Adnsu nəzdində Sənaye və Texnologiya Kolleci Fakültə: İnformasiya işləməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri



Yüklə 272,06 Kb.
səhifə1/5
tarix31.12.2021
ölçüsü272,06 Kb.
#113070
  1   2   3   4   5
HTML sənədlərinin qrafiki siyahılar formatı. Hibrid ekspert sistemləri


ADNSU nəzdində Sənaye və Texnologiya Kolleci
Fakültə: İnformasiya işləməsinin və idarəetmənin

avtomatlaşdırılmış sistemləri

Fənn: İnformasiya emalının paylanmış sistemləri

Müəllim: Mətanət Şıxlinski

Tələbə: Qurban Əkbərov

Qrup: A169

Kurs: III

Mövzu: HTML sənədlərinin qrafiki siyahılar formatı. Hibrid

ekspert sistemləri


  1. HTML sənədlərinin qrafiki siyahılar formatı

Şəkili veb səhifəyə əlavə etmək üçün, iki mərhələdən keçmək lazımdır.  İlk öncə qrafik redaktorda lazım olan formatda və ölçüdə qrafik fayl hazırlanmalı, daha sonra faylı veb səhifədə göstərmək üçün < img > elementindən istifadə olunmalıdır.

Veb qrafika üçün ən geniş yayılan formatlar — PNG və JPEG hesab olunur. Bu formatların çox funksional, universal, həcimcə kiçik və keyfiyyət baxımından yüksək olması, saytın keyfiyyətini daha da artırır. Demək olar ki, bu formatlar veb şəkillərin standartı kimi qəbul olunub. Həmçinin bu formatlardan savayı GİF və SVG formatları da mövcuddur.

PNG-8 (Portable Network Graphics, Portativ şəbəkə qrafikası) — GIF formatını əvəz etmək üçün yaradılan geniş bir formatdır. Hansı ki, uzun illər xüsusi alqoritmlər üçün tətbiq olunub.



PNG-8 formatında şəkil
Şəkildə 8-bit"lik paletradan (256 rəngdən) istifadə olunduğu üçün, formatın adında 8 rəqəmi əks olunub. Həmçinin fayılda neçə rəngin (2 -dən 256-ya qədər) saxlanılacağını da seçmək olar.

GIF-dən fərqli olaraq PNG formatı animasiyanı dəstəkləmir.

Mətnlər, logotiplər və səhifənin tinlərini illüstrasiya etmək üçün istifadə olunur.

PNG-24 formatı PNG-8-sə oxşar bir formatdır, lakin yeganə fərq JPEG formatında olduğu kimi 8-bit əvəzinə 24-bit"lik rəng palitrasından istifadə olunur. Həmçinin şəkilin parlaqlığı və rəng çalarları qorunub saxlanılır. GIF və PNG-8 formatlarında olduğu kimi, bu formatda da şəkilin detalları (xətti təsvirlər, logotiplər və illüstrasiyalar) itirilmir.





PNG-24 formatında şəkil
Faylda təxminən 16.7 milyon rəngdən istifadə olunur. Elə buna görə də, bu format tam rəngli şəkillər (full color images) üçün daha çox uyğun gəlir.

Qatı şəffaflığı dəstəklədiyi üçün, şəkilin şəffaf sahəsindən rəngli sahəsinə rəvan keçid yaratmaq olur.

Digər formatlarla müqayisədə PNG-24 formatında şəklin həcmini kiçiltdikdə, onun bütün rəngləri və pixselləri olduğu kimi qalır. Lakin bu formatda qrafik faylın həcmi daha böyükdür.

Şəffaf və yarı şəffaf sahələri olan fotoşəkillər, rəsmlər, həmçinin çox rəngli rəsmlər və kəskin tinləri olan şəkilləri göstərmək üçün istifadə olunur.

JPEG (Joint Photographic Experts Group, Birləşmiş fotoekspertlər qrupu formatı) — saytları yaradarkən və fotoşəkilləri saxlayarkən geniş istifadə olunan qrafik faylların ən məşhur formatıdır. Bu formatda 24-bit"lik rəng palitrasından istifadə olunur və şəkildə olan parlaqlıq və rəng çalarları dəyişməz saxlanılır. Həmçinin JPEG formatdakı faylın həcmini azaltdıqda, şəkilin keyfiyyəti nisbətən itir. Çünki, bu format şəffaflığı dəstəkləmir. Şəkili bu formatda saxladığınız zaman, şəffaf piksellər müəyyən olunmuş rənglərlə doldurulur.



JPEG formatında şəkil
Şəkildəki rənglərin sayı təxminən 16,7 milyondur və bu şəkilin keyfiyyətini tam qoruyub saxlamağa kifayət edir.

Formatın əsas xarakteristikası onun "keyfiyyətindədir". Keyfiyyət 0-dan 100-ə qədər olan ölçüdə qiymətləndirilir. Şəkilin keyfiyyəti nə qədər yüksək olarsa, onun həcmi artar və görüntüsü isə bir o qədər yaxşılaşar.

Əsasən fotoşəkillər üçün istifadə olunur. Şəffaf sahəli şəkillər, kiçik detallar və mətn üçün uyğun gəlmir.

