Azad Əzizov Sistematiklik prinsipinin məqsədi



Yüklə 16,81 Kb.
tarix01.01.2022
ölçüsü16,81 Kb.
#107053
Azad Əzizov


Azad Əzizov

  1. Sistematiklik prinsipinin məqsədi

Bu prinsip təlimdə elmin sistemini mühafizə etməyi, bilik və bacarıqların mənimsənilməsində müəyyən ardıcıllıq gözləməyi nəzərdə tutur. Sistematiklik elmin öz məntiqindən irəli gəlir: elm biliklər sistemi deməkdir. Belə sistem yoxdursa, elm də yoxdur; sadəcə müəyyən təsəvvürlər, məlumatlar vardır. Odur ki, bilikləri ciddi sistemdə öyrətmək lazımdır.

K.D.Uşinski sistemsiz başı qarmaqarışıq anbara bənzədirdi; burada lazımi anda anbar sahibinin özü də heç bir şey tapa bilmir.

Təlimdə sistematiklik prinsipi bir neçə cəhətdə özünü göstərir:

  • təhsilin məzmununun (proqram və dərsliklərin) ciddi sistemdə qurulması;

  • bilik və bacarıqların ciddi sistemdə, məntiqi ardıcıllıqda təqdim olunması (şagirdlərin şüurunda biliklərin sistemli olması);

  • öyrənilən biliklərin əlaqələndirilməsi (yeni biliklərin məlum biliklərlə əlaqəli şəkildə mənimsədilməsi);

  • şagirdlərin sistemləşdirmə işinə cəlb edilməsi (müxtəlif fənlər üzrə fakt və hadisələrin müəyyən əlamətlərə görə sistemə salınması);
    bütün təlim prosesinin sistemli əsasda təşkili.


Sistematiklik prinsipi təlim prosesinə rəhbərlikdə müəyyən tələblər irəli sürür. Hər fənn üzrə biliklər ciddi sistemdə öyrədilməlidir. Müəllimin şərhində sistem və ardıcıllıq gözlənilməli, yeni keçilən mövzular plan əsasında öyrədilməlidir. Şagirdə verilən suallarda, çalışmalarda, təkrarlarda da müəyyən sistem gözlənilməlidir. Bir sözlə, sistematiklik bütün təlim prosesinə nüfuz etməlidir.

  1. Təlimin metodiki prinsipi haqqında

Bədən tərbiyəsinin tədrisi prosesində tətbiq olunan təlim metodları, hər şeydən əvvəl, şagirdlərin bilik və bacarıqlarının artmasına, vərdişlərin aşılanmasına, müstəqilliyinin və yaradıcılığının inkişafına, dərketmə qabiliyyətinin yüksədilməsinə yönəldilməlidir. Müşahidələr göstərir ki, bədən tərbiyəsi müəllimlərinin bəziləri həmin fənnin tədrisində proqram materialının xüsusiyyətinə, şagirdlərin fiziki hazırlığına, idrak qabiliyyətlərinin inkişafına lazımi əhəmiyyət vermir, təlim metodlarından necə gəldi istifadə edirlər. Halbuki təlim metodlarını düzgün seçib tətbiq etməyi bacarmaq dərsə verilən müasir tələblər baxımından xüsusi əhəmiyyət kəsb edir. Bütün bunları nəzərə alaraq bədən tərbiyəsinin tədrisində şərh və göstərmə (nümayiş etdirmə) metodlarının tətbiqi imkanlarını nəzərdən keçirək

Bədən tərbiyəsi fənni gərgin zehni fəaliyyət tələb etməyən fənlər sırasına daxildir. Bu fənnin qarşısında başlıca olaraq təbii hərəkət keyfiyyətlərini inkişaf etdirmək (qüvvə, sürət, cəldlik, dözümlülük və s.) hərəkət fəaliyyətini (idman, əmək, vətənin müdafiəsinə hazırlıq işləri və s.) və b. praktik vərdişlər aşılamaq,qazanılmış bilik, bacarıq və vərdişləri formalaşdırmaq kimi vacib məsələlər qoyulur. Fənnin tədrisinə müasir tələblər baxımından yanaşdıqda bu sahədə mövcud olan nəzəri və praktik materialların şərhinə çox böyük ehtiyac duyulur. Bütün bunlarsız bədən təbiyəsinin təlim-tərbiyəvi əhəmiyyətinə, sağlamlaşdırıcı mahiyyətinə, fiziki inkişaf və idman göstəricilərinə nail olmaq mümkün deyildir. Buna görə də şərh metodu nisbətən geniş tətbiq edilən metodlardandır



Şərh metodu materialın məzmununa uyğun olaraq iki istiqamətdə tətbiq olunur: 1. Bu metodla müəllim bədən tərbiyəsi və idman məşğələlərinin mahiyyətini, müxtəlif növ fiziki hərəkətlərin, oyunların nə məqsədlə yerinə yetirilməsini, bunların bütün yaşlardan olan adamların mənəvi zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyini ahəngdar surətdə inkişaf etdirilməsini şagirdlərə sistemlə və ardıcıl şəkildə çatdırır. 2. Müəllim hərəkətlərin yerinə yetirilməsi texnikasını, qanun və qanunauyğunluqlarını, habelə oyun qaydalarını şifahi şərh vasitəsilə şagirdlərə öyrədir
Yüklə 16,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin