20 Yanvar faciəsi tariximizin qanlı, həm də şanlı səhifəsidir



Yüklə 26,56 Kb.
tarix29.10.2017
ölçüsü26,56 Kb.
#21311

20 Yanvar faciəsi tariximizin qanlı, həm də şanlı səhifəsidir.
(20 Yanvar faciəsinin 25-ci ildönümünə  həsr olunmuş metodiki vəsait).

      1990-cı il yanvar ayının 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi daxil olmuşdur. Düz 24 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Bədnam M.Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar hərəkətlərinin açıq-aşkar dəstəklənməsinə və o zamankı respublika rəhbərliyinin xəyanatkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxarmışdı, böyük  itkilərlə, günahsız insanların ölümü ilə nəticələnmişdi. Nəticədə 170 nəfər həlak olmuş, 400-ə yaxın insan yaralanmışdı. Buna baxmayaraq  Azərbaycanın  o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin əksinə olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etmişdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırmışdı. Bununla da ulu öndərimiz cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi hüquqi qiymət verilmiş və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılmışdı. 20 Yanvar-Ümumxalq Hüzn Günü elan edildi.

                                        Keçiriləcək tədbirlər.

   Bu münasibətlə MKS-də və onun filiallarında bir sıra tədbirlər keçirilməlidir. MKS-də tədbirlər planı tutulmalı və həyata keçirilməlidir. Belə ki, tədbirlər planına kitab sərgisini, foto sərgisi, rəsm və inşa müsabiqələrini, xatirə gecələrini, şer müsabiqələrini, ədəbi bədii kompozisiya və s. başqa tədbirləri daxil etmək olar.İlk öncə kitabxanda kitab sərgisi və bununla yanaşı şəhidlərimizin foto stendləri hazırlanmalıdır. Sərgi müxtəlif başlıqlar altında keçirilə bilər.Məsələn: “ 20 Yanvar faciəsi tariximizin qanlı, həm də şanlı səhifəsidir”, “Tarixin qan yaddaşı”, “Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi”, “20 Yanvar həm hüzn, həm də milli qürur günümüzdür”, “Başın sağ olsun,Vətən!”, “Qanlı faciə”, “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi” və s.

 “ 20 Yanvar faciəsi tariximizin qanlı, həm də şanlı səhifəsi” adlı sərginin sxemini veririk.

 1.Başlıq:    20 Yanvar faciəsi tariximizin qanlı, həm də şanlı səhifəsi”.

 2. Sitatlar.

 3.Dövri mətbuatda çap olunan məqalələrin kartotekası.

 4. 20 Yanvar faciəsinə aid nəşr olunan kitabların siyahısı.

 5. Şer parçası.

     SİTATLAR.

 1.“Bizim xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara  edilən

     qəsd, təcavüz deyildi, bu bütün  Azərbaycan xalqına, Azərbaycan millətinə,

     Azərbaycan ölkəsinə edilən təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq

     qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır”.

                                                     Heydər Əliyev. Ümummilli lider.

 2.  20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış

      Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya

      nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş

     Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə

     yazdılar.

                                                                                                 İlham Əliyev.

                                                                         Azərbaycan Respublikasının Prezidenti

      Şer parçası:

      Qatil gülləsinə qurban gedirkən,

      Gözünü sabaha dikdi şəhidlər.

      Üçrəngli bayrağı öz qanlarıyla,

      Vətən torpağına çəkdi şəhidlər.

       

     Kitabxanalar,xüsusilə də Uşaq şöbəsi şer müsabiqələrinə xüsusi diqqət verməlidirlər. Uşaq oxucuları 20 Yanvar şəhidlərinin xatirəsinə yazılan şer və poemaları həvəslə oxuyub öyrənir və bununla da şəhidlərimizin xatirəsini yad etmiş olurlar.  Ümumiyyətlə qeyd edilməlidir ki, keçirilən hər bir tədbir oxucularda, xalqımızda 20 Yanvar faciəsinin səbəblərinin açılmasına, onun günahkarlarının açıqlanmasına, azadlıq yolunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsini bir daha yad etməyə xidmət etməlidir. Hər bir Azərbaycan vətəndaşı bu faciəni heç bir vaxt unutmamalıdır.                                                                                                                          



                                      Ədəbiyyat siyahısı.

 1. Kəngərli, Qulu. Qanlı Şənbəyə gedən yol / Q. Kəngərli.-B.: 1997.-61 s.



2. Vahabzadə, Bəxtiyar.Şənbə gecəsinə gedən yol / B. Vahabzadə.-B.: Azərnəşr,

    1991.-331 s.



3. Rəhmanzadə, Fazil. Əsrə bərabər gecə / F.Rəhmanzadə.-B.: 1991.-334 s.

4. Anar. Şəhidlər dağı / B.: Gənclik,1995.-560 s.

                                             Dövri mətbuat.



1. Aydınoğlu,Tahir. 20 Yanvar: qanlı Bakı faciəsinin pərdəarxası, yaxud Naxçıvanın

    işğalı ssenarisi / T. Aydınoğlu // Xalq qəzeti.-2013.-19 yanvar.-№ 12.-S.3.



2. Feyziyev, Cavanşir. 20 Yanvar: oyanışın ilk səhəri / C. Feyziyev // Xalq qəzeti.-2013.-

    20 yanvar.-№13.-S.3.



3. Quliyev, Cəmil. Cinayət var cəza isə yoxdur / C. Quliyev // Xalq qəzeti.-2013.-

    20 yanvar.- №13.-S.4.



4. Rüstəmov, İlqar. 20 Yanvar-azadlıq mübarizəsinin şərəfli səhifəsi / İ. Rüstəmov //

     Xalq qəzeti.-2013.-20 yanvar.-№13.-S.6.



5. Mükərrəmoğlu, M. 20 Yanvar sənət əsərlərində əbədi yaşayacaqdır /

    M.Mükərrəmoğlu // Xalq qəzeti.-2013.-20 yanvar.- №13.- S.7.



6. Bayramov, Vaqif.20-Yanvar-tariximizin şərəf və qəhrəmanlıq səhifəsi / V. Bayramov //

     Xalq qəzeti.-2013.-20 yanvar.-№ 13.-S.4.



7.Turan, Anar. O məşum gecəni düşünürkən / A. Turan // Xalq qəzeti.-2013.-23 yanvar.-

    №14.
Yüklə 26,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin