstərici əsas kimi götürülürdü. Lakin indi aydındır ki, sosioloji fikirdə uzun müddət hökmran olmuş bu fikir müəyyən dərəcədə məhdud xarakter daşıyır. Cəmiyyətin siniflərə bölünməsində təkcə mülkiyyət formalarına arxalanmaq kifayət etmir və bunun üçün iqtisadi,siyasi, mədəni və mənəvi amillərə kompleks şəkildə müraciət etmək lazımdır.*
Bu nöqteyi-nəzərdən Qərb sosiologiyasında sinfin meyarlarının müəyyənləşdirilməsi müəyyən maraq kəsb edir. Burada siniflər iqtisadi imkanlarına, var-dövlətin ölçüsü və məşğulluq məsələlərinə görə bir-birindən fərqlənən böyük insan qrupları kimi qəbul edilir.
Sosial strukturun digər elementi sosial qrupdur. Sosial qrup dedikdə siniflər daxilində bir-birindən məşğulluğuna, peşə ixtisasına və təhsilinə, siyasi şüurluluğuna, mədəni göstəricilərinə və bütünlükdə sosial yetkinlik dərəcəsinə görə fərqlənən sosial subyektlər nəzərdə tutulur.
Strat/təbəqə termini də sosial strukturda çox vacibdir. Tez-tez ‘sinif’ və ‘strat’ anlayışları eyniləşdirilir ki, bu da müəyyən dolaşıqlıqlara gətirib çıxarır.
Strat dedikdə bir parametr – gəlir, təhsil, mülkiyyət və s. üzrə fərqləndirilən müəyyən təbəqə başa düşülür.
1.2.Sosial-demoqrafik münasibətlər
Cəmiyyətin sosial strukturunda bu münasibətlər mühüm əhəmiyyətə malikdir. Bu münasibətlər demoqrafik strukturlarla (cins, yaş və ailə) sosial strukturun üst-üstə düşməsinin nəticəsidir. Sosial-demoqrafik münasibətlər təkrar istehsal prosesinin və onun ayrılıqda ərazilər üzrə formalaşmasının şərti kimi çıxış edir. Bu münasibətlər həmçinin doğum, ölüm, nigah, boşanma, şəhər və kənd, eləcə də müxtəlif ərazilər arasında əhalinin miqrasiya mübadiləsinin statistik parametrləri kimi çıxış edirlər.
Əhalinin yaş-cins strukturu özündə iki ‘kəsiyin’ kombinasiyasını əks etdirir: (1)hər hansı bir ərazinin (ölkə, rayon) və ya müəyyən kollektivin tərkibində kişilərlə qadınlar arasındakı nisbət və (2)müxtəlif yaşlı əhali arasındakı nisbət.
Qeyd olunmalıdır ki, cinsə və yaşa görə fərqlər təkcə bioloji deyil, həm də sosial xarakter daşıyır. Bu gün ölkədə iqtisadi, siyasi və sosial sahələrdə xeyli problemlər mövcuddur ki, onlar da cəmiyyətin sosial-demoqrafik strukturunda özünü göstərməyə bilməz. Bu problemlərin gələcəkdə həlli ilə yanaşı, həmçinin işləyən qadınların kişilərlə bərabər vəzifə və ixtisaslaşma baxımından inkişafının təmin olunmasına çalışmaq lazımdır.
Sosial-demoqrafik strukturun növbəti mühüm elementi gənclərdir. Gənclərin sosial struktura qoşulma prosesinə yaş, sosial, iqtisadi və digər, xüsusiyyətlər təsir göstərir. Bazar iqtisadiyyatı şəraitində sosial strukturun transformasiyası gənclərin təhsili və əməyinin keyfiyyətinə sərt tələblər irəli sürür, gənclərin müxtəlif sosial qruplarının şansına, bu və ya digər iş yerlərini tutması imkanlarına, buradan da sosial vəziyyətə və hətta gənc oğlan və qızların müxtəlif kateqoriyalarının sosial optimizm dərəcəsinə təsir göstərir.
Sosial-demoqrafik münasibətlərin əsas elementləri kimi həmçinin təqaüdə qədər və təqaüd yaşlı, orta yaşlı kişi və qadınlar çıxış edirlər.
Perspektivdə cəmiyyətin sosial strukturunda sosial-demoqrafik qrupların getdikcə artması gözlənilir.
1.3.Sosial-etnik münasibətlər
Sosial-etnik münasibətlər cəmiyyətin sosial strukturunda əhəmiyyətli yer tutur. Etnik strukturların tədqiqi 1960-cı illərin sonunda yaranmış milli münasibətlərin sosiologiyası və ya etnososiologiya tərəfindən həyata keçirilir. Burada millətlərin və xalqların sosial inkişafı ilə bağlı sosial-iqtisadi, sosial-siyasi, mənəvi, mədəni-təhsil və s. problemlər öyrənilir. Sosioloji tədqiqatda milli münasibətlərin bütün aspektlərinə (millətlərarası, millətin daxilindəki və s. problemlərə) diqqət yetirilir. Burada milli problemlər ictimai həyatın iqtisadi, siyasi, mənəvi sahələrindəki dəyişikliklərlə sıx əlaqədə götürülür. Sosial-etnik münasibətlərin öyrənilməsində ölkədəki həm ümumi (sosial, iqtisadi, siyasi və s.) və spesifik vəziyyət, həm də lokal şəraiti xarakterizə edən mühit – müxtəlif tip şəhər və kəndlər, konkret etnik mühit, insanların bilavasitə ünsiyyət şəraiti (ailə, qonşuluq və s.) nəzərə alınmalıdır.
Milli məsələ həmişə milli inkişafda hüquq bərabərsizliyinin, milli inkişaf üçün bərabər imkanların olmadığı, millətlərarası münasibətlərdə inamsızlıq və ya düşmənçilik münasıbətlərinin mövcud olduğu vaxt və şəraitdə meydana gəlir. Keçmiş Sovet İttifaqında milli məsələlərin birdəfəlik həll edildiyi bəyan olunurdu. Lakin Dağlıq Qarabağ, Abxaziya, Şimali Osetiya və b. yerlərdəki hadisələr bunun səhv olduğunu göstərdi. Müstəqil Azərbaycan Respublikası çoxmillətli dövlətdir. Buradan da ölkədə dəqiq milli siyasətin aparılması tələb olunur və bununla əlaqədar milli azlıqların və azsaylı xalqların hüquqlarının müdafiəsi, onların tarixinə, dilinə və mədəniyyətinə xüsusi qayğı ilə yanaşma böyük əhəmiyyət kəsb edir. İstənilən ölkədə milli məsələni demokratik prinsiplər əsasında həll etmək mümkündür ki, bunun üçün milli xüsusiyyətlərin, xalq ənənələrinin, adətlərinin və s. nəzərə alınması vacibdir.
Alimlər XX əsri bəzən ‘etnik dirçəliş’ dövrü adlandırır, XXI əsrdə bütün dünyada etnik meyllərin güclənməsini proqnozlaşdırırlar.
2.Sosial stratifikasiya haqqında təlim
Burada biz sosial struktur haqqında sözün dar mənasında söhbət açacağıq. Bununla əlaqədar onun mühüm komponenti sayılan sosial stratifikasiyanın ardıcıl təhlilinə keçək.
2.1.Sosial stratifikasiyanın mahiyyəti və məzmunu
Dünya sosioloji fikrində sosial stratifikasiya – cəmiyyətin sosial təbəqələrə bölünməsi haqqında təlim geniş yayılmışdır. Bu nəzəriyyənin tərəfdarları qeyd edirlərki stratlar (təbəqələr) cəmiyyətdə mühüm rol oynayır və cəmiyyətdəki sosial münasibətlər müxtəlif stratlar arasındakı münasibətlərdən ibarətdir.
Qərbdə sosial stratifikasiyanı çox vaxt sosial bərabərsizliklə eyniləşdirir və onda iki əsas ölçü ayırırlar. Birinci ölçü əhalini iyerarxik qruplara, yəni yuxarı və aşağı təbəqələrə/siniflərə bölən stratifikasiyanın şaquli və sinfi modeli ilə bağlıdırsa, ikincisi sosial-mədəni rifahın və dəyərlərin qeyri-bərabər paylanmasından ibarət üfüqi stratifikasiya ilə əlaqəlidir.
Beləliklə, Qərbdə sosial bərabərsizlik sosial stratifikasiya konsepsiyasında cəmiyyətin sosial strukturunun təhlilində başlanğıc nöqtəsi kimi çıxış etdiyi halda, marksist nəzəriyyəsində əsas diqqət ictimai inkişafın başlıca subyektləri olan siniflər arasındakı münasibətlərin inkişafına yönəlmişdir. Burada sosial bərabərsizlik problemi az-az hallarda müzakirə olunur. Lakin buna müraciət olunduqda da o iqtisadi sahə, əmək və məişət şəraiti və ya əmək haqqının səviyyəsinin öyrənilməsi ilə məhdudlaşır; bu və ya digər siniflərin nümayəndələrinin imtiyazlarindan söz düşdükdə isə buna istehsal münasibətlərinin elementi kimi baxılır. Məsələn, keçmiş sovet cəmiyyətinin struktur elementlərinə, qeyd etdiyimiz kimi, fəhlə və kəndli sinifləri, ziyalı təbəqəsi daxil idi. Bu cür ‘üçüzvlü formul’ iqtisadiyyatın inkişafında aparıcı yer tutan qrupları, müxtəlif təşkilatların işçilərinin onların idarəetmədə roluna görə differensiyasiyasını və iqtisadiyyatın digər subyektlərini nəzərə almırdı. ‘Üçüzvlü formul’ kütlələrin diqqətini iqtisadi və siyasi hakimiyyətin real subyektləri olan partiya-dövlət bürokratik aparatının nümayəndələrindən kifayət qədər müvəffəqiyyətlə yayındırırdı.
