Alt standartlar



Yüklə 22,15 Kb.
tarix11.06.2018
ölçüsü22,15 Kb.
#53421
növüDərs

imageskopp-00.jpegimages47.jpeg

TARİX . 20.11.2014

SİNİF. 61.

MÖVZU. Atom. Atom nüvəsi.

ALT STANDARTLAR.

2.2.1. Təbiətdəki əlaqəli sistemləri və qarşılıqlı təsirləri fərqləndirir.

3.2.2. Fizika elminin inkişafında dünya alimlərinin roluna dair sadə məlumatı təqdim edir.

DƏRSİN MƏQSƏDİ.

Təbiətdə əlaqəli sistemlər haqqında təsəvvürlərini təqdim edir.

Atomu əlaqəli sistem kimi təqdim edir.

Atom modelinin quruluşuna dair ilkin elmi təsəvvürləri şərh edir.

İon və elektrik yükü haqqında ilkin təsəvvürlərini təqdim edir.

DƏRSİN NÖVÜ. Yeni bilik öyrədən dərs.

DƏRSİN TİPİ . İnduktiv.

İŞ FORMASI. Bütün siniflə iş, qrupla iş.

İSTİFADƏ OLUNAN ÜSULLAR. Beyin həmləsi, anlayışın çıxarılması, müşahidə, danışıb anlatma-dinləyib anlatma, təqdimat tapşırıqvermə, ziq-zaq, şaxələndirmə.

İNTEQRASİYA . B-4.1.1. B-3.2.1. C-2.1.3. Riy-4.1.1. Riy-4.2.1. Tex-1.3.2.

TƏCHİZAT. İş vərəqləri, kompyuter, proyektor, atom modelləri,düyü, noxud, paxla, sabun.

DƏRSİN GEDİŞİ.

1.MOTİVASİYA.

Masanın üzərinə bir neçə ədəd qənd parçası və qənd qayçısı qoyulur. Aşağıdakı suallarla şagirdlərə müraciət edirəm.

1.Qənd parçasını hansı kiçik hissələrə qədər bölmək olar?.

2.Bölünən hissələri daha da kiçik hissələrə bölmək olarmı?

3.Maddənin bu cür kiçik hissələrə bölünməsinin səbəbi nədir?

4.Maddənin təşkil olunduğu bu hissəcikləri siz necə adlandırardınız?

TƏDQİQAT SUALI.

1.Atom hansı zərrəciklərdən təşkil olunmuşdur?

2.Mənfi və müsbət ion nədir??

2.TƏDQİQATIN APARILMASI.

Tədqiqatın aparılması zamanı şagirdlər dörd qrupa ayrılır. Qruplar adlandırılır.

1 qrup-ATOM

2 qrup-PROTON.

3 qrup-NEYTRON.

4 qrup-ELEKTRON.

Qrup liderləri təyin edilir. Qruplar özləri haqqında məlumat verir.

Tədqiqatın aparılması iki istiqamətdə həyata keçirilir.

1.Hər qrupa mövzunu oxumaq tapşırılr. ATOM və NEYTRON qrupuna atom haqqında, PROTON və ELEKTRON qrupları isə ion haqqında fikirlərini yazır.

2. Qruplara iş vərəqləri paylanılır.

3.MƏLUMATIN MÜBADİLƏSİ.ı

Məlumatın mübadıləsi zamanı qruplar hər iki təqdimatı təqdim edir və yazdıqlarını oxuyurlar.

4.MƏLUMATIN MÜZAKİRƏSİ.

Məlumat təqdim olunub qurtardıqdan sonra digər qruplar tərəfindən söylənilən fikirlər müzakirə olunur.

5. Ümumiləşdirmə və nəticə.

Qrupların verdikləri cavablar dinlənildikdən sonra qruplara aşağıdakı suallarla müraciət edirəm.

1.Atom nədir?

2.Atom hansı zərrəciklərdən təşkil olunmuşdur?

3.Atomun quruluşu nəyə görə planetar model adlandırılır?

4.İon nədir?

5.Atom nə vaxt müsbət, nə vaxt mənfi iona çevrilir?

6.EV TAPŞIRIĞI.

Müsbət və mənfi iona aid bir neçə nümunə yazmaq.

7.QİYMƏTLƏNDİRMƏ.

Şagirdlərin bilik, bacarığına əsasən qiymətləndirmə qrup üzrə və fərdi aparılır.

qruplar

meyarlar


ATOM

PROTON

NEYTRON

ELEKTRON

1.Mövzunun mənimsənilməsi.













2.Tədqiqatın təqdim edilməsi.













3.Əməkdaşlıq edir.













4.Müzakirə edir.













5.Nəticə.
















Zəif

Orta

Yüksək

Təbiətdə əlaqəli sistemlər haqqında təsəvvürlərini təqdim etməkdə çətinlək çəkr.

Təbiətdə əlaqəli sistemlər haqqında təsəvvürlərini müəllimin köməyi ilə təqdim edir.

Təbiətdə əlaqəli sistemlər haqqında təsəvvürlərini təqdim edir.

Atomu əlaqəli sistem kimi təqdim etməkdə çətinlik çəkir.

Atomu əlaqəli sistem kimi sərbəst təqdim edə bilmir.

Atomu əlaqəli sistem kimi təqdim edir.

Atom modelinin quruluşuna dairilkin elmi təsəvvürləri şərh etməkdə çətinlik çəkir.

Atom modelinin quruluşuna dair ilkin elmi təsəvvürləri hər tərəfli şərh edir.

Atom modelinin quruluşuna dair ilkin elmi təsəvvürləri şərh edir.

İon və elektrik yükü haqqında ilkin təsəvvürlərini çətinliklə təqdim edir.

İon və elektrik yükü haqqında ilkin təsəvvürlərini müəllimin köməyi ilə təqdim edir.

İon və elektrik yükü haqqında ilkin təsəvvürlərini təqdim edir.

Müəllim A.İsmayılova

T.T.İ.Ü.D.M L. Əliyeva



imagesasyt5.jpeg

Gəncə şəhəri, N.Hüseynov adına

38№li tam orta məktəbin fizika müəllimi

İsmayılova Ayytənin 20.11.2014-cü il

Tarixində 61 sinfində ⸗Əlaqəli sistemlər.

Atom. Atom nüvəsi.⸗ mövzusunda

keçəcəyi açıq dərsin

İCMALI.


İŞ VƏRƏQİ №1.

Zərrəciyin 8 proton və 8 neytrondan ibarətdir. Nüvə ətrafında isə 14 elektron dövr edir.Bu zərrəcik necə adlanır və hansı maddədir?

İŞ VƏRƏQİ №2.

Zərrəcik 7 protondan və 7 neytrondan təşkil olunmuşdur. Zərrəciyin nüvəsi ətrafında isə 15 elektron dövr edir. Bu hansı maddədir.Bu zərrəciyi necə adlandırardınız?

İŞ VƏRƏQİ №3.

Zərrəciyin nüvəsi 3 pratondan və 4 neytrondan təşkil olunmuşdur. Zərrəciyin nüvəsi ətrafında isə 4 elektron dövr edir. Bu necə zərrəcikdir?



İŞ VƏRƏQİ №4.

Zərrəciyin nüvəsini təşkil edən proton və neytronların sayını dəyişməklə mənfi və ya müsbət ion almaq mümkündürmü?
Yüklə 22,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin