BAKI DÖVLƏT UNİVERSİTETİ
TƏSDİQ EDİRƏM
Beynəlxalq münasibətlər və beynəlxalq hüquq
______________________ fakültəsinin dekanı, prof. Z.M. Həsənalıyev
2010-cu ildə «BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR» kafedrasının elmi-tədqiqat işləri haqqında
H E S A B A T I
kafedranın 04 dekabr 2010-cu il tarixli № 4 iclasında təsdiq olunub
BAKI – 2010
1. Giriş
Rektorun R-49 saylı 26.05.2006-cı il tarixli əmri ilə beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin nəzdində «Beynəlxalq iqtisadi münasibətlər» kafedrası yaradılmışdır.
«Beynəlxalq iqtisadi münasibətlər» kafedrasının professor-müəllim heyəti Respublikada gedən ictimai proseslərdə fəal iştirak edir.
2. Struktur və ştat cədvəli.
Kafedranın ştatında 4 müəllim var, o cümlədən 4 nəfər i.e.n., dosentdir, Kafedranın tərkibinə 2 nəfər əvəzçiliklə, 6 nəfər saathesabı (onlardan 3 nəfər elmlər namizədi, 3 nəfər müəllim) çalışır.
Ştatda olan müəllimlərin siyahısı
-
Rüstəmbəyov Hacıağa B. o. - iqtisad elmləri namizədi, dosent-1949
-
Məmmədov Nüsrədddin M.o. – iqtisad elmləri namizədi, dosent-1928
3. Aslanov Habil H. o. - iqtisad elmləri namizədi, dosent-1966
4. Əhmədova Sədaqət E. q. – iqtisad elmləri namizədi
5.Qəribli Emin A. o.- i.e.n.,əvəzçi
6.Paşayev Teymur R.o.-i.e.n.,əvəzçi
3. Kafedrada aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətləri:
Kafedranın 2010-cu ilə dair elmi-tədqiqat işlərinə əsasən aşağıdakı istiqamətdə aparılır.
Beynəlxalq iqtisadi əlaqələrin inkişaf istiqamətləri.
Bu problemdə başlıca məqsəd müasir beynəlxalq iqtisadi əlaqələrdəki inkişafın əsas istiqamətlərini araşdırmaq və müəyyən elmi-praktiki tövsiyələr hazırlamaqdan ibarətdir. Bu problem istiqamətində kafedrada 2 aspirant çalışır. Onlara kafedranın müdir əvəzi dos. H. B. Rüstəmbəyov rəhbərlik edir. Bunların nəticəsi öz əksini dərc olunmuş elmi məqalələrdə və dərslikdə tapmışdır.
Kafedranın 2010-cu ilə dair planlaşdırılmış elmi-tədqiqat mövzularından aşağıdakılar yerinə yetirilmişdir:
İş “A” Milli iqtisadi mənafelərin reallaşdırılmasının qlobal aspektləri.
İcraçı:dos. H.B.Rüstəmbəyov
Milli təsərrüfatların iqtisadi, elmi-texniki, hüquqi və informasiya baxımından bir-birindən asılılğını kəskin şəkildə artıran qloballaşma, dünyanın inkişafında bir sıra səciyyəvi cəhətlərin meydana gəlməsinə səbəb olmuşdur. Qloballaşma prosesində milli və ümumdünya iqtisadi mexanizmlər öz rollarını da dəyişdirirlər. Qloballaşma prosesində dünya iqtisadiyyatının beynəlmiləlləşmə-sinin əsas hərəkətverici qüvvəsi olan transmilli şirkətlərin gücü və təsir dairəsi genişlənmişdir. Milli dövlətlər könüllü olaraq bir çox milli hüquqlardan beynəlxalq hüquq normalarının lehinə imtina etmişlər.
Məhz bu baxımdan qlobal iqtisadiyyatın beynəlmiləlləşməsinin kriteriya və motivlərinin qanunauyğunluqlarının öyrənilməsi çox mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bu ilk növbədə beynəlxalq iqtisadi əlaqələr sistemində Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyasının miqyasının genişlənməsindən irəli gəlir.
Elmi işdə dünya iqtisadiyyatının beynəlmiləlləşməsinin iqtisadi və qlobal motivləri ətraflı təhlil edilmişdir.
Elmi iş tam şəkildə çap edilmişdir.
İş “B” Beynəlxalq iqtisadi münasibətlər sistemində Azərbaycan iqtisadiyyatının yeri.
İcraçı: dos. N. M. Məmmədov
Azərbaycanın müasir milli iqtisadiyyatının inkişaf edən istiqamətdə artması ölkəmizin dünya təsərrüfat sisteminə güclü iqtisadiyyata malik ölkə kimi daxol olmasına şərait yaratmışdır. Ölkəmizdə milli iqtisadiyyatın bütün sahələri üzrə inkişafa nail olması ilk növbədə bazar iqtisadiyyatının bütün mexanizmlə işə düşməsilə, o cümlədən sahibkarlıq fəaliyyətinin geniş miqyaslı həyata keçirilməsi ilə bağlıdır. Burada kiçik və orta sahibkarlığın inkişafına dair dövlət tərəfindən maliyyə dəstəyinin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu bir tərəfdən ölkənin xarici iqtisadi əlaqələrdə rəqabət qabiliyyətinin yüksəldilməsinə, digər tərəfdən ölkənin iqtisadi təhlükəsizliyini həll etmiş olur.
Elmi tədqiqat işində regionların sosial-iqtisadi inkişafı barədə dövlət proqramlarının reallaşdırılmasının milli iqtisadiyyatı müasir vəziyyətinə müsbət təsirləri də ətraflı təhlil edilmişdir.
İş “C” Beynəlxalq iqtisadi münasibətlərin gömrük tarif tənzimlənməsi.
İcraçı: dos. H.H. Aslanov
Elmi işdə milli iqtisadiyyatlar arasında qarşılıqlı iqtisadi əlaqə və asılılığın artması ilə əlaqədar təsərrüfat həyatının beynəlmiləlləşməsi və iqtisadi inteqrasiya proseslərinin genişlənməsinin dövlətlərin milli iqtisadiyyatlarına təsiri tədqiq edilmiş və bu zaman milli iqtisadiyyatların xarici rəqabətin hər hansı mənfi təsirlərindən qorumaq məqsədilə dövlətin tənzimləyici rolu tədqiq edilmişdir.
Məlum olduğu kimi dünya təsərrüfatına inteqrasiya olunan dövlət nə qədər açıq xarici iqtisadi milli mənafelərin qorunması məqsədilə dövlət tərəfindən bu və ya digər metodlarla bu proseslərə müdaxilə olduqca zəruridir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, xarici iqtisadi fəaliyyətlə bağlı əməliyyatlara səmərəli dövlət nəzarətinə onun mümkün mexanizmlərinin reallaşdırılması yolu ilə nail olunur. Bu baxımdan elmi işdə xarici iqtisadi əlaqələrə dövlətin iqtisadi və inzibati metodlarla müdaxiləsinin seçilməsi milli iqtisadiyyatın inkişaf səviyyəsi ilə müəyyən olunur. Elmi işdə həmçinin müasir dövrdə xarici iqtisadi əlaqələrdə dövlətin iqtisadi üsullarla müdaxilə metodlarına üstünlük verilməsinin zəruriliyi də izah edilmişdir və bu zaman inkişaf etmiş dövlətlərin təcrübəsinə istinad edilmişdir.
4. Dərc olunmuş elmi işlər.
Kafedra əməkdaşları tərəfindən aşağıdakı məqalə, dərslik və tədris proqramları çap olunmuşdur:
Dos. H.B.Rüstəmbəyovun 2010-cu ildə çap olunmuş elmi məqaləiəri:
1. Рыночная трансформация в условиях глобалъного экономического кризиса: координаты системных перемен /The Caucasus and The World İnternational Scientific Journal. Tbilisi, №6 2010 с. 100-106
2. Укономический рост и социальное развитие в векторе национальных интересов // Ulu Öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq siyasətinin əsas inkişaf tendensiyaları” mövzusunda 06-07 may 2010-cu il tarixdə keçirilmiş elmi-praktik konfransın materialları. Bakı, 2010, c. 394-398
3. Регiони краİни у механизмi реализациİ национальних економiчних интересiв // Журнал Европейськоİ Экономики. Видания Тернопiльского Национального Экономiчного Университету. Том 9 (№2) 2010. С. 204-213
4. Концептуальные подходы к исследованию понятия национальные экономические интересы // Вестник Бакинского Университета (серия
социально-политических наук), № 1, 2010, с. 107-118
Dos:N.M.Məmmədovun 2010-cu ildə çap olunan elmi məqalələri:
1.”Azərbaycanda orta təbəqəbin formalaşması problemləri. Bakı, 2010, 46 çap vərəqi (monoqrafiya).
2.” Azərbaycanda orta təbəqəbin formalaşmasının ümumi qanunauyğumluqları. (məqalə). AMEA İqtisadiyyat İnstitunun məqalələr toplusu 0,5 çap vərəqi.
Dos: H.H.Aslanbəyovun 2010 ildə çap olunan elmi məqalələri:
-
“N.Ö.Hacıyev, H.H Aslanov. Z.H.Cəlilov.
Bakı Universiteti xəbərləri. Sosial-siyasi elmlər seriyası №1 2010
2. H.Aslanov, V.Məmmədov. Xarici iqtisadi əlaqələrin inkişafında gömrük siyasətinin rolu. AMEA .İqtisadiyyat İnstitutu.Elmi əsərlər Bazarda hökmran mövqe: mümkün sui-istifadə və onun müəyyən edilməsi. №1 2010
3. H.Aslanov, A.İsmayılov. Azərbaycanın gömrük siyasətinin iqtisadi təhlükəsiz-liyinin təmin olunmasında rolu. AMEA İqtisadiyyat İnstitutu. Elmi əsərlər№1 2010
4.H. Aslanov.Beynəlxalq iqtisqdi təhlükəsizliyin təmin olunmasında rolu. AMEA İqtisadiyyat İnstititu, elmi əsərlər №1 2010
5.H.Aslanov. Beynəlxalq iqtisadi inteqrasiya və Azərbaycanın bu prossesdə iştitakı. BDU BM və BH fakultəsi. H.Əliyevin anadan olmasının 87-ci il dönümünə həsr olunmuş “H.Əliyev və AR-nın beynəlxalq əməkdaşlıq siyasətinin əsas inkişaf tendensiyaları” 06-07 may 2010. Elmi praktik konfrans materialları.
6.H.H.Aslanov. ”Xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin inkişaf meylləri və istiqamətləri.” Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr. Milli inkişaf modelinin formalaşması problemləri.Respublika elmi praktik konfransı materialları. Bakı 2010.
7.H.H.Aslanov. Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə dünya bankı ilə əməkdaşlığın istiqamətləri. AMEA-nın xəbərləri, iqtisadiyyat seriyası.№1 Bakı 2010
İ.e.f.n. S.Əhmədovanın 2010-cu ildə çap olunan elmi məqalələri:
1.Azərbaycan Respublikasının gömrük siyasəti və milli iqtisadiyyatda onun rolu. H.Əliyevin anadan olmasının 87-ci il dönümü ilə bağlı elmi konfransın materialları. Bakı 2010 (BM və BH fakultəsi)
5.Xarici dövlətlərdə çap olunmuş məqalələr.
1. Dos. H.B. Rüstəmbəyov. Укономический рост и социальное развитие в векторе национальных интересов // Ulu Öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq siyasətinin əsas inkişaf tendensiyaları” mövzusunda 06-07 may 2010-cu il tarixdə keçirilmiş elmi-praktik konfransın materialları. Bakı, 2010, c. 394-398
2. Dos. H.B.Rüstəmbəyov. Регiони краİни у механизмi реализациİ национальних економiчних интересiв // Журнал Европейськоİ Экономики. Видания Тернопiльского Национального Экономiчного Университету. Том 9 (№2) 2010. С. 204-213
6. Başqa dövlətlərlə əlaqə
Moskva Dövlət Universitetinin İqtisadiyyat fakultəsi ilə birgə monoqrafiyaların hazırlanması.