GIF (Graphics Interchange Format, Qrafik mübadilə formatı) — animasiyalı şəkilləri yaratmaq üçün geniş istifadə olunan qrafik fayl formatıdır. Bu formatda 8 bit-lik rəng palitrasından istifadə olunur və şəkillərin detallarını qoruyub saxlamaq üçün qatı rəngli sahələri - səmərəli şəkildə sıxır.





GIF formatında şəkil

Şəkildəki rənglər 24 bit-lik palitrada götürülür və 2-dən 256-a qədər istənilən rəngdə ola bilər. GIF formatında olan fayl, şəffaf sahələri özündə əks etdirə bilir.

Sadə animasiyaları yaratmaq üçün, şəkillərin kadr dəyişikliyini dəstəkləyir.

İtkisiz sıxılma metodundan istifadə edilir.

Mətndə, logotipdə, aydın tinləri ilə illüstrasiyalarda, animasiyalı şəkillərdə, şəffaf sahələri olan şəkillərdə və reklam bannerlərində geniş istifadə olunur.

SVG (Scalable Vector Graphics, Miqyaslı vektor qrafikası) — vektor formatı piksellərdən deyil, obyektlərdən və əyrilərdən ibarət olan şəkil formatıdır. Bu format nöqtələrdən ibarət olan raster tipli fotoşəkillər üçün uyğun gəlmir. Lakin, fərqli konturları olan illüstrasiyaları göstərmək üçün ən ideal formatdır.

SVG formatında olan şəkillər, keyfiyyətini itirmədən istənilən qədər genişlənə bilir.

Faylın həcmi adətən kiçik olur. Animasiya və interaktivliyi dəstəkləyir. Mətndə, loqotiplərdə və aydın tinləri olan illüstrasiyalarda geniş istifadə olunur.

Veb səhifəyə şəkili əlavə etmək üçün < img > elementindən istifadə etməliyik. < img > elementin src aributunda isə, qrafiq faylın ünvanı göstərilməlidir. Şəkili veb səhifəyə əlavə etmək üçün ümumi sintaksis belədir:

" alt="">
Qeyd! src və alt atributlarının hər ikisini də qeyd etmək vacibdir. src atributunda mütləq və nisbi ünvanlardan istifadə edərək, qrafik faylın marşurutunu müəyyənləşdiririk. Şəkili veb səhifəyə əlavə etmək üçün, gəlin aşağıda onun marşurutunu müəyyən edən bir neçə ünvana nəzər salaq. Nümunə üçün saytın kökündə images qovluğunda yerləşən target.png faylını götürək.

1. http://example.ru/images/target.png


Əgər ünvan http:// və ya https:// protokollarının biri ilə başlayırsa, bu mütləq ünvanın göstəricisidir. Bu halda şəkil həmişə göstərilən internet ünvanından yüklənəcək və hətta veb səhifələr lokal kompüterdə saxlanılsa belə.

2. //example.ru/images/target.png

Bu cür yazılış protokolsuz şəkilin mütləq ünvanı deməkdir. Belə olan halda, brauzer avtomatik olaraq saytın fəaliyyət göstərdiyi zəruri protokolu ünvana əlavə edəcək (http: // və ya https: //). Qeyd edək ki, belə ünvanlar lokal veb səhifələrdə deyil, yalnız internetdə real veb serverdə işləyir.

3. /images/target.png


Ünvanın önündə qoyulan əyri xətt (/), faylın images qovluğunda yerləşdiyini bildirir. images qovluğu isə saytın kökündə yerləşib. Həmçinin bir qovluğu digərinin daxilinə yerləşdirmək olar. Bu halda faylın ünvanı uzanacaq.

Misal üçün, gəlin bu - /assets/images/target.png sətri izah edək. Bu o deməkdir ki, assets qovluğu saytın kökündə yerləşib, assets qovluğunun daxilində images qovluğu və images qovluğunda isə target.png faylı yerləşdirilib.

4. ../images/target.png
Ünvanın önündə qoyulan iki nöqtə və əyri xətt (../), images qovluğundan bir səviyyə yuxarıya qalxıb target.png faylının yüklənilməsini bildirir. Aşağıdakı şəkildə (şəkil 1) isə, source.html sənədi target.png adında olan şəkili yükləyir.


Şəkil 1. Faylların yerləşdirilməsi

5. images/target.png

Ünvan önündə heç bir əlavə simvol qoyulmayıbsa (nöqtə və ya əyri xətt), bu HTML sənədinin və şəkilin yerləşdiyi qovluğun eyni səviyyədə olduğunu bildirir (şəkil 2).



Şəkil 2. Faylların yerləşdirilməsi

6. target.png

Ünvanda yalnız faylın adı yazılıbsa, bu o deməkdir ki, şəkil və veb səhifə eyni səvviyyədə yerləşir (şəkil 3).



Şəkil 3.  Faylların yerləşdirilməsi
Aşağıdakı nümunədə (nümunə 1) isə, veb səhifəyə şəkili əlavə etmək üçün, bir neçə ünvan göstərilib.


Yüklə 272,06 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin