9 avqust 2007 Vəzifənin adı: C`est Bon Baş Aşpaz İyerarxiya daxili: “



Yüklə 38,37 Kb.
tarix14.07.2018
ölçüsü38,37 Kb.
#56374

Baş Aşpaz

vəzifəsi haqqında məlumat

9 avqust 2007


Vəzifənin adı: C`est Bon Baş Aşpaz

İyerarxiya daxili: “Baş Meneceri”nə tabedir (gələcəkdə Kafe Menecerinə)

İş yeri: Bakı, Azərbaycan

Müqavilənin müddəti: Uzun müddətli

İş rejimi: Bazar ertəsi – Şənbə saat 08.00 -17.00

Məvacib: 3600 - 4200 AZN (illik) + bonuslar + gələcək biznesdə pay

İşin təhvil verilməsi: 10 (on) bank günü öncə

Vəzifənin məqsədi: C`est Bon şirkətinin yemək hazırlanmasında səmərəliyini artırmaq və keyfiyyəti yüksək səviyyəyə çatdırmaq. Bunun nəticəsi olaraq C`est Bon müştərilər arasında yeməkləri ən dadlı və keyfiyyətli hazırlayan bir şirkət kimi tanınsın. Müştərilərin 90% -i C`est Bon şirkətinin yeməyinin yüksək qiymətləndirsinlər. C`est Bon şirkətinin yeməklərin satışı ayda 10% artsın.

Vacib məlumat: C`est Bon şirkətinin biznes fəaliyyətində ən əsas risk - qidadan zəhərlənmə halıdır. Bütün işçilər bu hadisənin baş verməməsi üçün şirkətin daxili prosedurlar və qaydalar əsasında fəaliyyət göstərməlidilər!

Yeməklərin hazırlanma

texnologiyası: C`est Bon şirkəti bütün yeməklərin hazırlanmasında öz texnologiyalarını fikirləşib və tədbiq edib. Bu texnologiyalar C`est Bon şirkətinin mülküdir və sirr kimi qorunub və mühafizə edilir. Mətbəxdə çalışan bütün işçilər bu sirri saxlamalıdır və şirkətdən kənar istifadəsinə görə qanuni məxsuliyyət daşıyırlar.

Vəzifələr:

  • Mətbəxdə yeməklərin hazırlanması üçün ən səmərəli prosessi təşkil etmək;

  • Mətbəxdə işçilərin işini rahatlıq və səmərəlilik yaratmaq üçün prosessdə və avadanlıqların yerləşməsinində dəyişiklik etmək;

  • Mətbəxə gündəlik lazım olan ərzaq və meyvələrin alınması üçün siyahını tutmaq və Alış üzrə Köməkçiyə hər axşam işin sonunda təhvil vermək;

  • Mətbəxə gündəlik lazım olan ərzaq və meyvələrin kifayyət qədər olmasına cavabdehlik daşımak;

  • Yeməklərin, salatların və desertlərin hazırlanmasında işçilər ilə birlikdə aktiv iştirak , koordinasiya və rəhbərlik etmək;

  • Lazımi qədər sendviçlərin, salatların, desertlərin, toyuq yeməklərin və digər menyuda olan yeməklərin olmasını təmin etmək;

  • Sifarişlər və mətbəx arası işləri koordinasiya etmək. Alınmış sifarişi vaxtında hazırlanmasına və təhvil verilməsinə cavabdehlik daşımak;

  • Hər yeməyə istifadə olunan ərzaq, meyvə və tərəvəzin miqdarını hesablamaq və bu hesab üzrə ərzaqların istifadəsini təmin etmək və cavabdehlik daşımak;

  • Hər yemək üçün “Pasport” hazırlamaq və yazılı formada “Baş Menecerə” (gələcəkdə Kafe Menecerinə) təhvil vermək. Pasporta bu məlumatlar öz əksini tapmalıdır: yeməyin adı, istifadə olunan inqrediyentlər və miqdarı, hazırlamaq texnologiyası, saxlanılma və paketləşdirmə şərtləri və tələbləri, xarici görünüşü;

  • Bütün ərzaq mallarını qəbul etmək və onların testdən keçirdmək. Və əmin olmaq ki, bunlar C`est Bon şirkətinin keyfiyyət üzrə tələblərinə və spesifikasiyasına cavab verir;

  • Hər iki aydan bir yeni menyunun tərtib etmək və “Baş Menecerə” (gələcəkdə Kafe Menecerinə) təhvil vermək;

  • Yeni yeməklər, salatlar, desrtlər, sendvişlər və toyuq yeməklərini hər iki aydan bir hazırlamaq və satışa buraxmaq;

  • Yeni yeməkləri müştərilər arasında testə buraxmaq və nəticələri qeyd etmək. Əldə olunan nəticə əsasında dəyişiklik və əlavə etmək;

  • Yeni yeməkləri hazırlayandan sonra bütün işçilərə hazırlanmanı başa salmaq;

  • Mətbəxdəki işçilərə rəhbərlik etmək və onların mətbəx ilə bağlı işlərində cavabdehlik daşımak;

  • İşçilərin sanitariya və gigiyena şərtlərinə riayət etməklərini yoxlamaq və cavabdehlik daşımak;

  • İşçilərin başı, üstü və əllərinin örtülü olmasını yoxlamaq və cavabdehlik daşımak;

  • Mətbəxə daxil olan bütün şəxslərdən başı, üstü və əllərinin örtülü olmasını tələb etmək. Əgər bu tələblərə riayət etmirsə, həmin işçini mətbəxə daxil olmasına gadağan etmək;

  • Yeməklərin hazırlanması üçün bütün tədarükləri görmək və bütün işçilərdən bunları etməsini tələb etmək;

  • Yeməklərin prezentabel formasında müştərilərə hazırlanmasına görə cavabdehlik daşımak;

  • İşçilərin hər hansı bir sualı yaranarsa onlara ətraflı cavab vermək və instruksiya etmək;

  • Yeməklərin menyuda olana həcmdə və miqdarda olmasını təmin etmək və cavabdehlik daşımak;

  • Yeməklərin dadlı və təzə olmasını təmin etmək və cavabdehlik daşımak;

  • Qeyd olunan vaxtından qalan yeməkləri tullamaq və satışa buraxılmamasına cavabdehlik daşımak;

  • İşçiləri nahar ilə təmin etmək

  • Mətbəx üçün lazımı avadanlıq, inventar və digər lazım olan əşyaları identifikasiya etmək və alınması üçün lazımi işçiyə siyahını ötürmək;

  • Mətbəx üçün yeni işçilərin seçimində iştirak etmək;

  • Mətbəxə gələn yeni işçiləri adaptasiya olunması üçün yardım etmək və bütün şərait yaratmaq;

  • İşçilərin bilik və bacarığını daimi artırmaq. Bu sahədə lazım olan resursları və imkanları cəlb etmək;

  • İşçilər üçün treyninqlər keçmək;

  • İşçilər ilə hər səhər 10 dəqiqəlik iclas keçirdmək və günün planını, işdə olan nöqsanları, işlə bağlı yeni məlumatları müzakirə etmək;

  • Mətbəxin işinin prosedurların və qaydalarına hər ay fikir vemək, reviziya etmək və lazım gələrsə dəyişiklər və əlavələr etmək;

  • Fast food sektoruna olan dəyişikləri daimi izləmək və bunun əsasında mətbəxdə və menyuda dəyişiklər etmək;

Fəaliyyətin qiymətləndirmə kriteriyaları:

  • Müştərilərin 90% -i C`est Bon şirkətinin yeməklərini (o cümlədən salat və desertlər) yüksək qiymətləndirirlər;

  • Müştərilər yeməklə bağlı şikayyətləri ayda 2-ki dəfədən artıq deyil;

  • Zəhərlənmə halları 0-a bərabərdir;

  • C`est Bon şirkətinin yeməklərin satışı ayda 10% artır;

  • Hər iki aydan bir yeni yeməklər müştərilərə təklif olunur və onlar komerssiya müvəffəqiyyəti tapır;

  • Yeməklər vaxtında hazırlanır və çatdırılmaq üçün sifariş bölməsinə örtürülür;

  • Mətbəxdə təmizlik və səliqəlilik daimi mövcuddur;

  • Mətbəxdə işçilər arasında mehribançılık və hörmət mövcuddur;

  • Mətbəxdə bütün işlər səmərəli təşkil olunub;

  • Bütün yeməklərin Pasportu mövcüddur;

  • İş vaxtı təyin olunmuş digər kriteriyalar;

Namizəd üçün zəruri keyfiyyətlər:

  • Dad və iy duyğusu yüksək olan;

  • Yeməklərin hazırlanmasında və işin qurulması və aparılmasında yaradıcı yanaşan və düşünən olmalıdır;

  • Mətbəxdə iş qurulması üzrə bacarıq və tərcübə;

  • İşçilərə rəhbərlik etmək və səmərəli idarə etmək bacarığı;

  • İşçilərin işini səmərəli təşkil etmək;

  • İşə 100% həsr etmək;

  • Lazım olsa axşam və normadan kənar işləmək;

  • Yaradıcı və riskli fikirlərə üstün verən;

  • Liderlik və tez adaptasiya bacarığı olan;

  • Fast Food (tez yemək) layihəsi və ya şirkətində 1 illik iş təcrübəsi

  • Yenilikçilik, biznes təşəbbüsü bacarığı, enerjililik və problemləri uğurla həll etmək bacarığı

  • Üzərinə məsuliyyət götürmək bacarığı

  • Gərgin anlarda qərar qəbul etmək bacarığı

  • Yüksək məsuliyyətlilik

  • Ünsiyyətcillik və komandada işləmə bacarığı

Məvacib və digər faydalar:

  • İllik məvacib uğurlu namizədin bacarığı əsasında təyin olunacaq. Məvacib hər ayın axırı verilir. İşçinin uğurlu fəaliyyətindən asılı olaraq məvacib ildə iki dəfə artılacaq

  • Iş vaxtından artıq və bayramlar günü (overtime) fəaliyyət vaxtı məvacib 1.5 vurulacaq;

  • Il ərzində 21 gün və rəsmi məzuniyyət;

  • İş yüksək səviyyədə avadanlıqla təchiz olunub

  • Professional inkişaf üçün imkanlar

  • Bütün işçilər biznes və sahə üzrə professional treyninqlər ilə təmin olunurlar

  • Hər ayın axırı müvəfiqiyyətli və professional fəaliyyətə görə Bonuslar (pul mükafatı);

  • Yeni menyu komerssiya uğuru tapırsa Bonus (pul mükafatı) alır;

  • C`est Bon şirkətində uzun müddətli çalışdığına görə gələcək biznesdə Pay.

Müraciət etmək:

Bütün namizədlər C`est Bon şirkətinə aşağıdaki ünvana 20 avqust 2007, saat 16:00 –dan sonra müraciət etsinlər:

Bakı ş., İstiqlaliyyət küç 43, mən 21 (Skazka şirniyyət evin yanı) yerləşir.

Tel: 492 65 87, 511 82 20 və Mob: 050 450 77 01



Email: cestbonazerbaijan@yahoo.com

Namizədlər özləri haqqında CV-ni cestbonazerbaijan@yahoo.com ünvanına göndərə billərlər.

C`est Bon is fast food company aimed to create handmade natural, fresh and high-quality sandwiches avoiding any chemicals, additives and preservatives.


Kataloq: ngos -> 1055 -> jobs
jobs -> Vəzifənin adı: C`est Bon Kuryer İş yeri: Bakı, Azərbaycan Müqavilənin müddəti
jobs -> 17 avqust 2007 Vəzifənin adı: C`est Bon Müştərilərlə iş üzrə köməkçi (Kuryer) İyerarxiya daxili: “
jobs -> 9 avqust 2007 Vəzifənin adı: Sendviç düzəldən İyerarxiya daxili
jobs -> Salat Düzəldən vəzifəsi haqqında məlumat 9 avqust 2007 Vəzifənin adı
jobs -> Müştəri Xidmətləri üzrə Icraçı vəzifəsi haqqında məlumat 1 fevral 2008 Vəzifənin adı
jobs -> İş yeri: Bakı, Azərbaycan Müqavilənin müddəti
jobs -> Vəzifənin adı: C`est Bon Kuryer İş yeri: Bakı, Azərbaycan Müqavilənin müddəti
jobs -> 17 avqust 2007 Vəzifənin adı: C`est Bon Müştərilərlə iş üzrə köməkçi (Kuryer) İyerarxiya daxili: “
jobs -> Vəzifənin adı: C`est Bon Kuryer İş yeri: Bakı, Azərbaycan Müqavilənin müddəti
jobs -> İş yeri: Bakı, Azərbaycan Müqavilənin müddəti

Yüklə 38,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə