Açıq dərsin planlaşdırılması



Yüklə 22,01 Kb.
səhifə1/3
tarix25.01.2023
ölçüsü22,01 Kb.
#122543
növüDərs
  1   2   3
Açıq ders meyarları




Açıq dərsin planlaşdırılması



  • Açıq dərslər kafedraların iş planına və kursların tədris qrafikinə uyğun olaraq planlaşdırılır.

  • Fənn müəllimlərinin ildə bir dəfədən az olmayaraq açıq dərsi təşkil edilir.

  • Kafedralar hər bir fənn üzrə açıq dərslərin qarfikini hazırlayır.

  • Açıq dərsin qrafikində kursun adı, dərsin mövzusu, müəllimin adı, keçirilmə yeri və tarixi, açıq dərsdə iştirak edəcək qiymətləndiricilərin siyahısı əks etdirilir.

  • Açıq dərslərinin qrafiki kafedra müdirləri tərəfindən təsdiq edilir və açıq dərsləri təşkil ediləcək müəllimlərə açıq dərsin planlaşdırıldığı gündən azı 3 gün əvvəl məlumat verilir.


Açıq dərslərin qrafiki

s/s




Müəllimin
S.A.A

İş yeri və vəzifəsi



Mövzunun adı

Dərsin növü (mühazirə və ya məşğələ)

Keçirilmə yeri və tarixi

Tətbiq olunacaq təlim metodları

Dinləyicilər

Qiymətləndiricilər




















































































Açıq dərsin təşkili

  • Müəllim dərsin planı, mövzu üzrə biliklərin qiymətləndirilməsi vasitələri (testlər, suallar, praktiki çalışmalar və s.) barədə məlumatları dərsdən bir gün əvvəl qiymətləndiricilərə təqdim edir.

  • Açıq dərsin təşkil olunacağı auditoriya əvvəlcədən hazırlanır, qiymətləndiricilər üçün yer hazırlanır. Bu yerlər elə seçilməlidir ki, dərsin təbii gedişinə maneə yaratmasın.

  • Açıq dərsə dəvət olunmuş hər bir şəxs pedaqoji nəzakəti gözləməli, dərsin gedişinə mane olmamalı, dərsin əvvəlindən axırına kimi müşahidə aparmalı və öz münasibətini dərs prosesində müəllimə bildirməməlidir.


Açıq dərsin qiymətləndirilməsi

  • Açıq dərsin qiymətləndirilməsi müəllimin auditoriyanı idarə etmək, mövzunun tədrisində məqsəd və vəzifələri düzgün müəyyən etmək, dərsi planlaşdırmaq, mövzuya və auditoriyaya uyğun təlim metodlarını seçmək və tətbiq etmək, eləcə də əyani vəsaitlərdən istifadə etmək qabiliyyətlərini təhlil etməyə imkan verməlidir.

  • Açıq dərsin qiymətləndirmə prosesində ən azı 3 qiymətləndirici iştirak etməlidir. Qiymətləndirmə 5 ballıq şkala üzrə aparılır:

5 – yüksək;
4 – yaxşı;
3 – kafi;
2 – qeyri kafi.


  • Açıq dərsin hər bir meyar üzrə orta qiyməti qiymətləndiricilərin həmin meyar üzrə verdiyi balların cəminin onların sayına bölünməsi vasitəsilə hesablanır.

  • Açıq dərsin yekun qiyməti hər bir meyar üzrə orta qiymətlərin toplanması vasitəsilə müəyyən edilir və aşağıdakı şkala üzrə təyin edilir.





Yüklə 22,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin