«Və ya - yox»məntiq elementi funksiyasını yerinə yetirir və paralel qoşulmuş tranzistorlar üzərində yaradıla bilər (şəkil 1.12).
Girişlərin heç olmasa birində «1» səviyyəli siqnal olduqda uyğun tranzistor açılır, onun kollektor-emitter keçidinin müqaviməti çox kiçik olur və digər bağlı tranzistoru şuntlayır (qapayır). Kollektorda düşən gərginlik də «0» səviyyəli gərginliyə uyğun gəlir. Bütün girişlərdə eyni zamanda «0» səviyyəli siqnal olduqda bütün tranzistorlar bağlanır və ümumi kollektordakı gərginlik də «1» səviyyəli gərginliyə uyğun olur.
Şəkil 1.12. «Və ya - yox» məntiq elementi və vəziyyət cədvəli.
«Və - yox» məntiq elementi funksiyasını yerinə yetirir və ardıcıl qoşulmuş tranzistorlar üzərində yaradıla bilər (şəkil 1.13).
Girişlərin heç olmasa birində «0» səviyyəli siqnal olduqda uyğun tranzistor bağlanır, kolektor-emitter keçidinin müqaviməti çox böyük olur. Kollektorda düşən gərginlik «1» səviyyəli siqnala uyğun gəlir. Bütün girişlərdə eyni zamanda «1» səviyyəli siqnal olduqda isə bütün tranzistorlar açılır, onların emitter-kollektor keçidlərinin müqavimətləri çox azalır və onlarda ayrılan gərginlik «0» səviyyəli gərginliyə uyğun gəlir.
Şəkil 1.13. «Və - yox» məntiq elementi və vəziyyət cədvəli.