Azərbaycan Arxeologiyası 2002
Azerbaijan Archeology Vol.: 4 Num.: 3-4
NAXÇIVANIN BOYALIQABLAR MƏDƏNlYYƏTlNlN ÖYRƏNİLMƏ TARtXİ
Aidə Məmmədova
(Azərbaycan Milli Elmlər Akademiyasınm Arxeologiya və Etnoqrafiya Institute)
Azərbaycanm qədim tayfalarınm müstəqil inkişaf yolu tunc dövründə müxtəlif sənətkarlıq sahələrinin formalaşmasına zəmin yaratmışdı. Bu dövrdə dulusçuluq müstəqil sənət sahəsi kimi inkişaf etmiş və yüksək inkişaf mərhələsinə çatmışdı. Dulusçuluq sənəti Naxçıvanda xüsusilə intişar tapmışdı.
Təsərrüfatda və məişətdə gil qablara olan ehtiyac onlarm istehsalmın genişlən-məsinə böyük ehtiyac yaratmışdı. Gil qablann keyfiyyəti yüksəlmiş və formaları mükəmməlləşmişdi (1). Orta tunc dövründə olan gil qablar sadə və boyalı qablara bölünməklə dövrün tələbatmı ödəmişdi. Boyalı qablar öz növbəsində polixrom və monoxrom boyalı qablara bölünmüşdü. Naxçıvanın tunc dövrünün orta inkişaf mərhələsində yüksək təkamül tapmış boyalı qablar mədəniyyətinin meydana gəlməsi və onun inkişaf mərhələlərinin tarixinin müəyyən edilməsi Azərbaycanın tunc dövrü mədəniyyəti tarixşünaslığında ən önəmli məsələdir.
Azərbaycanm tunc dövrü boyalı qablarının yaranma tarixi haqqında S.Pjevorski, K.Şeffer, Ə.K.Ələkbərov, B.A.Kuftin, B.B.Piotrovski, I.M.Cəfərzadə, A.A.Iyessen, O.H.Həbibullayev, l.H.Nərimanov, V.H.Əliyev, Q.S.tsmayılov, H.F.Cəfərov və başqaları müxtəlif fıkirlər irəli sürmüşlər.
Bu mədəniyyəti B.A.Kuftin e.ə. II minilliyin ortalarma (2), A.A.Iyessen XVII
əsrə(3), B.B.Piot-
rovski e.ə. II minil-
liyin ilk əsrlorinə
(4) aid etmişlər.
Ə.K.Ələkbərov «Naxçıvan diyarının boyalı keramikası və Van çarlığı» əsərində Naxçıvan boyalı qabları ilə Urartu qablarını
formaca vahid bir modəniyyətə ;
aid etmişdi. Lakin onun bu fıkri ilə
O.H.Həbibullayev razılaşmayaraq
göstərmişdir ki, Naxçıvan boyalı
qabları urartulularm yürüşlərindən əvvəl
mövcud olmuşdur(5).
B.A.Kuftin və B.B.Piotrovskinin boyalı qablar mədəniyyətinin yaranma tarixi ilə (e.ə. II minilliyin I yarısına aiddir) həmfikir olan O.H.Həbibullayev göstərir ki, Naxçıvan ərazisinin boyalı qablar tarixini Kültəpə materialları müəyyən edir. Kültəpə materiallarmın müxtəlifliyi, yəni bütün tiplərdən olması və onların stratiqrafık yerləşməsi xronoloji ardıcıllığı təyin edir. O.H.Həbibullayev boyalı qabların dörd tipini müəyyən etmişdir(6). O, bunlardan üç tipini tunc dövrünə, dördüncü tipini dəmir dövrünün başlanğıcına aid etmişdi.
V.H.Əliyev boyalı qablarm orta tunc dövründən ilk dəmir dövrünədək dörd inkişaf mərhələsi keçdiyini göstərmişdir.
Onun fıkrincə birinci mərhələ üçün qara rənglə, qırmızı fon üzərində həndəsi mötivdə, insan, heyvan, quş təsvirləri ilə səliqəli naxışlanmış (monoxrom) boyalı qablar səciyyəvidir. Bu mərhələ e.ə. XX-XVII əsrlərə aid edilir.
Ikinci mərhələ üçün açıq qırmızı, sarı və ağ anqobla örtülmüş qara, qırmızı, qəhvəyi rənglə çox səliqəli şəkildə mürəkkəb həndəsi motivdə, insan, heyvan, quş rəsmləri ilə daha incə bəzədilmiş polixrom naxışlı qablar səciyyəvidir. Bu mərhələ e.ə. XVIII-XVII əsrləri əhatə edir.
Üçüncü inkişaf mərhələsi üçün həndəsi motivdə, insan, heyvan, quş rəsmləri ilə nisbətən səliqəsiz naxışlanmış monoxrom boyalı qablar səciyyəvidir. Bu mərhələ e.ə. XIV-XI əsrləri əhatə edir.
Dördüncü mərhələ üçün tam düşgünlük müşahidə olunan üzəri açıq rəngli anqobla örtülmüş və səliqəsiz həndəsi motivdə, yalnız qırmızı rəngdə naxışlanmış boyalı qablar səciyyəvidir. Bu mərhələ e.ə. X-VIII əsrlərə aiddir(7).
Boyalı qablar üzərində təsvir olunan ibtidai rəsmlər əsl sənət nümunələri olub qədim insanların dini ideologiyası, məişəti və təsərrüfat həyat ilə bağlıdır. Qızılburundan, Şahtaxtı, II Kültəpə və Nəhəcir boyalı qabları üzərində əks olunmuş ilan, quş, insan, canavar və s. müxtəlif heyvan təsvirləri müəyyən simvolik məna daşıyır. Bu təsvirlər qədim Naxçıvanın fauna və florasını əks etdirməklə bərabər əhalinin ovçuluq, maldarlıq və s. məşğuliyyətləri haqqında məlumat verir.
Oda, suya, günəşə, dağa və s. təbiət qüvvəsinə sitayiş və inam qablar üzərində öz əksini tapmışdır.
Son tunc dövründə ictimai-iqtisadi sahədə baş verən dəyişikliklər dulusçuluqda, boyah qablar istehsalmda da izlənmişdir. Sadə qablardan fərqli olaraq boyalı qabların istehsalında - naxışlanmasında tənəzzül olmuşdu(8).
Son tunc dovrünə aid bəzi boyalı qablar (küpə, çölməklər) formaca, naxışlarm yerləşdirilməsi və motivinə görə orta tunc dövrü boyalı qabları ilə eynidir. Lakin bu qablar incəliklə hazırlanmasalar da, üzərlərində əks olunan heyvan, quş və insan rəsmləri kobud çəkilsələr də realdırlar(9).
V.H.Əliyev belə nəticəyə gəlmişdir ki, Cənubi Qafqazda boyalı qabların vətəni Azərbaycan, xüsusilə də Naxçıvan olmuşdur. O, Gürcüstan və Ermənistan abidələrindən əldə edilmiş boyalı qablarla Azərbaycan boyalı qabları arasında müqayisə apararaq göstərmişdir ki, Gürcüstanda boyalı qablar orta tunc dövründə kiçik bir arealda mövcud olmuş və örnrü qısa olmuşdur. Ermənistanda dəmir dövrünün əvvəlinədək mövcud olmuşdu. Azərbaycanda isə bu mədəniyyət uzun tarixi dövrədək mövcud olmuşdu.
V.H.Əliyev öz tədqiqatları əsasında belə bir fıkir irəli sürmüşdür ki, orta tunc dövründə Azərbaycanda Naxçıvan və Mil-Qarabağ kimi iki dulusçuluq ocağı olmuşdu. Bu iki mədəniyyət ocaqları arasında qarşılıqlı iqtisadi-mədəni əlaqələr olmuşdu. Nəticədə, Naxçıvan boyalı qablar mədəniyyətinə məxsus xüsusiyyətlər Mil-Qarabağ sənətkarları tərəfındən mənimsənilmiş, Mil-Qarabağ sadə qablarmın rəngarəng naxışlanma üsulubu Naxçıvanda yayılmışdır(lO).
Tədqiqatçı Q.S.tsmayılov bu nəticə ilə həmfıkir olaraq göstərir ki, Quruçay və Köndələnçay vadisindəki orta tunc dövrü abidələrindən də boyalı qablar əldə olunmuşdu. Çox güman ki, boyalı qabların istehsal ocağı bilavasitə Naxçıvan olmuş və yalnız tayfalararası iqtisadi-mədəni əlaqələr nəticəsində bu mədəniyyət Araz çayı boyunca, Quruçay və Köndələnçay vadisində yayılmışdı. Mil-Qarabağ və Quruçay, Köndələnçay vadisinin qədim mədəniyyəti üçün xas olan boz və qara cilalı, xüsusi naxışlı qablar da Naxçıvanda yayılmışdır.
Q.S.Ismayılov belə ehtimal edir ki, Azərbaycanda xüsusi inkişaf mərhələsi keçmiş dulusçuluğun bir neçə müstəqil inkişaf mərkəzləri olmuşdu ki, bunlardan biri Quruçay və Köndələnçay vadisində fəaliyyət g6stərmişdir(l 1).
Tədqiqatlar göstərmiş ki, Naxçıvan boyalı qablar mədəniyyətinin inkişafına səbəb olan başlıca amil onun Yaxın Şərqlə, xüsusilə Urmiya və Mesopotamiya ilə six iqtisadi-mədəni əlaqə yaratması ilə bağlı olmasıdı. O.H.Həbibullayevin ehtimalına görə Iranm boyalı qablar mədəniyyəti Naxçıvan boyalı qablar mədəniyyətinə öz təsirini göstərmişdir. Onun fıkrincə Naxçıvan və Iran boyalı qabları formaca, naxışlarının motivi və çəkilmə texnikasına görə oxşardır(12).
Lakin hər bir ərazinin keramikasının yerli variantlarının özünəməxsus xüsusiyyətlərinin varlığını əsas tutsaq yerli zəmin əsasmda inkişaf edən Naxçıvan boyalı qablar mədəniyyəti Yaxın Şərq, Ön Asiya ilə iqtisadi-mədəni əlaqələr nəticəsində tunc dövründə yüksək inkişaf mərhələsini keçmişdir(13).
ƏDƏBlYYAT
O.H.Həbibullayev. Kültəpə arxeoloji qazıntıları. Bakı, 1959, s.56.
Б.А.Куфтин. Археологические раскопки в Триалети. Тбилиси, 1941, с.1-7.
А.А.Иессен. Труды Азербайджанской экспедиции. М., 1965, №125, с.18.
Б.Б.Пиотровский. Архелогия Закавказья. Ленинград, с.44.
O.H.Həbibullayev. Göstərilən əsəri, s.98.
O.H.Həbibullayev. Yenə orada, s.85-88.
V.H.Əliyev. Azərbaycanda tunc dövrü boyalı qablar mədəniyyəti. Bakı, 1977, s. 138.
V.H.Əliyev. Göstərilən əsəri. s.63-64.
V.H.Əliyev. Yenə orada. s.74-75.
V.H.Əliyev. Yenə orada. s.56.
Q.S.lsmayılov. Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri, Bakı, 1981, s.38-39.
O.H.Həbibullayev. Göstərilən əsəri, s.96-97.
B.Brown. Excavation in Azerbaijan. 1948, London, p.250.