7. Elmi-tədqiqat işlərinin nəticəsi.
1. 2010cu ildə kafedra əməkdaşları kafedranın elmi-tədqiqat işinin ümumi mövzusuna uyğun olan elmi məqalələr yazmış və beynəlxalq konfransda çıxış etmişlər.
2. Dos. H. Rüstəmbəyov dissertasiya müdafiələrində oponent kimi çıxış etmiş, dissertasiya işi və kafedrada aparıcı təşkilat kimi müzakirə edilmiş ona rəy vermişdir.
3.Dos.H. Aslanbəyov dissertasiya müdafiələrində oponent kimi çıxış etmiş.
8. Patent və informasiya işləri.
9.Beynəlxalq konfranslarda iştirak.
Azərbaycanın İqtisadi İnkişaf Modeli. 7 oktyabr 2010-cu il. Bakı şəhəri. Azərbaycanın İqtisadi İnkişaf Modelində milli amillərin rolu mövzusunda dos. H.B.Rüstəmbəylinin çıxışı.
10. Fakultədə keçirilmiş elmi konfansların, seminarların, simpoziumların xarekteristikası.
Kafedranın elmi tematikasının istiqaməti üzrə tələbələr və magistrlər il ərzində elmi işlərdə, elmi-nəzəri konfranslarda çox fəal iştirak ediblər. Kafedranın əməkdaşları ilə yanaşı, aspirant və magistrantlar «Beynəlxalq hüquq və inteqrasiya prosesləri» jurnalında məqalələr çap etdiriblər.
Fakültədə keçirilən elmi-nəzəri konfransda kafedranın əməkdaşları aktiv iştirak ediblər.
11. Fakültədə elmi və elmi-pedaqoji kadrların hazırlanması.
Kafedranın nəzdində «Beynəlxalq iqtisadi münasibətlərin müasir aktual problemləri» mövzusunda daimi elmi-nəzəri seminar fəaliyyət göstərir. Onun müntəzəm keçirilən iclaslarında müasir dövrün aktual iqtisadi problemləri geniş müzakirə olunur.
12.Dissertasiya mudafiəsi və dissertasiya Şuralarnın fəaliyyəti.
13.Tələbələrin və gənc tədqiqatçıların (magistrlərin) elmi-tədqiqat işləri (konfransda iştirakı).
Kafedranın elmi işlərinin istiqamətində tələbələr və magistrlər elmi-nəzəri konfranslarda iştirak ediblər. Kafedranın 4 magistrinin «Beynəlxalq hüquq və inteqrasiya problemləri» jurnalında məqalələri çap edilmişdir.
14. 2011-ci ildə hansı avadınlıqların alınmasına ehtiyac duyulur (adı, alınacaq avadanlıqların sayı, təxmini qiymət, manatla).
15. Əsas nəticələr və təkliflər.
Kafedranın еlmi-tədqiqat işlərinin nəticələri öz əksini nəşr olunan dərslik və məqalələrdə tapmışdır. Aparılan elmi işlərin nəticərinin daha da səmərəli olması üçün aşağıdakıları təklif edirik:
-
Kafedra əməkdaşlarının elmi işləri nəticələrinin nəşrinə Universitet tərəfindən qrif ayrılmasına yardımın artırılması.
-
Кafedra əməkdaşlarına qrantların ayrılmasını daha da genişləndirmək olardı.
-
Nəzərə alaraq ki, yuxarı təşkilatlarda qrif almaq uzun müddət aparır və dərsliklər, dərs vəsaitlərinin nəşrini genişləndirmək üçün hesab edirik ki, bunlar BDU nəşriyyat şurasının qərarları ilə həll olunması daha məqsədəuyğun olardı.
Beynəlxalq iqtisadi münasibətlər
kafedrasının müdiri: dos. H. B. Rüstəmbəyov
Dostları ilə paylaş: |