Beləliklə, yuxarıda qeyd etdiklərimizin əsasında stratifikasiyanın tərifini verək. Sosial stratifikasiya sosial sistemin üzvlərinin, yəni insanların qeyri-bərabər statusa malik strata və ya səviyyələrdə yerləşməsinə deyilir. Sosial bərabərsizliyə məşğulluq növü, təhsil, mülkiyyət, mənşə, milliyyət, din, şəxsi təsir imkanı və s. kimi müxtəlif amillər səbəb ola bilər. Stratifikasiya gəlirdə, mülkiyyətdə, defisit malların əldə edilməsində və sosial hakimiyyətin digər formalarına nail olunmasında mövcud fərqləri də nəzərdə tutur. Bu nöqteyi-nəzərdən istənilən cəmiyyət, istənilən mədəniyyət müəyyən dərəcədə sosial bərabərsizliyə malikdir.
Hələ yaxın vaxtlara qədər respublikamızda çap olunan fəlsəfi-sosioloji ədəbiyyatda bərabərsizlik hökmən aradan qaldırılmalı olan bir sosial bəla kimi qəbul edilir, bu cür catışmazlıqlardan azad sinifsiz cəmiyyət qurulması məqsədi irəli sürülürdü. Lakin əslində cəmiyyətdə sosial bərabərsizlik müəyyən mənada pozitiv funksiyalar yerinə yetirir, tarixi inkişafın güclü stimulu rolunu oynayır. Ona, görə də əgər onun qarşısına süni sədlər çəkilərsə və onu reqlamentləşdirməyə cəhd göstərilərsə (‘bərabərləşdirici sosializmdə’ olduğu kimi), o həmin andan inkişafın qarşısını alan bir amilə çevriləcəkdir.
2.2.Stratifikasiya sistemləri
Sosioloji ədəbiyyatda aşağıdakı dörd stratifikasiya sistemi qəbul olunmuşdur: 1)quldarlıq sistemi; 2)kasta sistemi; 3)silk sistemi; 4)sosial sinif sistemi.
Quldarlıq fərdlər və sosial qruplar üçün sosial bərabərsizliyin qanuniləşdirilmiş ən fövqəladə formasıdır. Qulların alqı-satqı predmeti olaraq başqalarının mülkiyyətinə çevrilməsi bu sistemin xarakterik cəhəti kimi çıxış edir.
Kasta dini xarakter daşıyan, nisbətən dəyişməz qalan rütbələrin (ranqların) irsi sistemidir. Kasta sistemi adətən hind dini baxışları ilə assosiasiya olunur. O, Hindistan, Şri-Lanka və Pakistan kimi ölkələrdə geniş yayılmışdır. Bu sistemdə kasta üzvlüyü anadangəlmə müəyyənləşdirilir. Buradan da uşaqlar kastada valideynlərinin malik olduqları mövqeyi tuturlar. Hər bir kastanın rolu kifayət qədər müəyyənləşdirilmişdir və kasta üzvləri, bir qayda olaraq, elə kasta daxilində də ailə qururlar. Hal-hazırda Hindistanda ‘varnaslar’ deyilən dörd əsas kasta və ‘toxunulmazlar’ adlanan qeyri-kasta vardır. Müasir Hindistanda kasta sistemi əsaslı dəyişikliklərə məruz qalsa da, ictimai həyatda öz təsirini hələ də itirməmişdir.
Üçüncü stratifikasiya sisteminə feodal cəmiyyəti ilə assosiasiya olunan silk sistemi aid edilir. Silk kapitalizməqədərki cəmiyyətin adət və ya qanunlarında yerini tapmış irsi hüquq və vəzifələrə malik olan sosial qrupdur. Silki təşkilatlar silklərin bərabərsizliyi ilə səciyyələnirdilər. Məsələn, XVIII əsrin ikinci yarısındakı Rusiyada zadəganlara, ruhanilərə, tacirlərə, meşanlara və kəndlilərə bölünən silki bölgü başlıca yer tuturdu. Kapitalizm münasibətlərinin möhkəmlənməsilə silklərin dağilması prosesi güclənir, onların yerini sinfi sistem tutur.
Sinfi sistem əsasən iqtisadi vəziyyətə əsaslanan elə sosial bölgüyə deyilir ki, burada qazanılmış status sosial mibilliyə və ya yerdəyişməyə təsir göstərmək imkanına malikdir. Burada sosial qruplar arasındakı sərhədlər şərtidir və bir stratadan digərinə keçmək üçün daha geniş azadlıq mövcuddur. Stratifikasiyanın sinfi sistemi cəmiyyətdə daha stabil iyerarxik bölgü yaradır.